» » Xəstəliklərin aradan qaldırılması üçün başqa dua


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xəstəliklərin aradan qaldırılması üçün başqa dua
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 16-09-2015, 18:00 | Baxılıb: 9 672
     
     
    Xəstəliklərin aradan qaldırılması üçün başqa dua

    Ərəbcə
     
    اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِاسْمِ كَ الَّذي اِذَا سَئَلَكَ بِهِ الْمُضْطَرُّ كَشَفْتَ مَابِهِ مِنْ ضُرٍّ، مَكَّنْتَ لَهُ فِي الاَرْضِ، وَ جَعَلْتَهُ خَليفَتَكَ عَلَى خَلْقِكَ اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلَى اَهْلِ بَيْتِهِ، وَ اَنْ تُعَافِيَني مِنْ عِلَّتي
    اَللهُ اَللهُ اَللهُ رَبّي حَقّاً، لا اُشْرِكُ بِهِ شَ يْئاً، اللَّهُمَّ اَنْتَ لَهَا وَ لِكُلِّ عَظيمَةٍ، فَفَرِّجْهَا عَنّي
    اَعُوذُ بِعِزَّةِ اللهِ، وَ اَعُوذُ بِقُدْرَةِاللهِ، وَ اَعُوذُ بِجَلالِ اللهِ، وَ اَعُوذُ بِعَظَمَةِ اللهِ، وَ اَعُوذُ بِجَمْعِ اللهِ، وَ اَعُوذُ بِرَسُولِ اللهِ صَلّيَ اللهُ عَلَيْهِ وَ آلِهِ، وَ اَعُوذُ بِاَسْمَاءِ اللهِ، مِنْ شَرِّ مَا اَحْذَرُ، وَ مِنْ شَرِّ مَا اَخَافُ عَلَى نَفْسي
    اللَّهُمَّ رَبِّ اَنْتَ اَعْطَيْتَنيهِ، وَ اَنْتَ وَ هَبْتَ هُ لي، اللَّهُمَّ فَاجْعَلْ هِبَتَكَ الْيَوْمَ جَديدَةً، اِنَّكَ قَادِرٌ مُقتَدِرٌ
    اللَّهُمَّ اَزِلْ عَنْهُ الْعِلَلَ وَالدَّاءَ ، وَ اَعِدْهُ اِلَي الصِّحَّةِ وَالشِّفَاءِ، وَ اَمِدَّهُ بِحُسْنِ الْوِقَايَةِ، وَ رُدَّهُ اِلَى حُسْنِ الْعَافِيَةِ، وَاجْعَلْ مَا نَالَهُ في مَرَضِهِ هَذا مَادَّةً لِحَيوتِهِ وَ كَفَّارَةً لِسَيّئِاتِهِ، اللَّهُمَّ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ 
    وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنينَ 
    يَا مُنْزِلَ الشِّفَاءِ، وَ مُذْهِبَ الدَّاءِ ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اَنْزِلْ عَلَى وَجَعي الشِّفَاءَ 
    اِلَهي كُلَّمَا اَنْعَمْتَ عَلَيَّ نِعْمَةً قَلَّ لَكَ عِنْدَهَا شُكْري، وَ كُلَّمَا ابْتَلَيْتَني بِبَلِيَّةٍ قَلَّ لَكَ عِنْدَهَا صَبْري، فيَامَنْ قَلَّ شُكْري عِنْدَ نِعَمِهِ فَلَمْ يَحْرِمْني، وَ يَا مَنْ قَلَّ صَبْري، عِنْدَ بَلائِهِ فَلَمْ يَخْذُلني، وَ يَا مَنْ رََاني عَلَي الْمَعَاصي فَلَمْ يَفْضَحْني، وَ يَا مَنْ رََاني عَلَي الْخَطَايَا فَلَمْ يُعَاقِبْني عَلَيْهَا، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَاغْفِرْ لي ذَنْبي، وَ اشْفِني مِنْ مَرَضي، اِنَّكَ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ 
