» » Əmanətə vəfa qəlbi və ruhi hazırlıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmanətə vəfa qəlbi və ruhi hazırlıq
    0
    Müəllif: RuQeYyA | 6-08-2015, 21:00 | Baxılıb: 1 315
     

    Əmanətə vəfa qəlbi və ruhi hazırlıq
     
    Bundan öncə iki xüsusiyyət - xof və hüzn haqqında bəhs edildi. İnsan bu iki sifətə yiyələndikdən sonra istər-istəməz ruhi və qəlbi hazırlıq halı meydana çıxır ki, bu da öz növbəsində bəyənilən və tələb olunan sifətlərdəndir. Lakin Peyğəmbər (s) bəzi mənəvi halların insanın əlindən çıxa bilməsi ehtimalını nəzərdə tutaraq buyurur:
    «Ey Əbuzər! Bu ümmətin əlindən çıxacaq, itirəcəyi iki sifət - əmanətə vəfa və ruhi və qəlbi hazırlıq olacaqdır. İş o yerə çatacaqdır ki, qəlbən qorxan bir nəfər belə tapılmayacaqdır».
    Bu bəyanda Həzrət (s) iki mühüm əxlaqi sifətə işarə edir. Onlardan biri sağlam ictimai əlaqələrin qurulmasında əsaslı rol oynayan, ictimai və əxlaqi bir xüsusiyyət olan əmanətə vəfadarlıqdır ki, onsuz sağlam cəmiyyətin təşkili qeyri-mümkündür. Çünki ictimai əlaqələrin əsası qarşılıqlı etimada əsaslanır.
    Rəsuləllah (s) bu bölümdə ondan sonra ümmətin yaxşı sifətlərinin əldən çıxacağını bildirir.
    İslam ümməti tərbiyə olunmuş cəmiyyət kimi digər ümmətlərə nisbətdə iki böyük üstünlüyə malik idi. Bu imtiyazın birincisi, öz aralarında olan ictimai və həmçinin, digər millətlərlə olan əlaqələrə aid idi. İkinci imtiyaz ümmətin fərdi şəxsiyyətinin formalaşmasındakı rolu idi. Bu ümmət həm mənəvi və fərdi şəxsiyyət baxımından yetkin idi, həm də ictimai baxımdan. Bu sifətlər Allah-təala tərəfindən mütəmadi olaraq Peyğəmbərin (s) vasitəsilə emal olunan tərbiyənin təsiri nəticəsində yaranmışdır. İslam ümməti Rəsuləllah (s) kimi kamil bir bağbanın əli ilə suvarılıb yaşıllaşan, bəhrəsi könül oxşayan bir bağa çevrilmişdi. İndi əgər bu bağa xəstəlik düşərsə, yəqin ki, xəstəliyin əlamətləri onda zahir olacaq və get-gedə pozulub sıradan çıxacaqdır. İctimai və fərdi xüsusiyyətləri baxımdan misilsiz olan İslam ümməti, Peyğəmbərin (s) vəfatından sonra xəstəliyə düçar oldu və yaşıllıq xəzana döndü. İslam millətinin canına düşən ilk dərd onların ürəklərinin bərkiməsi oldu. Yumşaqlıq və səmimiyyət qəlblərdən silindi, hətta Haqq-təalanın qarşısında belə boyun əymədilər. Onların hər biri ayrılıqda daşürəkli insanlara çevrildilər və haqqın sözü ürəklərində təsir qoya bilmədi. Halbuki, ilahi kəlam qarşısında ürəkləri yumşalıb göz yaşı axıtmalı idilər.
    İkinci bəla onların ictimai əlaqələrində üzə çıxdı. Vəfalılıq və işlərində düzgünlük zəiflədi və əmanətə xəyanət etdilər. Bu, cəmiyyətdə səslənən həyəcan siqnalı idi. Fərdi və ictimai olan bu iki bəla hər hansı cəmiyyədə özünə yer taparsa, həmin fərd və cəmiyyət süquta məhkumdur. Bu dəyərlər ancaq İslama və müsəlmanlara məxsus deyildir. İslamın zühurundan əvvəl də hamı başa düşürdü ki, sədaqət, əmanətə vəfa yaxşı xüsusiyyət, xalqın malına xəyanət etmək isə şərəfsiz bir işdir.
    a) Əmanətə vəfanın rolu
    Ərəblər, bəlkə də bütün dünya xalqları arasında Peyğəmbərin (s) müvəffəqiyyətinin ən böyük amili, onun əmanətdar və sadiq adam olması idi. Peyğəmbərlikdən əvvəl xalq onu e`timadlı, doğru-düzgün adam kimi tanıyırdı və ona «Məhəmməd Əmin» deyirdilər. Peyğəmbərin (s) bu xüsusiyyəti xalqın ona meyl göstərməsinə səbəb olurdu. Çünki əmin olmağın lazımlı şərtlərindən biri, sözündə doğru-düzgün olmaqdır. Başqasının malına xəyanət edən adam, doğru danışa bilməz. Əksər insanlar onun peyğəmbərlik iddiasını qəbul edirdilər, çünki bilirdilər ki, o heç vaxt yalan danışmayıb.
    Əvvəldə deyildiyi kimi, əmanətə vəfa kimi bir dəyər ağılla dərk edilir. Əgər peyğəmbərlik və dəvət olmasaydı belə, xalq onun əmanətdə vəfalı olmağını dərk edəcəkdi. Amma İslam dini əqlin bu hökmünü təsdiq edib buyurur:
    «Allah sizə əmr edib buyurur ki, (aldığınız) əmanəti öz sahiblərinə qaytarasınız»(«Nisa» surəsi, ayə 58.).
    Əmənatə vəfa həyatın zəruriyyətlərindəndir. Xalq əgər öz davranışlarında ona riayət etməsə, həyat sistemi bir-birinə dəyər və artıq kimsəyə etimad olunmaz. Çünki ictimai həyatın bünövrəsi və əsası, insanların qarşılıqlı etimadına əsaslanır. Əmanət, danışıqda düzgünlük və sədaqət, əmanət isə rəftarda düzgün əməl tələb edir. Onun dəyəri müstəqil əqli ölçülərdəndir və dəlilə, sübuta ehtiyacı yoxdur. İslamın bu yöndəki sifarişləri tərbiyəvi xarakter daşıyır. Əqlin dərk etdiyi şeyi şəriət təyin edib, həmin yöndə tapşırıq verir.
    Əmanətə vəfa, təkcə kimlərinsə şəxsi malının qorunub-saxlanılması deyil və həmçinin, ümumxalq malının mühafizəsinə də şamil olur. O cümlədən xiyaban, torpaq, su, yaşıllıq və İslam ölkəsinə aid olan hər bir ümumxalq malı əmanət sayılır. Ümumxalq malının qorunması daha lazımlıdır. Çünki bir şəxsin malına xəyanət edən kəs, ancaq həmin şəxsə borclu qalır. Lakin ümumi əmlak və beytül-mala xəyanət edərsə, bütün müsəlmanlara xəyanət etmiş olur. Dövlət maşınında sürücü işləyən şəxs əliəyri adam olarsa, diqqətsizlik edib idarə etdiyi maşına xəsarət yetirdikdə, bütün xalqa xəyanət etmişdir. Əgər ümumi dövlət malı şəxsi işlər üçün sərf edilərsə, beytül-mala xəyanət edilmişdir.
    Qurani-kərim İslam cəmiyyətini əmanətdar və əhdinə vəfalı bir cəmiyyət kimi təqdim edir:
    «Möminlər o kəslərdir ki, götürdükləri əmanəti geri qaytarar, öz əhdlərinə vəfa edərlər»(«Muminin» surəsi, ayə 8.).
    Başqa bir yerdə buyurur: «Aldığınız əmanəti öz sahibinə qaytarın».
    Əmanət barəsində göstərilmiş tapşırıqlar ona görədir ki, əgər qarşılıqlı etimadın, əhd-vəfanın şərtləri cəmiyyətdən silinərsə, camaat bir-birinə xəyanət edər və biri digərinin hüququnu ayaqlar altına atar. Nəticədə, dayağı qarşılıqlı etimad olan cəmiyyətin sütunları çökər ki, bu da insani dəyərlərin unudulmasının başlanğıcıdır.
    b) Ruhi və qəlbi hazırlığın rolu
    Qəlbən səmimi olub, vicdanları oyaq insanlar əgər Allah qarşısında da səmimiyyət izhar etsələr, cəmiyyətdə baş verən hadisələrə qarşı biganə ola bilməzlər. Belə insanlar peyğəmbərlərin dəvətini can-başla qəbul edərlər. Onlara qorxulu xəbər veriləndə, cəhənnəmi yad edəndə canlarına lərzə düşər və əgər onlara xoş xəbərli müjdə verilsə, sevinib şad olarlar. Bir kəsə zülm edildiyini görəndə, narahat olarlar və gözləri yaşla dolar və ya bir kəsin öz haqqına çatdığını görəndə sevinərlər. Ürəkləri yumşaq, qəlbən səmimi olan bu cür insanlar haqqın qarşısında təslim və sinələri haqqın qəbulu üçün həmişə açıq olar. Bu insanların müqabilində ürəkləri daşlaşmış adamlar, haqla üzləşdikləri və ətraflarında baş verən hadisələrlə qarşılaşdıqları zaman biganə və laqeyiddirlər. Çünki qəlbləri həqiqətin qəbulu üçün hazır deyildir. Təbii olaraq peyğəmbərlərin də dəvətini qəbul etmir və haqq qarşısında təkəbbürlülük edirlər. Onlar ancaq özlərini düşünür və öz heyvani istəklərinin dərdini çəkirlər.
    Quran əhli-kitabdan iki dəstəni misal göstərir: birinci dəstə yəhudilərdir ki, İslamın və möminlərin ən qatı düşmənləri idilər:
    «Sonra sizin ürəkləriniz o qədər bərkidi ki, daş kimi, hətta ondan da bərk oldu. Halbuki, bəzi daşlardan bulaqlar axır»(«Bəqərə» surəsi, ayə 74.).
    Bəzi daşların yarıqlarından su axır, lakin yəhudilərin ürəyi o qədər bərk olur ki, heç vaxt ürəkləri kövrəlib, gözlərindən yaş axmır. Bu qövmün möminlərlə həmişə düşmənçiliyi olmuşdur. Bu dəstənin müqabilində Quran, ikinci dəstəni möminlərin dostu olub onlarla mehriban davranan əhli-kitabı belə tanıtdırır:
    «Əhli kitabdan möminlərə ən mehriban olanı o kəslərdir ki, deyirlər biz nəsraniyik. Nəsranilərin müsəlmanlarla dostluğu ona görədir ki, onlardan bəziləri alim və zahiddirlər. Onlar Allahın hökmü qarşısında dikbaşlıq edib, təkəbbürlülük göstərmirlər»(«Maidə» surəsi, ayə 82.).
    Bu ayənin ardınca Allah-təala buyurur:
    «Peyğəmbərə (s) bir ayə nazil olduğu zaman onlar həmin ayəni eşitdikdə, gözlərindən yaş axar. Çünki onun haqq olduğunu bilirdilər».
    Haqq qarşısında ürəklərinin yumşaqlığı onların iman gətirməsinə səbəb oldu. Çünki qəlbləri haqqın üzünə açıq idi. Bunların müqabilində daşürəkli yəhudilər iman gətirmirdilər. Tarixdə görürük ki, bir çox hallarda məsihilər İslamı qəbul etmiş və xalis möminlərdən olmuşlar, lakin yəhudilərdən çox azı İslamı qəbul edirdilər.
    Peyğəmbər (s) buyurur: «Elə bir gün gəlib çatacaq ki, ruhən və qəlbən hazır olan xaşe` bir adam tapılmayacaq, təvazö`karlıq və ürəyiyumşaqlıq mənasız olacaqdır».
    Özlərini islamşünas adlandıran bəzi tədqiqatçılar iddia edirlər ki, İslamda insanın özünü sındırması bəyənilmir. Hətta Allahın qarşısında da insan qürurunu sındırmamalıdır. Ürəyin kövrəlməsi, göz yaşının axıdılması, təvazö`karlıq belə, insanlar üçün dəyər hesab edilmir. Halbuki, Quran möminləri təvazö`kar olaraq tanıtdırır. Alimlərdən birinin yanında Quran oxunduğu zaman ağladığı üçün haqq yoldan çıxmaqda müttəhəm etmişdilər. Belə xəyal edirmişlər ki, ancaq əzadarlıqda, yasda ağlamaq olar, Quran oxunduğu zaman ağlamağı bidət bilirmişlər. Bu əməl o qədər unudulub tərk edilmişdi ki, əgər kimsə Quran oxuyanda ağlasaydı, həmin adamı dindən çıxmaqda günahlandırırdılar.
