Ravidən nəql olunmuşdur ki,İmam Zeynul Abidin (ə) qapı
ağzında əyləşmiş bir kişi ilə rastlaşdı.Həzrət o kişidən soruşdu:Bu zülmkar
kişinin qapısının qarşısında nə üçün əyləşmisən?
Dedi:Mənə üz vermiş şətinliyə görə.
Buyurdu:Ayağa qalx,mən sənə elə bir kəsin qapısını
göstərim ki,bu kişinin qapısından daha yaxşıdır.
Həzrət onun əlindən tutub Həzrəti Peyğəmbər (s) –in
məscidinə gətirdi və buyurdu: Üzü qibləyə durub,iki
rəkət namaz qıl,sonra Allaha həmd –səna deyib,Peyğəmbər (s) -ə salavat göndər.
"Həşr” surəsinin axırıncı və "Hədid” surəsinin ilk altı və "Ali-İmran” surəsində
olan iki ayəni oxuyub,öz hacətini Allah taaladan dilə,Allah onu sənə əta edəcəkdir.
Ravəndi deyir: Bəlkə də "Ali-İmran” surəsinin iki
ayəsindən məqsəd "Qulilahummə malikul-mulk” dən "biğəyri hisab” a qədərdir.
Əllamə Məclisi buyurmuşdur: Bəlkə də məqsəd
"Qulilahummə” ayəsi ilə "şəhidəllahu” ayəsidir.