Təqvalı bir şagird
+25
Müəllif:
miryaqub | 26-12-2013, 12:17 | Baxılıb: 2 326
Təqvalı bir şagird ustadının yanına gəlib deyir: "Mən hər gecə bir Quran xətm edirəm, amma onun ləzzət və nurunu hiss etmirəm". Ustad deyir: "Qıflı açmamısan və batini müşahidə etməmisən. Mütəal Allah Quranda buyurur:
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ قُلُوبٍ أَقْفَالُهَا
"Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?" ("Muhəmməd" surəsi, ayə 24.)
Bu gecə Quran oxuyanda təsəvvür et ki, mən sənin yanındayam.
Şagird sabah gəlib ustada deyir: "Quranın yarıdan artığını oxuya bilmədim". Ustad deyir: "Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) səhabəsi Salman sənin yanındadır". O gecənin səhəri şagird ustada deyir: "Yalnız Quranın üçdə birini oxuya bildim". Ustad bu dəfə deyir: "Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) hüzurunda tilavət edirsən". Şagird sabah gəlib deyir: "Təkcə "Həmd" surəsini oxuya bildim". Ustad bu dəfə deyir: "Bu gecə təsəvvür et ki, Allahın hüzurunda oxuyursan". Səhər ustada xəbər verdilər ki, şagird olübdür. Ustad onu yuxuda gördü və məsələnin həqiqətini ondan soruşdu. Şagird dedi: "Allahdan istədim ki, Peyğəmbərin (s) bərəkəti xatirinə Quranın nur və bərəkətini mənim ürəyimə nazil etsin. Belə də oldu. Amma hətta "Bismillahir-rəhmanir-rəhim"i də oxuya bilmədim. "Bismillah"ı başladım, taqətim tamam oldu".
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.