Allahın salamı və rəhməti sizlərə olsun. Çoxlarımızın bilmədiyi bəzi vacib əməlləri istəyirəm bu xəbər ilə sizlərə təqdim edəm. İslam dininin maarifi ümumiyyətlə iki mühüm hissədən ibarətdir:
Birinci Üsulid-din (əqidələr); 5 qismə bölünür, İkinci Fürud-din (əməllər); 10 qismə bölünür.
Bunları bilməyimiz vacibdir. Bunları bəzi ayələrə əsasən qəbul edirik. Vacibdir ki, bu ayələri də əzbərləyək, çünki qəbrin birinci gecəsində soruşulacaqdır. Bunları bilməsək əzab veriləcək. Xoş o insanların halına ki, bu ayələri əzbər bilir. Bəzi Quran ayələri və hədislərə əsasən insan dəlilsiz, sübutsuz bir şeyi qəbul edə bilməz. Hökmdür ki, dəlili olsun. O cümlədən bu Üsüliddin və Füruddinin də ayə ilə sübutunu da bilməliyik bunları nəzərə alaraq sizlərə belə bir xəbər hazırladım. Bu xəbərim isə qəbirdəki sual-cavablardan ibarətdir. Bu sualların cavablarını diqqətlə oxuyub əzbərləyin. Çünki elə ki, bizi qəbrə qoydular, ruhani yeddi qədəm uzaqlaşdı mələklər qəbrin ayaq tərəfindən daxil olub başlayırlar sualları verməyə. Bu sözləri bütün hədislər eynilə təsdiq edirlər. Elə təsəvvür edin ki, bu an birinci qəbr gecəmizdir. Əvvəlcə Üsuliddin haqda qısa məlumatı oxuyub keçək sual-cavaba.
Üsuliddin haqqında qısa məlumat
1. Tohid, yəni Allahı zatında və sifətində yeganə bilmək və ona şərik qoşmamaq.
2. Ədl, yəni Allah-təalanın ədalətli olub heç kəsə zülm etməməsinə inanmaq.
3. Nübüvvət, yəni Hz. Adəm (ə)-dan sonuncu Peyğəmbər Muhəmməd (s.ə.v.v.)-ə qədər insanların hidaəti üçün göndərilmiş 124000 (yüz iyirmi dörd min) peyğəmbərin haqq olmasına inanmaq və onları təsdiq etmək.
4. İmamət, yəni İslam Peyğəmbərinin haqq canişinləri olan on iki imama inanmaq və onları təsdiq etmək.
5. Məad, yəni öldükdən sonra bir daha dirilib dünyada etdiyimiz əməllər üçün Allah qarşısında cavab verməyə inanmaq.(Qiyamət, cənnət, cəhənnəm, haqq hesaba inanmaq)
Suallar və cavablar
Sual:
Tohidə hansı surəyə görə iman gətirdin?
Cavab: "De Allah təkdir, Allah ehtiyacsızdır və hamı ona möhtacdır, doğmayıb, doğulmayıb, onun oxşarı və misli yoxdur”. Tohid surəsi (qul huvllahu əhəd, yəni İxlas surəsi)
Sual:
Ədlə hansı ayəyə görə iman gətirdin?
Cavab: "Həqiqətən Allah (heç kəsə) zərrə qədərdə zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu (savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər ("Nisa surəsi ayə: 40)
Sual:
Nübüvvətə hansı ayəyə görə iman gətirdin?
Cavab: "Lakin o Allahın Rəsulu (Elçisi) və peyğəmbərlərin sonuncusudur" (Əhzab surəsi ayə: 40)
Sual:
İmamətə hansı ayəyə görə iman gətirdin?
Cavab: "Ey iman gətirənlər Allaha, Peyğəmbərə, özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin bu daha xeyirli və nəticəsi daha yaxşıdır" (Nisa surəsi ayə: 59) (İmamətə sübut iki ayədir amma birinidə əzbərləsəniz kifayətdir)Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri vəiman gətirənlər – namaz qılıb
rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən rəvayət edilir ki, buyurulan bu ayənin yeganə nümunəsi Əli (ə)-ın rüku halında dilənçiyə üzük bağışlamasıdır) (Maidə surəsi ayə: 55)
Sual:
Məada hansı ayəyə görə iman gətirdin?
Cavab: Hər kəs Allaha, Axirət gününə (sədaqətlə) inansa və yaxşı iş görsə onun mükafatı Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar (Bəqərə surəsi ayə: 62)
Bu oxuduqlarımızın yadda qalması üçün və qəbrin ilk gecəsində rahat cavab verməyimiz üçün Muhəmməd və ali Muhəmmədə salavat zikr edək:
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd