» » Dillə olan zikrin iki faydası


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dillə olan zikrin iki faydası
    +5
    Müəllif: RuQeYyA | 16-09-2015, 16:30 | Baxılıb: 995
     

     Dillə olan zikrin iki faydası

    Dillə olan zikrin ilk hədəf və faydası budur ki, insanın diqqətinin müqəddəs varlıqda təmərküzləşə bilməsi üçün insanda mövcud olan Allahı anmanın zəif dərəcəsini gücləndirir.
    Başlanğıcda Allaha diqqəti qaranlıq və ya pərakəndədir, amma dillə olan zikri söyləməklə, xüsusilə namaz qılanda həmin diqqət təmərküz tapıb, güclənir və Allaha sarı istiqamət alır. Bu dillə olan zikr üçün təsvir oluna biləcək faydalardan biridir.
    Dillə olan zikrin başqa bir faydası da budur ki, əgər ləfzi zikri söyləməklə zəif diqqət güclənmirsə, ən azı sabit qalır və tamamilə məhv olmur.
    İnsanın daşıdığı hallar, o cümlədən Allahı yad etməsi daim dəyişkəndir və zavala uğramaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən Allahı anmaq yadımızdan çıxmasın deyə, qəlbi və ruhi diqqətin davamlı olması üçün dillə olan zikrdən kömək almalıyıq. Beləliklə, zikr üçün iki hədəf və faydanı göstərmək olar və əlbəttə ki, birincinin faydası daha üstündür.
    Hərdən də elə olur ki, zikri söyləmək adət halına keçir və yalnız dili tərpətməklə müəyyən sözləri tələffüz etməkdən başqa bir şey olmur. Necə ki, bəzi adamlar bəzi əməlləri və sözləri düşünmədən, adət etdikləri üçün edirlər. Belə adət halına keçmiş əməllərin icrasında insanlar o qədər də gördükləri işə diqqətli olmurlar. Bəziləri səhərdən axşama kimi əllərində təsbih çevirirlər, lakin bu adi adət halına keçmiş bir məşğuliyyətdir və heç bir faydası da yoxdur. Və ya bəziləri barmaqları ilə saqqallarına tumar çəkirlər və bu, adət halı aldığı üçün gördükləri işə o qədər də diqqət yetirmirlər. Dilin adət etdiyi işlər də, bəzi uşaqların danışdıqları sözün mənasına diqqət yetirmədən əzbərlədikləri bir iki kəlməni adət olaraq elə hey söylədikləri kimidir.
    Bizim əksəriyyətimiz də bəzi dua və zikrləri adət etdiyimiz üçün oxuyuruq və azacıq da olsa, nə dediyimizin, nədən danışıldığının fərqinə varmırıq; buna görə də, qəlbimizdə heç bir təsir, dəyişiklik hiss etmirik.
    Ola bilsin ki, əvvəldə bir işə diqqətlə başlayaq və hansısa zikri söyləyək. Məsələn, eşidirik ki, rəvayətlərin birində deyilir ki, həzrəti Zəhranın (ə) təsbihini və ya filan zikri söyləməyin nə qədər savabı vardır. Buna görə də, həmin təsbihi diqqətlə oxuyuruq. Lakin get-gedə diqqətimiz zəifləməyə başlayır. İş o yerə çatır ki, axırda sözlər adət halına keçdiyi üçün diqqət etmədən deyib keçirik. Əlbəttə «Allahu Əkbər», «La ilahə illəllah» kimi zikrlərin mənalarına diqqət etmədən də söyləmək puç və alçaq sözləri söyləməkdən daha yaxşıdır, lakin insanın ruhunda lazım olan təsiri qoymayacaqdır.