    Ruhi və qəlbi hazırlıq qəlbdə baş qaldıran təvazö`karlıq, saf səmimiyyətdən doğan zillət hissidir. Onun reaksiyası insanın cismində və çöhrəsində zahir olur. Rəhmətlik Rağib İsfahani bu kəlmənin təfsirində belə deyir: «Xüşu` sözü zəiflik və acizlik hiss etmək mənasındadır. Daha çox insanın cismində zahir olan hissi əlamətlər barəsində işlədilir».
    Misal olaraq ruhi və qəlbi hazırlıq mə`nasını daşıyan «xüşu`» kəlməsinin Quranda işlədildiyi yerlərə işarə edirik:
    1. Danışıqda: «(Qiyamətdə) Rəhman Allahın yanında səslər xaşeolarlar»(«Taha» surəsi, ayə 109.).
    2. Gözlərdə: «(Qiyamət günü kafirlər qorxudan) xaşe və zəlil olaraq baxışlarını aşağı dikərək qəbirdən baş qaldıracaqlar»(«Qəmər» surəsi, ayə 7.).
    3. Çöhrədə: «(Qiyamətdə) bir dəstənin üzü xaşe olacaqdır»(«Ğaşiyə» surəsi, ayə 2.).
    4. Səcdədə: «Onlar gözüyaşlı alınlarını səcdəyə qoyub, daimi olaraq (Allah tərəfindən) qorxularına və xüşularına (yeni dərəcələr) artırarlar»(«İsra» surəsi, ayə 109.).
    5. Namaz və duada: «Beləliklə, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xaşe və təvazö`kar olarlar»(«Muminun» surəsi, ayə 1-2.).
    6. Qəlbdə: «Görəsən, möminlərin ürəklərinin Allahı yad etməklə xaşe olmalarının vaxtı çatmamışdırmı?»(«Hədid» surəsi, ayə 16.).
    Bu ayələrin hər biri haqqında ayrıca bəhs etmək münasib vaxt tələb edir ki, hələlik buna imkanımız yoxdur. Qısa olaraq aydınlaşdı ki, xaşe - qürur və təkəbbür hissi olmadan, insanın vücudunda zahir olan bəndəçilik əlamətidir. Xüşu` libasına bürünmüş insan, vücudundakı təkəbbür və xudbinlik ruhunu öldürür. Xudbinlik və təkəbbür insanı Allah qarşısında təvazö`kar və səmimi olmaqdan saxlayır. Şübhəsiz ki, təkəbbürlülərin bariz nümunəsi şeytandır. Quran onun barəsində buyurur:
    «Bütün mələklər (Adəmin qarşısında) səcdə etdilər. (Yalnız) Şeytan səcdədən boyun qaçırıb, imtina etdi»(«Hicr» surəsi, ayə 30-31.).
    Əli (ə) ayənin izahında buyurur: «Şeytan xudbinliyə və təkəbbürə düçar oldu və öz yaradılışında özünü Adəmdən üstün tutdu. Atəşdən xəlq edildiyi üçün təəssüb göstərib açıqcasına Allahın fərmanına boyun əymədi. Deməli, Allahın düşməni olan Şeytan, təəssübkeş və lovğaların rəhbəri olaraq, təkəbbürün əsasını qoydu. Allahla əzəmət və böyüklük libasını (ki, yalnız Allaha məxsusdur) ələ keçirmək üçün davaya qalxdı. İzzət və qürur libasını geyinib, zillət və kiçiklik libasını bir kənara atdı»(«Nəhcül-bəlağə», xütbə 234, səh. 776.).
    Davamında buyurur: «Belə isə, Allahla şeytan arasında olan bu əhvalatdan ibrət götürün. Şeytan bu hərəkəti ilə neçə illik zəhmətini və ibadətini zay etdi. Allaha altı min il ibadət etməsinə baxmayaraq (məlum deyil, bu illər dünya illəri hesabı ilədir, ya axirət), təkəbbür etdiyi üçün bir anda bütün zəhməti hədərə getdi. Belə olan halda, şeytandan sonra təkəbbür göstərməklə kimsə Allahın əzabından amanda qala biləcəkmi? Allah-təala heç vaxt belə bir bəndəni cənnətə buraxmayacaqdır. Çünki həmin günaha görə özünün (günah edənə qədər) ən sadiq bəndələrindən birini (şeytanı) cənnətdən xaric etmişdir. Bilin ki, Allahın hökmü yer əhli üçün də, göy əhli üçün də birdir».
