![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Sual 99: Müsəlman yalan danışa bilərmi?
Cavab: İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar».
İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin».
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir».
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür.
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