    بِسْمِ اللهِ الْمَلِكِ الْحَقِّ الْمُبينِ، شَ هِدَاللهُ اَنَّهُ لا اِلَهَ اِلاََّ هُوَ الْمَلائِكَةُ وَ اوُلُوا الْعِلْمِ، قَائِماً بِالْقِسْطِ، لا اِلَهَ اِلاََّ هُوَ الْعَزيزُ الْحَكيمُ، اِنَّ الدّينَ عِنْدَاللهِ الاْءِسْـلامُ، للهِِ نُورٌ وَحِكْمَةٌ، وَ حَوْلٌ وَ قُوَّةٌ وَ قُدْرَةٌ، وَ سُلْطَانٌ وَ بُرْهَانٌ، لا اِلَهَ اِلاَّ اللهُ، آدَمُ صَفِيُّ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، اِبْرهيمُ خَليلُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُوسَى كَليمُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ الْعَرَبِيُّ رَسُولُ اللهِ، وَ حَبيبُهُ وَ خِيَرَتُهُ مِنْ خَلْقِهِ، اُسْكُنْ يَا جَميعَ الاَوْجَاعِ وَ الاَسْقَامِ وَ الاَمْرَاضِ، وَ جَميعَ الْعِلَلِ وَ جميعَ الْحُمَّيَاتِ، سَكَّنْتُكَ بِالَّذي سَكَنَ لَهُ مَا فِي اللَّيْلِ وَالنَّهَارِ، وَ هُوَ السَّميعُ الْعَليمُ، وَ صَلَّي اللهُ عَلَى خَيْرِ خَلْقِهِ مُحَمَّدٍ وَ آلِهِ اَجْمَعينَ
    بِسْم اللهِ الرَّحْمَانِ الرَّحيمِ، لا اِلَ هَ اِلاَّ اللهُ الْمَلِكُ الْحَقُ الْمُبينُ شَهِدَاللهُ 
    للهِِ نُورٌ وَ حِكْمَةٌ وَ عِزٌّ وَ قُوَّةٌ، وَ بُرْهَانٌ وَ قُدْرَةٌ، وَ سُلْطَانٌ وَ رَحْمَةٌ، يَا مَنْ لا يَنَامُ، لا اِلَهَ اِلاََّ اللهُ، اَبْرهيمُ خَليلُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، مُوسَى كَليمُ اللهِ، لا اِلَهَ اِلاَّ اللهُ، عيسَى رُوحُ اللهِ، وَ كَلِمَتُهُ، لا اِلَهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ، وَ صَفِيُّهُ، وَ صِفْوَتُهُ صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ، اُسْكُنْ سَكَّنْتُكَ بِمَنْ يَسْكُنُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالاَرْضِ، وَ بِمَنْ سَكَنَ لَهُ مَا فِي الَّيْلِ وَالنَّهَارِ، وَ هُوَ السَّميعُ الْعَليمُ فَسَخَّرْنَا لَهُ الرّيحَ تَجْري بِاَمْرِهِ رَخَاءً حَيْثُ اَصَابَ، وَ الشَّيَاطينَ كُلَّ بَنَّاءٍ وَ غَوَّاصٍ اَلا اِلَي اللهِ تَصيرُ ألاُمُورُ
     
    Oxunuşu
     
    Əllahummə inni əs`əlukə bismikəlləzi iza səələkə bihil muztərru kəşəfət ma bihi min zurr, və məkkəntə ləhu fil ərz, və cəəltəhu xəlifətəkə əla xəl-qikə ən tusəlliyə əla Muhəm-mədin və əla Əhli bəytih, və ən tuafiyəni min illəti.
    Əllahu Əllahu Əllahu rəbbi həqqa, la uşriku bihi şəy`a, Əllahummə əntə ləha və likulli əziməh, fəfərricha ənni.
    Əuzu biizzətillahi və əuzu biqudrətillahi və əuzu bicəlalil-lah, və əzuzu biəzəmətillahi və əuzu bicəm`illah, və əuzu birə-sulillahi səllallahu əleyhi və alih, və əuzu biəsmaillahi min şərri ma əhzər, və min şərri ma əxafu əla nəfsi.
    Əllahummə rəbbi əntə ə`təy-tənih, və əntə vəhəbtəhu li, Əl-lahummə fəc`əl hibətəkəl yəv-mə cədidəh, innəkə qadirun muqtədir.
    Əllahummə əzil ənhul ilələ vəd da, və əidhu iləs sihhəti vəş şifa, və əmiddəhu bihusnil vi-qayəti və ruddəhu ila husnil afiyəh, vəc`əl ma naləhu fi mərəzihi haza maddətən lihə-yatihi və kəffarətən lisəyyiatih, Əllahummə və səlli əla Mu-həmmədin və ali Muhəmməd. 
    Nunəzzilu minəl Qur`ani ma huvə şifaun və rəhmətun lil mu`min.
    Ya munziləş şifa və muz-hibəd da, səlli əla Muhəmmədin və alih, və ənzil əla vəcəiş şifa.
    İlahi kulləma ən`əmtə ələyyə ni`mətən qəllə ləkə indəha şukri, və kulləməbtələytəni bibəliyyətin qəllə ləkə indəha səbri, fəya mən qəllə şukri ində niəmihi fələm yəhrimni, və ya mən qəllə səbri ində bəlaihi fələm yəxzulni, və ya mən rəani ələl məasi fələm yəfzəhni, və ya mən rəani ələl xətaya fələm yuaqibni ələyha, səlli əla Muhəmmədin və ali Muhəm-məd, vəğfirli li zənbi vəşfini min mərəzi, innəkə əla kulli şəy`in qədir.
    Bismillahil məlikil həqqil mubin, şəhidəllahu ənnəhu la ilahə illa huvəl məlaikətu və ulul ilm, qaimən bil qisti la ilahə illa huvəl əzizul həkim, innəd dinə indəllahil islam, lillahi nurun və hikmətun və həvlun və quvvətun və qud-rətun və sultanun və burhan, la ilahə illallahu Adəmu səfiy-yullah, la ilahə illallahu İbrahi-mu xəlilullah, la ilahə illallahu Musa kəlimullah, la ilahə illəllahu Muhəmmədunil ərə-biyyu rəsulullah, və həbibuhu və xiyərətuhu min xəlqih, us-kun ya cəmiəl əvcai vəl əsqami vəl əmraz, və cəmiəl iləli və cəmiəl humməyat, səkkəntukə billəzi səkənə ləhu ma fil ləyli vən nəhar, və huvəs səmiul əlim, və səlləllahu əla xəyri xəl-qihi Muhəmmədin və alihi əc-məin. 
    Bismillahir rəhmanir rəhim, la ilahə illəllahul məlikul həq-qul mubin, şəhidəllahu...
    Lillahi nurun və hikmətun və izzun və quvvəh, və burhanun və qudrətun və sultanun və rəhməh, ya mən la yənamu la ilahə illəllah, İbrahimu xəli-lullahi la ilahə illəllah, Musa kəlimullahi la ilahə illəllah, İsa ruhullahi və kəlimətuhu la ila-hə illəllah, Muhəmmədun rəsu-lullahi və səfiyyuhu və sifvə-tuhu səlləllahu ələyhi və alihi və səlləm, uskun səkkəntukə bimən yəskunu ləhu ma fis səmavati vəl ərz, və bimən səkənə ləhu ma fil ləyli vən nəhar, və huvəs səmiul əlim, fəsəxxərna ləhur rihə təcri biəmrihi rəxaən həysu əsab, vəş şəytanə kullə bənnain və ğəvvas, əla iləllahi təsirul umur.
     
