Əyər öyrənsəniz Peyğəmbərlərlə məhşərə gələrsiniz
Bir gün Peyğəmbər (s) buyurdu: Ümmətimdən hərkəs Allaha xatir 40 hədis öyrənsə Allah qiyamətdə onu peyğəmbərlər,doğru danışanlar,şəhidlər və salehlərlə birlikdə gətirər.Onlarla dostluq nə yaxşıdır.
Bu zaman Əli (ə) buyurdu: Ey Allahın rəsulu! Mənə xəbər ver ki,bu hədislər hansı mətləblərdir?
Peyğəmbər buyurdu:
1.Allaha iman gətirib ona şərik qoşmayasan.
2.Ona ibadət edəsən başqasına yox.
3.Namazı dəstəmazla vaxtında qıl, təxirə salma. Çünki təxirə salmaq Allahın qəzəbinə səbəb olar.
4.Zəkat verəsən.
5.Ramazan ayın oruc tutasan.
6.Əgər imkanın olsa Allah evin ziyarət edəsən.
7.Valideynin sözündən çıxmayasan.
8.Malı zülmlə əldə edib xərcləməyəsən.
9.Riba yeməyəsən.
10.Şərab və məst edicilərdən istifadə etməyəsən.
11.Zina etməyəsən.
12.Ləvat etməyəsən.
13.Söz gəzdirməyəsən.
14.Yalandan Allaha and içməyəsən.
15.Oğurluq etməyəsən.
16.Heç kim üçün zorla şəhadət etməyəsən.
17.Haqqı böyük və kiçikliyindən asılı olmayaraq hamıdan qəbul edəsən.
18.Zalıma meyl etməyəsən.
19.Nəfsinin göstərişinə əməl etməyəsən.
20.Müqəddəs və pak dilinlə pis söz deməyəsən.
21.Riyakarlıq etməyəsən.Çünki rayanın ən yüngülü Allaha şərik qoşmaqdır.
22.Qəddi kiçik olana"balaca boy" böyüyə "uzun" deyib eyib axtarmayasan.
23.Allah bəndələrindən heç kəsi məsxərə etməyəsən.
24.Bəla və müsibətə səbr edəsən.
25.Allahın verdiyi nemətə şükür edəsən.
26.Etdiyin günaha görə tövbə edəsən çünki tövbə edən günahı olmayan kimidir.
27.Allahın rəhmətindən naümüd olmayasan.
28.Etdiyin günaha görə Allahın qəzəbindən özunü amanda saxlayasan.
29.Bağışlanmaq dilənməklə günahlarına israr etməyəsən. Allaha,onun ayələrinə və peyğəmbərlərinə istehza edən kəsə bənzəməyəsən.
30.Bilki sənə çatan hər bir şey xəta etməz. Əlbəttə xəta edən hərşey sənə çatmağa borclu deyil.
31.Məxluqun razılığı ilə Allahın qəzəbin axtarmayasan.
32.Dünyanı axirətdən üstün tutmayasan. Çünki dünya fani axirət isə həmişəlikdir.
33.Qardaşlarına paxıllıq etməyəsən.
34.Daxilin zahir kimi olsun. Əks halda sən münafiqlər kimi olarsan.
35.Yalan danışmayasan və yalançılarlada birlik olmayasan.
36.Haqq eşidəndə qəzəblənməyəsən.
37.Zövcən övladların qonşuların ilə bacardığın qədər ədəblə davranasan.
38.Bildiyinə əməl edəsən.
39.Bütün Allah bəndələri ilə düzgün davranasan. Uzaq bə yaxın hər bir kəslə mülayim davranasan. Zikr edib dua oxuyasan. Ölüm və qiyaməti yad edəsən. Quran oxuyub ona əməl edəsən. Möminlərə yaxşılıq etməyi qənimət biləsən,özünə rəva bilmədiyini möminlərə də rəva bilməyəsən, yaxşı işdən yorulmayasan.
Kitabın adı: Behişt bələtçisi
Müəllif: Seyid Muhəmmədtəqi Müqəddəm