» » » Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 14-10-2015, 18:00 | Baxılıb: 1 261
     
     
    Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri digər hədislər

    ◘Həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Çox pis olan üç xüsusiyyətdən səni çəkindirirəm; həsəd, hərislik və yalan.”
    ◘"Ey Əli! İşlərin ən üstünü üç şeydir; başqalarına qarşı insaflı olmaq, malını mömin qardaşlarla bölmək və həmişə Allahı yad etmək.
    ◘Ey Əli! Mömin dünyada üç şeylə şad olar; qardaşların görüşü ilə, oruc tutanda iftar zamanı və gecənin axırında etdiyi ibadətlə.
    ◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kəsdə olmasa işləri nizama düşməz: Günahdan çəkindirən təqva, camaatla keçindirən xoş xasiyyət və nadan insanları ağıllandıran hövsələ.
    ◘Ey Əli! Üç şey həqiqi imanın əlamətlərindəndir: Əl aşağı olan zaman infaq etmək, başqalarına qarşı insaflı olmaq və elm öyrənmək istəyənlərə elm öyrətmək.
    ◘Ey Əli! Üç xüsusiyyət şərəfli və üstün əxlaqdan irəli gəlir; səni naümid edənə bəxşiş vermək, səndən əlaqə kəsənlə əlaqə yaratmaq və sənə zülm edəni əfv etmək.
    ◘Ey Əli! Üç xüsusiyyət var ki, hər kim onlarla dünyadan getsə camaatın hamısından əfzəldir: Bütün vacibatlarını yerinə yetirən, insanların ən abidi olan (yəni, ən çox ibadət edən) və haram işləri tərk edən. Belə şəxs insanların ən pəhrizkarıdır. Allahın ona nəsib etdiyinə razılaşan şəxs isə insanların ən varlısıdır.
    ◘Ey Əli! Üç iş var ki, bu ümmətin ona taqəti çatmır; əlində olanı mömin qardaşlarla bölmək, camaata qarşı insaflı olmaq və həmişə Allahı yad etmək (yəni, günahla rastlaşdığı zaman Allahı yad etməklə həmin günahı tərk etmək.)
    ◘Ey Əli! Üç dəstə insanla oturub durmaq qəlbi öldürər; alçaqlarla,valılarla və qadınlarla.
    ◘Ey Əli! İnsanların həlakətinə üç şey səbəb olar; həsəd, hərislik və təkəbbür.
    ◘Ey Əli! Üç şey qəlbi daşa döndərər: Musiqiyə qulaq asmaq, ov etmək, şahların və sultanların hüzuruna gedib-gəlmək.
    ◘Ey Əli! Dünyanın ləzzəti üç şeydədir; gen-geniş ev, gözəl kəniz və yaxşı minik.
    ◘Cəbrail mənim yanıma gəlib dedi: "Biz məlaikələr üç şey olan evə daxil olmarıq; it, heykəl və içinə sidik axıdılan qab.”
    ◘Əmr be məruf və nəhy əz münkər edən, yaxud da xeyir dəllallığı ilə məşğul olan kəs əməl edənin savabı ilə şərikdir.
    ◘Yer üzərində baş verən işlərin heç birindən üç işdən şikayət etdiyim kimi Allaha şikayət etmirəm; qərib və yad adamın qanının tökülməsindən, zinadan sonra edilən qüsuldan və günəşdən qabaq olan yuxudan (yəni, sübh namazını qəzaya verən yuxu).
    ◘Mən bu kəslər üçün behiştin yuxarısında, ortasında və aşağısında üç evə zaminəm; müzakirə zamanı höcət etməyən, hətta zarafatla da olsa yalan danışmayan və xasiyyəti gözəl olan.
    ◘Allah üç şeyi möhtərəm bilib və hər kim də onların hörmətini qorusa Allah da onun din və dünyasını hifz edər və hər kim onların haqqına riayət etməsə Allahın hifzindən binəsib olar. Birincisi İslam, ikincisi mən və üçüncüsü isə mənim əhli-beytimdir.
    ◘Peyğəmbər (s) səfərlərinin birində bir karvana rast gəldi. Salam verdi və buyurdu: "Sizin dininiz nədir?” Dedilər: "Möminik.” Buyurdu: "İmanınızın əlaməti nədir?” Ərz etdilər: "Allahın qəza və qədərinə razılıq, Onun qarşısında təslim olmaq və işlərimizi Onun öhdəsinə qoymağımız (yəni, Ona təvəkkül etməyimiz). Buyurdu: "Sizlər alim və hikmət sahiblərisiniz. Hikmətinizin çoxluğundan peyğəmbərlərə bənzəyirsiniz. Elə isə, əgər doğru deyirsinizsə həmişəlik qalmayacağınız evə bel bağlamayın, yeyə bilməyəcəyiniz şeyi cəm etməyin və axır dönüşünüz Ona tərəf olacaq Allahdan qorxun!”
    ◘Üç dəstə insan şəfaət edər və onların şəfaəti də qəbul olunar; peyğəmbərlər, şəhidlər və alimlər.
    ◘Abdullah Məsud deyir ki, Peyğəmbərdən (s) soruşdum: "Allah yanında ən sevimli əməl hansıdır?” Buyurdu: "Əvvəl vaxtda qılınan namaz.” Dedim: "Ondan sonra?” Buyurdu: "Ata-anaya yaxşılıq.” Dedim: "Ondan sonra?” Buyurdu: "Allah yolunda cihad.
    ◘Mənim öz ümmətimdən ötrü ən çox qorxduğum üç şey var; alimin xatası, münafiqin (mübahisə zamanı) Qurandan dəlil gətirməsi və boynunuzu sındıracaq dünyaya meyl etməyiniz. Elə isə, dünyaya ittiham gözü ilə nəzər yetirin (və ona ürək bağlamayın).
    ◘Allaha və axirət aləminə imanı olan şəxs üzərində şərab olan süfrə kənarında oturmasın, hər kəsin Allaha və cəza gününə imanı varsa (çılpaq) fitəsiz hamama getməsin və hər kəsin Allaha və Qiyamətə imanı varsa arvadını hamama getməyə qoymasın (əxlaqi fəsadlara səbəb ola biləcək xüsusi hamamlara).
    ◘Özümdən sonra ümmətim üçün üç şey barəsində nigaranam; Quranın yanlış təvili (açıqlanması), alimin səhvinə itaət etmək, tüğyan və əyyaşlığa səbəb olacaq mal çoxluğu. Mən bu təhlükələrdən nicat tapmağın yolunu göstərirəm. Quran barəsində; onun möhkəm (mənası açıq-aşkar) ayələrinə əməl edin, mütəşabih (məzmunu aydın olmayan) ayələrinə iman gətirin. Alimlər barəsində; elmlərindən bəhrələnin səhvlərini araşdırmaqla məşğul olmayın. Dünya malı barəsində; bunun çarəsi budur ki, Allaha nemətlərinə görə şükr edin və onun (yəni, mal-dövlətin) vacib hüquqlarını (xums-zəkatını) yerinə yetirin.
    ◘İman ibarətdir: qəlbən etiqadlı olmaqdan, dillə təsdiq etməkdən və bədən üzvlərilə əməl etməkdən.
    ◘Ey Ənəs! (Həzrətin (s) xidmətçisi olub) dəstəmazı sevinc və həvəslə al ki, sirat körpüsündən asan keçəsən, hamıya salam ver ki, evində xeyir-bərəkət artsın və gizli sədəqə çox ver ki, Allahın qəzəbini sakitləşdirər.
    ◘Ey Əbuzər! Məbada dilənəsən! (Yəni, bir kəsdən bir şey istəyəsən,) bu həqiqi zillətdir! Elə bir fəqirlikdir ki, özün ona tələsmisən. Bu iş Qiyamət günü hesabın uzanmasına səbəb olar. Əbuzər! Sən tənha yaşayacaqsan, tənha öləcəksən və tənha behiştə varid olacaqsan. İraq əhlindən olan bir dəstə insan sənin bərəkətindən səadətə nail olacaqlar. Onlar sənə qüsul verib kəfənə bükəcək və torpağa tapşıracaqlar.
    ◘Ey Əbuzər! Əlini camaat qarşısında irəli uzatma. Amma əgər bir nəfər sənə ehsan etsə (yaxşılıq məqsədilə bir şey versə) onu geri qaytarma.
    Daha sonra əshabına buyurdu: "İstəyirsinizmi ki, ən pis insanların kim olduğunu sizə göstərim?” Dedilər: "Bəli, ey Allahın rəsulu!” Buyurdu: "Onlar o kəslərdir ki, söz gəzdirirlər, dostların arasını vururlar və günahsızlara böhtan atırlar.”
    ◘Xoş o kəsin halına ki, özünü kiçik tutur, malının çox hissəsini infaq edir və sözünün çox olmasından özünü qoruyur.
    ◘Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: "İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: "Bu inək sürüsü sənin muzdundur. Mənim səy və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol açıldı. İkincisi dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-anam var idi. Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan nalə edirdilər. Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi, onlara yemək verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim, digər tərəfdən də qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim ki, səhər açıldı. Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin qorxundan yerinə yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri getdi və asiman göründü. Üçüncüsü dedi: "İlahi sən bilirsən, bir əmim qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə) kam almaq istədim. O, qəbul etmədi. Yalnız yüz dinar ödəyəcəyim təqdirdə buna razı olduğunu bildirdi. Min bir zəhmətlə həmin miqdar pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün ona yaxınlaşanda dedi: "Allahdan qorx və mənim mehriyyəmi rəva olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz dinardan da gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi yol açıldı və onlar mağaradan çıxdılar. (Bu hədisi əhli-sünnə də fərqli ibarələrlə nəql etmişdir.)
    ◘Allah yanında işlərin ən sevimlisi namaz, ehsan (yaxşılıq) və cihaddır.

     
    Müəllif: Ayətullah Meşkini
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 15 Ekim 2015 16:49 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım ellerin var olsun çox sağ ol Allah axiretini gözel etsin Amin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.