    Tərcüməsi
     
    Bir sa (3 kq) buğda alsın, arxası üstə uzanıb həmin buğdaları sinəsinin üstənə töksün və desin:
    İlahi, Səndən o adının vasitəsilə istəyirəm ki, çarəsiz bir şəxs onunla möhnətinin aradan qaldırılmasını istədikdə, onu aradan qaldırdın, yer üzündə ona qüdrət verdin və insanlar üzərində Özünə xəlifə seçdin! (Səndən istəyirəm ki,) Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən və bu dərdi məndən sovuşdurub, mənə sağlamlıq verəsən!
    Sonra qalxıb otursun, buğdaları öz ətrafından yığsın və bu duanı oxusun. Daha sonra həmin buğdaları hər biri bir müddən (750 q) ibarət olan dörd hissəyə bölüb, kasıba versin. Allahın köməyilə həmin xəstəlik ondan götürülər.
    Həmçinin Əmirəl-möminin Əlidən (ə) rəvayət olunmuşdur ki, əlini dərd olan yerə qoyub üç dəfə desin:
    Mənim Rəbbim Allah, Allah, Allah haqdır və mən Ona heç bir şeyi şərik qoşmaram. İlahi, bu dərdi və bütün böyük bəlaları yalnız Sən aradan qaldıra bilərsən! Odur ki, onu məndən sovuşdur!
    Eləcə də İmam Sadiq (ə) buyurmuşdur: Əlini dərd olan yerə qoyub "Bismillah” desin və sonra əlini həmin yerə çəkib yeddi dəfə desin:
    Allahın izzətinə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. Allahın böyüklüyünə pənah aparıram. Allahın əzəmətinə pənah aparıram. Allahın bütün vəsflərinə pənah aparıram. Allahın Rəsuluna (Allahın salamı olsun ona və Əhli-beytinə) pənah aparıram. Qorxduqlarımın, eləcə də, öz canıma qorxduqlarımın şərindən Allahın adlarına pənah aparıram!
    Rəvayət olunmuşdur ki, hər kəsin övladı xəstələnsə, həmin övladın anası damın üstünə çıxıb, məqnəsini başından açsın, səmanın altında başıaçıq dursun və səcdəyə gedib desin:
    İlahi, ey Rəbbim, onu Sən mənə verdin və Sən mənə bəxşiş etdin! İlahi, bəxşişini yenidən əta et ki, həqiqətən, Sən güclü və qüdrətlisən!
    Övladı sağalmayana qədər başını qaldırmasın.
    Şeyx Şəhid nəql etmişdir ki, hər kim şiddətli bir dərd və ağrıya tutulsa, su ilə dolu qaba qırx dəfə "Həmd” surəsini oxuyub, həmin suyu öz üstünə töksün. Sonra xəstə olan həmin şəxs buğda olan zənbili yanına qoysun və öz əli ilə onu kasıba verib, sağalması üçün onun dua etməsini xahiş etsin. İnşaallah şəfa tapar. Mötəbər rəvayətlərdə deyilmişdir ki, sədəqə verməklə öz xəstələrinizi sağaldın.
    Həmçinin Şeyx Şəhid nəql etmişdir ki, xəstəliyi aradan qaldırmaq üçün, bir kəs öz əlini xəstə olan şəxsin sağ qoluna qoyub, "Həmd” surəsini yeddi dəfə oxuduqdan sonra, bu duanı desin:
    İlahi, xəstəlik və dərdləri ondan uzaqlaşdır, onu səhhət və sağlamlığa qaytar, ona yardım etməklə yaxşı qoru, onu gözəl afiyətə qaytar, onun düçar olduğu bu xəstəliyi həyatı üçün ibrət və günahlarının kəffarəsi qərar ver! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!
    Əgər bu dua onun sağalmasına heç bir təsir bağışlamasa, "Həmd” surəsini yetmiş dəfə təkrarlasın, inşaallah, öz təsirini göstərər.
    İmam Baqirdən (ə) belə nəql olunmuşdur: Xəstəliyə düçar olan hər bir şəxs "Həmd” və "İxlas” surələrini oxumaqla şəfa tapmasa, heç bir şey onu sağaltmaz və bu iki surə hər bir dərdin dərmanıdır.
    İmam Sadiq (ə) buyu¬rmuşdur: Xəstə olan hər bir mömin xalis niyyətlə 
    Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik.
    ayəsini tilavət edib, əlini ağrılıq hiss etdiyi yerə çəksə, Allahın köməyi ilə şəfa tapar.
    İmam Rzadan (ə) nəql olunmuşdur: Hər bir xəstəliyin sağalması üçün bu duanı oxuyun:
    Ey şəfa nazil edən və dərdi aparan! Məhəmməd və onun Əhli-beytinə salam yetir və dərdimə şəfa nazil et!
    Seyid ibni Tavus özünün "Muhcud-dəəvat” kitabında İbni Abbasdan nəql etmişdir ki, o belə demişdir: Mən həzrət Əmirəl-möminin Əlinin (ə) yanında oturmuşdum. Bu zaman bir nəfər rəngi ağarmış halda gəlib dedi: Ya Əmrəl-möminin! Mən uzun müddətdir ki, xəstələnmişəm və şiddətli ağrılara mübtəla olmuşam. Buna görə də şəfa tapmağım üçün mənə bir dua öyrət. O həzrət buyurdu: Sənə Həsən və Hüseynin xəstələndikləri zaman Cəbrailin Həzrət Peyğəmbər (s)-ə öyrətdiyi duanı öyrədəcəyəm və həmin dua belədir:
    İlahi, hər zaman mənə bir nemət verdin, Sənin dərgahında şükrüm az oldu, hər zaman bir müsibətə düçar etdin, Sənin dərgahında səbrim az oldu! Elə isə, ey nemətlərinə şükrüm az olduğu halda məni məhrum etməyən və müsibətinə səbrim az olduğu halda məni tək qoymayan! Ey mənim günaha qurşandığımı gördüyü halda məni rüsvay etməyən və xəta etdiyimi gördüyü halda məni cəzalandırmayan! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, günahımı bağışla və xəstəliyimə şəfa ver ki, həqiqətən, Sən hər bir şeyə qadirsən.
    İbni Abbas deyir: "Bir ildən sonra həmin kişini sağlam olduğu halda gördüm.” O dedi: "Mən hər bir dərdə, xəstəliyə düçar olduqda, həmişə bu duanı oxuyur və şəfa tapıram. Qorxduğum hər bir padşahın yanına getdikdə, Allah taala onun şərrini məndən uzaq edir.”
    Belə nəql olunmuşdur ki, Nəccaşi öz ata-babalarından dörd yüz illik bir papaq irs aparmışdı. Onu, hər bir dərdin, ağrının üstünə qoyduqda, dərhal yaxşı olurdu. Bu papağın sirrindən agah olmaq üçün onu cırıb, onun içində bu duanın qoyulduğunu gördülər:
    Malik və aşkar haqq olan Allahın adı ilə! Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir tanrının olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli,) Ondan başqa heç bir tanrı yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir. Şübhəsiz, Allah yanında (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din həmin İslamdır. Allah nur, hikmət, güc, qüvvət, qüdrət, səltənət və dəlil sahibidir. Allahdan başqa heç bir tanrı yoxdur. Adəm Allahın seçdiyidir. Allahdan başqa heç bir tanrı yoxdur. İbrahim Allahın dostudur. Allahdan başqa heç bir tanrı yoxdur. Musa Allahın həmsöhbətidir. Allahdan başqa heç bir tanrı yoxdur. Ərəb olan Məhəmməd Allahın rəsulu, həbibi və Öz məxluqatı arasından bəyənib-seçdiyi bəndəsidir. Ey bütün dərdlər, ağrılar, xəstəliklər, səbəblər və qızdırmalar sakitləşin! Sizi gecə-gündüz baş verənləri sakitləşdirən Allahın adı ilə sakitləşdirdim. O, eşidən və biləndir. Allahın salamı olsun məxluqatın ən yaxşısı Məhəmməd və onun Əhli-beytinə – onların hamısına!
    "Məkarimul-əxlaq” kitabında Məlik Nəccaşi baş ağrısına düçar olmuşdu. Buna görə də bir məktub yazıb öz xəstələyini həzrət Peyğəmbərə xəbər verdi. O həzrət də onun üçün bu duanı yazıb göndərdi. O, həmin duanı papağının içinə qoyduqda, ağrısı kəsildi. Həmin dua belədir:
    Bağışlayan və mehriban Allahın adı ilə! Malik və aşkar haqq olan Allahdan başqa heç bir tanrı yoxdur. Allah ədalətə əsaslanaraq Ondan başqa bir tanrının olmamasına şəhadət verdi...
    ayənin axırına kimi
    Allah nur, hikmət, izzət, qüvvət, dəlil, qüdrət, səltənət və rəhmət sahibidir. Ey yatmayan Allah! Allahdan başqa heç bir tanrı yoxdur. İbrahim Allahın dostudur. Allahdan başqa heç bir tanrı yoxdur. Musa Allahın həmsöhbətidir. Allahdan başqa heç bir tanrı yoxdur. İsa Allahın ruhu və kəlməsidir. Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd Allahın rəsulu, bəyəndiyi və seçdiyi bəndəsidir. Allahın salamı olsun ona və onun Əhli-beytinə! Sakitləşin! Sizi göylər və yerdə olanları, gecə-gündüz baş verənləri sakitləşdirən Allahın adı ilə sakitləşdirdim. O, eşidən və biləndir. Beləliklə, Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi. Həmçinin hər bənna və qəvvasdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cavahirat çıxarmaq üçün ona ram etdik). Həqiqətən, işlər Allaha doğru qayıdacaq!

    Kitabın adı: Məfatihul Cinan
     
     
     
    Bölmə: Dualar
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 17 Eylül 2015 11:44 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim deyerli duadir, Allah butun xestelere sefa versin amin in se Allah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.