Ürəklər ağıza gələr
"Mö᾽min ” surəsi, ayə 18: "Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (Qiyamət günü ilə) qorxut.”
O günün xovf və hövlündən ürəklər yerindən çıxıb boğazlarda dayanar, nə yerinə qayıdar, nə də bayıra çıxar ki, rahatlıq olsun. O gün ürəklər qəm-qüssə ilə dolu olar. Bir sözlə, həmin gün o qədər dəhşətlidir ki, ürəklər yerindən qopub nəfəs yolunu tutar. Bu Qur᾽ani Məcidin mö”təbər məsələsidir. Allah-Taala təkrar-təkrar belə bir günün qorxusundan xəbər verib ki, qardaş-qardaşdan, insan öz ata-anasından, ailə uşağından qaçar. Bu ayədə Allah o gündəki qorxunu, hövlü bəyan edir ki, bu qorxu və hövlün şiddətindən insani əlaqələr insanın əyalına, övladına, ata-anaya, qardaşa olan əlaqəsi qırılar. Hər kəs özünə əməllərinin nəticəsinə elə məşğul olar ki, başqalarına diqqətsiz qalar. Bu səbəbdən də hamıdan qaçar. (80-cı surə, 34-cü ayə). (Günahlar səbəbindən) öz haqqını istəməyə qorxar. Bəli, nəfəslər boğazlarda tutular, bütün bu cəmiyyətdən, zarıltıdan savayı bir səs eşidilməz.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb