Bazar günün namazı və bazar gününün duası
Bazar günün namazı
İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunmuşdur ki, yekşənbə (bazar) günündə dörd rəkət namaz qılıb, onun hər rəkətində《Həmd》və 《Təbarəkəlləzi biyədihil-mulki》surəsini oxuyan şəxsə, Allah-taala behiştdə istədiyi yerdə, yer verəcək.
Bazar günün duası
Bismillahirrəhmanirrəhim
Bismillahilləzi la ərcu illa fəzləh, və la umsiku illa bihəblih, bikə əstəciru ya zəl-əfvi vər-rizvani minəz-zulmi vəludvani və min giyəriz-zəmani və təvaturil-əhzani və təva-riqil-hədəsan və mininqizail-müddəti qəblət-təəhhübi vəlüddəti və iyyakə əstərşidu lima fihissəlahu vəl-islah, və bikə əstinu fima yəqtərinu bihin-nəcahu və iyyakə ərgəbu fi libasil-afiyəti və təmamiha və şumulis-səlaməti və dəvamiha və əuzu bikə ya rəbbi min həməzatiş-şəyatin, və əhtərizu bisultanikə min cəvris-səlatini fətə-qəbbəl ma kanə min səlati və səvmi, vəc'əl gədi və ma bə'dəhu əfzələ min saəti və yəvmi və əizzəni fi əşirəti və qəvmi vəhfəzni fi yəqzəti və nəvmi fə əntəllahu xəyrun hafizən və əntə ərhəmur-rahimin.
Duanın tərcüməsi
O Allahın adı ilə ki, Onun fəzl və rəhmətindən başqa bir şeyə ümüdüm yoxdur və Onun ədalətindən başqa bir şeydən qorxmuram. Onun özündən başqa bir şeyə e'timad etmirəm. Onun ipindən başqa bir şeyə sarılmıram. Xalqın təcavüz və zülmündən yalnız Sənə pənah gətirirəm, ey rizvan və əfv sahibi. Sənə, zəmanəninçətinliklərindən, ardıcıl qəm-qüssələrindən, müsibətli hadisələrdən (Qiyamət səfəri üçün ) lazımınca hazırlaşıb azuqə hazırlamazdan qabaq ömrümün sona çatmasından sənə pənah aparıram. Mənim üçün layiqli və islahlı olan işlərdə yalnız səndən yol göztərməni istəyirəm. Və asanlıq olan işlərdə yalnız Səndən kömək istəyirəm. Saglamlıq libası və onun tamam olmasını onun saglam və davamlı olmasını mənim halıma şamil olmasını yalnız Səndən istəyirəm. Şeytanların vəsvəsəsindən yalnız Sənə pənah aparıram, soltanların zülmündən Sənin sultanlıgınla alamda qalıram pərvərdigara, Mənim keçən namaz və oruclarımı qəbul et, sabahımı və ondan sonrakı günlərimi bu gündən və bu saatımdan daha yaxşı et, məni öz qohum-əqrabam, tayfam içərisində əziz et, ayıqlıqda və yuxuda məni hifz et. Çünki, Sən ey Allah ən yaxşı hifz edənsən , və Sən , rəhm edənlərin ən rəhimlisisən.
Kitabın adı: Məfatihul cinan
Müəllif: Şeyx Abbas Qumi