76. Divanəlik
369. Divanəliyin növləri.
1183. Allahın Peyğəmbəri (s):«Gənclik divanəliyin bir budağıdır.»
1184. Imam Əli (ə):«Əsəbilik divanəliyin bir növüdür, çünki əsəbi adam peşman olar. Əgər peşman olmursa divanəliyi yerindədir.»
1185. İmam Sadiq (ə):«Verilən sualların hamısına cavab verən şəxs divanədir.»
370. Həqiqi divanə.
1186. Mişkatul-Ənvar kitabından:«Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur:«Ona nə olub?» Dedilər ki, divanədir. Peyğəmbər (s):«Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır.»
1187. Həmin kitabdan:«Peyğəmbər (s) səhabələrlə oturmuşdu və bir kişi onların yanından keçib getdi. Səhabələrdən biri dedi:«Bu kişi divanədir» Həzrət (s) buyurdu: «Xeyr, ona müsibət üz veribdir. Divanə, öz gəncliyini Allahdan qeyrisinə itaətdə hədər edən kişi və ya qadındır.»
1188. Cabir ibn Əbdullah Ənsari:«Peyğəmbər (s) epilepsiyaya tutulmuş bir kişi ilə qarşılaşdıqda… buyurdu:«Bu divanə deyil. Sizə həqiqi divanədən xəbər verimmi?»… Buyurdu:«Həqiqi divanə təkəbbürlə yol gedən və özündən razı halda çiyinlərini tərpədəndir, (qürur və təkəbbürə işarədir). O divanə, bu isə xəstədir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild