İmam Sadiq əleyhissalamın namazı
İki rükətdir və hər rükətdə bir dəfə "Həmd” və yüz dəfə "Şəhidəllah...” ayəsi oxunmalıdır.
İmam Sadiq əleyhissalamın duası
Ərəbcə
يَا صَانِعَ كُلِّ مَصْنُوعٍ يَا جَابِرَ كُلِّ كَسِيرٍ [كَسْرٍ] وَ يَا حَاضِرَ كُلِّ مَلَإٍ وَ يَا شَاهِدَ كُلِّ نَجْوَى وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ وَ يَا شَاهِدُ [شَاهِدا] غَيْرَ غَائِبٍ وَ يَا غَالِبُ [غَالِبا] غَيْرَ مَغْلُوبٍ وَ يَا قَرِيبُ [قَرِيبا] غَيْرَ بَعِيدٍ وَ يَا مُونِسَ كُلِّ وَحِيدٍ وَ يَا حَيُّ مُحْيِيَ الْمَوْتَى وَ مُمِيتَ الْأَحْيَاءِ الْقَائِمُ [الْقَائِمَ] عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ وَ يَا حَيّا حِينَ لا حَيَّ لا إِلَهَ إِلا أَنْتَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Oxunuşu
Ya saniə kulli məsnuin, ya cabirə kulli kəsir, və ya hazirə kulli mələ`, və ya şahidə kulli nəcva, və ya alimə kulli xəfiy-yəh, və ya şahidu ğəyrə ğaib, və ğalibu ğəyrə məğlub, və ya qəribu ğəyrə bəid, və ya munisə kulli vəhid, və ya həyyu muh-yiyəl məvta, və mumitəl əhya, əl qaimu əla kulli nəfsin bima kəsəbət, və ya həyyən hiynə la həyy, la ilahə illa ənt, səlli əla Muhəmmədin və ali Muhəmməd.
Tərcüməsi
Ey bütün məxluqatı yaradan, ey bütün qəlbisınıqlara aramlıq bəxş edən, ey bütün yığıncaqlarda hazır olan, ey bütün sirlərə şahid olan, ey bütün gizli işləri bilən, ey qaib olmayan şahid, ey məğlub olmayan qalib, ey uzaq olmayan yaxın, ey bütün təklərin munisi, ey ölüləri dirildən və diriləri öldürən diri, ey qazanan hər bir kəsi qoruyan, ey diri varlıq olmayan zaman diri olan, Səndən başqa məbud yoxdur, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!
Kitabın adı: Məfatihul Cinan