» » Cənnət - Möminlərin ən ali mənzili


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Cənnət - Möminlərin ən ali mənzili
    +5
    Müəllif: RuQeYyA | 9-10-2015, 17:00 | Baxılıb: 1 030
     

     Cənnət - Möminlərin ən ali mənzili

    Şübhəsiz, cənnət və onun nemətləri də Allahın ən böyük yaratdıqlarından sayılır. Bu nemət Allahın bəndəlik yolunu keçənlərə, iman və saleh əməllərlə insanlıq mərhələsinin ən ali məqamına layiq görülənlərə və nəhayət, Allahın mələkut aləminə qədəm qoyanlara nəsib olur:
    «(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman, «Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir» deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar»(«Bəqərə» surəsi, ayə 25.)
    Başqa bir ayədə Allah-təala buyurur:
    «Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə, (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur!»(«Tövbə» surəsi, ayə 72.).
    Həqiqətdə, insan saleh əməllərin sayəsində cənnəti və onun nemətlərini qazanır. Buna görə də, insan Allaha bəndəlik yolunda nə qədər çox səy edər və kamal yolunun maneəsi olan nəfsin istəkləri ilə nə qədər çox mübarizə apararsa, qarşılıqlı olaraq daha artıq və üstün nemətlərə çatacaqdır. Bu, Quranda və rəvayətlərdə rast gəldiyimiz açıq həqiqətlərdir. İmam Sadiqdən (ə) nəql edilmişdir ki, Peyğəmbər (s) buyurdu: «Göylərə merac etdiyimdə, cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb dururdular. Onlara dedim: «Niyə gah işləyir, gah da dayanıb durursunuz?» Dedilər: «Gözləyirik lazım olan avadanlıq gəlsin. Dedim: «Sizin istifadə etdiyiniz avadanlıq nədir?» Dedilər: «Möminlərin dilindən çıxan «Sübhanəllah», «Əlhəmdulillah», «La ilahə illəllah» və «Allahu Əkbər» zikri bizim avadanlıqlarımızdır. Mömin bu zikri deməyə başlayan vaxt ərzində, biz də bu işə məşğul oluruq. Elə ki, zikri saxladılar, biz də dayanırıq»(«Biharul-ənvar», cild 8, səh. 123. )
    Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır:
    «Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz».
    Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir. Həqiqətdə, cənnətdə insanın qüdrəti, o cümlədən görmə, dərketmə qabiliyyəti həddən artıq çoxdur. Şüur və dərrakə sahibi olan insanın axirətdəki şüuru o həddə qədər yüksək olacaq ki, bəlkə də, dünyadakından milyon qat artıq olacaqdır. Orada hər şeyin həyatı var və həqiqətdə, həqiqi həyat oradadır.
    Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:
    «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)»(Ənkəbut» surəsi, ayə 64.).
    Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:
    Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: «…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…»(«Fussilət» surəsi, ayə 21.)
    Rəvayətin bu bölümündə cəhənnəm əzabı və cənnət nemətləri haqqında deyilənlər dünya miqyasları ilə ölçüyəgəlməzdir. Necə ola bilər ki, «ğislin» kimi bir maye o qədər üfunətli və yandırıcı olsun ki, yerin şərqində onun tökülməyi ilə yerin qərbində yaşayanların beyinləri qaynasın. Əlbəttə, elə düşünməyək ki, belə bir hadisənin olması imkansızdır. Allahın atom enerjisi kimi sıxılmış bir enerjini uranium kimi bəzi elementlərin daxilində yerləşdirməsi, hələ indi bəşər aləminə məlumdur. Əgər bu ünsürdən çox az miqdarda enerji ayrılarsa, elə güclü partlayış baş verir ki, bir şəhəri dağıdıb, altını üstünə çevirir! Bu hələ bu dünyada mövcud olan ünsürlərdən birinin dağıdıcı qüvvəsidir. İndi gör, o aləmin ünsürlərinin qüdrəti hansı dərəcədədir?! Bəlkə də, milyon dəfələrlə bu aləmdə mövcud olan ünsürlərin gücündən daha artıqdır. Belə olan surətdə bu ünsürlərin dağıdıcı gücü də bizim təsəvvür edə biləcəyimizdən qat-qat artıq olacaqdır. Deyilənlər bizim öz mövqeyimizi, dərəcəmizi tanımağımız üçündür. Bilməliyik ki, şüur və dərrakəmizin imkanlarının məhdud olduğu bu dünya üçün yaradılmamışıq. Bir dünyada onun ləzzətləri məhdud olarsa, həmin yerdə bizim şüur və dərrakəmiz də məhdud olacaqdır. Bilməliyik ki, dünyada olan hər bir şey axirət üçün müqəddimədir və axirətdə olan şeylərin solğun, zəif görüntüsüdür. Dünyanın xoşluqları axirətin xoşluqları ilə müqayisəedilməzdir. Dünyada çəkdiyimiz müsibət və bəlalar da axirətin əzabları qarşısında bir şey deyildir.
    Dünya əzablarının axirət əzabları ilə müqayisə edilməsi və həmçinin, dünya ləzzətləri ilə axirət ləzzətləri arasındakı təfavütün göstərilməsi və onlar arasındakı geniş fasilənin üzə çıxması bais olur ki, hər kəs öz zehni qabiliyyəti, istedadı həddində özünün və yaşadığı aləmin axirət aləmi ilə müqayisədə nə dərəcədə məhdud və kiçik olduğunu dərk etsin; həmçinin, Yaradanın bərabərində yaradılış sisteminin olduqca cılız olduğunu təsəvvür edə bilsin. Bu müqayisənin nəticələrindən biri də, insanın təkəbbürdən, xudbinlikdən uzaqlaşıb, haqq qarşısında təvazökar olmasıdır. Əgər dünyada bir nemətə çatsa, qürurlanmasın və əgər bir nemətdən məhrum olsa, məyus olub həsrətini çəkməsin. Çünki bütün dünya nemətləri cənnətin bir almasına belə dəyməz. Buna görə də, dünya ürək bağlanası yer deyildir. Çalışıb, Allah peyğəmbərləri və övliyalarının bələdçiliyi ilə Yaradanın və qiyamətin əzəmətini anlamalı və öz mövqeyimizi tanımaqla xudpəsəndlikdən, qürurdan uzaq olmalıyıq.
     
    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 10 Ekim 2015 00:25 | Redaktor | Şərh yazdı
    Allah bizleri emeli saleh bendelerden qerar versin axiretde günahkar benderden olmuyaq Amin İnşAllah.Allah senden razı olsun bacım Allah seni cennetle sevindirsin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 9 Ekim 2015 23:48 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci.Allah bizleri heqiqi iman getirenlerden  ve cennet nemetlerini dadanlardan,qerar versin insAllah.Allah komyin olsun baci bu xebere gore

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.