    Elələri də olub ki, Allaha heç etiqadları da olmayıb, lakin adət etdikləri üçün danışıq əsnasında tez-tez Allahın adını çəkir, Ona and içirdilər; çünki bu iş onların adət-ənənəsinə çevrilmişdir. Hətta əvvəllər öz kommunistlərimizdən bəziləri Allaha, dinə etiqadları olmamasına baxmayaraq, adət etdikləri üçün bir-birlərindən ayrılanda «Allah amanında» deyib ayrılırdılar. Onlar bu sözləri söyləyərkən, heç də onun mənasına diqqət yetirmirdilər. Elə biz müsəlmanlar da çox vaxt Allahın adını adət üzündən dilimizə gətiririk və onun mənasına o qədər də fikir vermirik.
    Cahil, eləcə də İslamın əvvəllərində təzə müsəlmanlığı qəbul etmiş ərəblər arasında Allahın adını çəkmək adi hal idi. Hətta ən adi işlərdə də Allahın adını çəkirdilər. Küçədə bir iti və ya donuzu görəndə, nifrət əlaməti olaraq deyirdilər: «Allah səni öldürsün». Bu sözü söyləyərkən, heç də Allahın adına fikir vermirdilər. Bu adi adət idi və onlar heç də bu işi qəlbdən, etiqad bəsləyərək görmürdülər. Aydındır ki, bu sözləri bu şəkildə söyləmək, insana heç bir təsir bağışlamır və Allahı anmaq hesab olunmur.
    Bu hədisdə Peyğəmbəri-əkrəm (s) Əbuzərə tapşırır: «Allahı yad etmək istəyəndə öncə Onun əzəmət və cəlalını təsəvvüründə canlandır. Həmişə yadında olsun, Allah bütün varlıq dünyasının yaradıcısıdır və hər şey Onun qüdrət əlindədir. Allah özü nəhayətsiz əzəmət və cəlal sahibi olduğu kimi, Onun adı da bir o qədər əzəmətli və cəlallıdır. Bu səbəbdən, Onu diqqət və əzəmətlə yad et. Allahın adını qəlbi hazırlıq və səmimiyyətlə yad edə bilməyin üçün öncə Onun əzəməti sənin ruh və qəlbində özünə yer tapmalıdır. Elə olmasın ki, cahil adamlar kimi dediyinin fərqində olmadan, dilin adət etdiyi üçün Allahı yad edəsən. İnsanın ruhuna təsir edən, qəlbin rahatlıq tapması və namazın hədəfi olmasına və insanın mənəvi yüksəlişinə səbəb olan, onun puç, maddi baxışlardan əl çəkib, əbədi axirət dünyası və tükənməz nemətlərə baxışını yönəldən, insan və Allah arasında qırılmaz əlaqə yaradan zikr o zikrdir ki, mənasına diqqət edilsin və Allahın hüzurunu nəzərdə tutaraq dilə gətirilsin. Bu həmin o zikrdir ki, Allah onun vəsfində buyurur:
    «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunan zaman həmin ayələr onların imanlarını daha da artırar…»(«Ənfal» surəsi, ayə 2.).
    Yaxşı olar ki, sonda Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) bəzi səhabələrinin zikrə hansı diqqətlə yanaşdıqlarına nəzər yetirək: «Mən Məhəmmədin (s) səhabələrini gördüm, lakin sizlərdən heç birini onlar kimi görmürəm. Onlar səhər vaxtı üst-başları qubarlı, saçları dağınıq olardılar; çünki gecəni səhərə qədər səcdədə və namaz qılmaqda idilər. Hərdən alınlarını, hərdən də yanaqlarını torpağa qoyurdular. Qiyaməti yad edərkən, iztirabdan yanar köz kimi olardılar. Uzun səcdəyə qapılmaqdan alınları keçinin dizləri kimi döyənək olub, qabar bağlamışdı»(«Nəhcül-bəlağə», xütbə 96, səh. 286.)
     
    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 17 Eylül 2015 05:28 | Redaktor | Şərh yazdı
    Allah komeyin olsun bacim. Deyerli movzudur. Allah Celli Celal dua ve ibadetlerimizi Ona layiq sekilde etmeyimizi nesib etsin amin insAllah amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.