![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Susmaq nə vaxt qızıl deyil?
Cavab: El arasında «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «Sükut, düşüncə rahatlığının əsasıdır». İmam Əli ibni Musa ər-Riza (ə) isə belə buyurur: «Elm, helm və sükut, düşüncə əlamətidir. Sükut hikmət qapılarından biridir» .
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs gedişində sakit oturmayan şagirdi qaldırır və soruşur ki, mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir. Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir.
Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki, yox! Demək, həyat çətinliklərini ilk əvvəl düşüncə ilə aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə qızıl deyildir. Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü ifşa edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli, zəruri olmayan sözü udub susmaqla bərabər, həqiqəti dünyaya izhar etmək də qızıldır!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









