İmam Zeynul-Abidin əleyhissalamın namazı
Dörd rükətdir və hər rükətdə "Həmd” surəsi bir dəfə, "İxlas” surəsi isə yüz dəfə oxunmalıdır.
İmam Zeynul-Abidin əleyhissalamın duası
Ərəbcə
يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ الْقَبِيحَ يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ يَا صَاحِبَ كُلِّ نَجْوَى يَا مُنْتَهَى كُلِّ شَكْوَى يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الرَّجَاءِ يَا مُبْتَدِئا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا يَا رَبَّنَا وَ سَيِّدَنَا وَ مَوْلانَا يَا غَايَةَ رَغْبَتِنَا أَسْأَلُكَ اللَّهُمَّ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Oxunuşu
Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, ya mən ləm yua-xiz bil cərirəh, və ləm yəhtikis sitr, ya əziməl əfv, ya həsənət təcavuz, ya vasiəl məğfirəh, ya basitəl yədəyni bir rəhməh, ya sahibə kulli nəcva, ya muntəha kulli şəkva, ya kəriməs səfhi ya əzimər rəca, ya mubtədiən binniəmi qəblə istihqaqiha, ya rəbbəna və səyyidəna və məv-lana, ya ğayətə rəğbətina, əs`-əlukəllahummə ən tusəlliyə əla Muhəmədin və ali Muhəmməd.
Tərcüməsi
Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! Ey günaha görə cəzalandırmayan və günahkarların pərdəsini yırtmayan! Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, ey günahlardan keçən böyük və mehriban, ey ümid bəsləyənlərin böyük ümidi, ey haqqından qabaq nemətlər bağışlayan, ey bizim Rəbbimiz və sərvərimiz, ey istəklərimizin sonu! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən!
Kitabın adı: Məfatihul Cinan