Məadı inkar edən zındığa İmam Sadiqin (ə) buyurduğu
+10
Müəllif:
Elya | 5-09-2015, 12:00 | Baxılıb: 933
Məadı inkar edən zındığa İmam Sadiqin (ə) buyurduğu
"Üsuli-Kafidə nəql olunur ki, Həzrət İmam Sadiq (əleyhissalam) İbni Əbül Ücaiyə buyurdu: "Əgər həqiqət dindarların dediyidirsə, (və şəksiz də həqiqət onların dedikləridir) onlar rahat, sizsə həlak oldunuz; və əgər sizin dedikləriniz həqiqətdirsə, (və şəksiz ki, bu belə deyildir) bu halda siz və onlar bərabərsiniz.” İbni Əbil Ücai dedi: "Məgər onların dedikləri bizim dediklərimizlə eyni deyildirmi?” İmam (əleyhissalam) buyurdu: "Necə bir, eyni ola bilər ki, onlar məada, məadın savab və cəzasına, göylərin və yerin abadlığına, bütün bunların Allah tərəfindən yaradıldığına inanırlar, sizsə göylərin varlığını, Allahın yoxluğunu iddia edirsiniz!?Göründüyü kimi bu hədisdə İmam (əleyhissalam) Yaradanın sübutu üçün ehtiyatı dəlil buyurub. Bu bizim üçün ən aşağı (minimum) dəlildir. Əslində cəza gününə yəqinlik olmalıdır və tərəddüd, şəkk, hətta güman da kafi deyil.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.