Zəncirlər və buxovlar
Bəsirət əhli "və qəədət bi əğlali” cümləsi haqqında deyirlər: "Əğlal” insanı hərəkətdən saxlayıb oturdan böyük günahlara işarə ola bilər. Bu günahlar insanı ibadət imkanından məhrum edir, onu məhrumiyyət uçurumuna yuvarladır. Həzrət Əli (ə) "Mən əvvəllər namaz və gecə nafiləsi qılırdım, indi bu tofiqdən məhrum olmuşam” deyən kişiyə belə buyurdu: "Günahların səni buxovlayıb.”
"Əğlal” dünyaya hədsiz bağlılıq da ola bilər. Bu bağlılıq insanı kamillikdən, mənəviyyatdan, saleh əməllərdən kənarlaşdırır. "Əğlal” insanı əsl məqsəddən yayındıran mənasız məşğuliyyətlər də ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Faydasız işləri boşlamaq insanın İslamının gözəl olmasındandır.”
"Və həbəsəni ən nəfi bodu amali”
("Uzun-uzadı arzular məni faydalardan saxladı.”)
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.