    Bunu da xatırlatmaq lazımdır ki, insanlar arasında səmimiyyətin itməsinin, ürəklərin qəsavət bağlamalarının, xəyanətin meydana çıxmasının mənşə və səbəbi, onların dünyaya olan hədsiz bağlılıqlarıdır. Dünyaya bağlılıq insandan xüşu` və təvazö`karlıq hisslərini alıb aparır. İnsanın xəyanətə əl atması, harama bulaşması dünyaya bağlandıqdan sonra meydana çıxır. Deməli, xüşu` halını qoruyub saxlamaq üçün dünyaya ürək bağlamaqdan, Onu həyatın əsas qayəsi olaraq hədəf seçməkdən çəkinmək lazımdır.
    Ətrafımıza nəzər salsaq görəcəyik ki, get-gedə cəmiyyət öz milli və əxlaqi dəyərlərini itirməkdədir. Cəmiyyətdə əxlaqsızlıq, ictimai fəsad baş alıb gedir. Bu kimi işlərin səbəbini maddiyyata uymaqda axtarmalıyıq. Bu bağlılıq və ya meyillilik istənilən günaha zəmin yaratmış olur. Bir insan günaha batdığı üçün kədərlənmir, lakin azacıq pulu əlindən çıxdıqda, maddi problemlə üzləşdikdə qəm dəryasına batır. Həmçinin, qorxur ki, birdən ondan vergi alarlar. Bu halın qarşıya çıxması dünyaya həddindən artıq qapılmağın nəticəsidir. Əgər bir nəfər ürəyini axirətə bağlamış olsa, hər bir şeydən axirəti üçün bəhrələnməyi bacaracaqdır. Əgər pullu olsa, o pulu öz axirəti yolunda xərcələyəcəkdir. Əgər kasıb olsa, səbri ilə Allahın razılığına boyun əyməklə, öz axirəti üçün bəhrə götürəcəkdir. Pulu olsa, Allah yolunda infaq etməklə, pulu olmasa da, başqa bir yolla ehtiyacı olanlara kömək edəcəkdir.
    İnsanın dünyaya məhəbbəti artdıqca, bacardığı qədər mübah işlərdən istifadə etməyə çalışacaq. Əgər bu onu qane etməsə, şübhəli işlərə meyl göstərib, bir yolla şəriətin hökmlərindən kömək almağa çalışıb, gördüyü işə haqq qazandırmağa başlayacaq. Bu gün riyanın bir növünə əl atacaq, sabah qəti və yəqin bilinən harama qurşanacaq. İş o yerə gəlib çatacaq ki, artıq hər bir günahı, hətta kəbirə olsa belə, görməkdən çəkinməyəcək. Təbiidir ki, belə adamın ürəyi bərkiyib, xüşu` halını itirəcəkdir. Elə ki, dünya hərisliyi ürəyində baş qaldırdı, xalqın malına xəyanət edəcək, ondan şəxsi mənafeyi üçün faydalanmağa çalışacaqdır. Deməli, qəlbin qəsavət bağlamasının amili günaha, heyvani ləzzətlərə aludə olub, dünyəvi işlərə qapılmaqdır. İndi bu dərdin müalicəsi üçün onun köklərini axtarmaq lazımdır. Diqqət yetirmək lazımdır ki, bu, ağacın qurumasına nə səbəb olmuşdur? Hansı zəhərli maddə ilə suvarılmışdır ki, bu günə qalıbdır? İnsan vücudunun ağacını xəstəliklərdən qorumaq üçün onu sağlam maddələrlə qidalandırmaq lazımdır. Həmçinin, onun heyvani istəklərə uymasının qarşısı alınmalıdır, çünki bu vəziyyətin davamı ürəyin bərkiyib, qəsavət bağlamasına gətirib çıxarır. Ürəyi basmış qəsavətin kökünü kəsmək üçün onu vücuda gətirən xəstəlikləri insana tanıtdırmıq lazımdır.
    Bildiyimiz kimi, insanın Allahdan və mənəviyyatdan ayrılmasına bais olan bütün xəstəliklərin mənşəyi dünyadır. Qurani-kərim müxtəlif bəyanlarla, insanı dünyadan qorxutmağa çalışır.
    Bəzən «Nəhcül-bəlağə»nin bir xütbəsində dəfələrlə dünyanın məzəmmətindən söhbət açılır və Əli (ə) öz səhabəsini dünyadan qorxmağa çağırır. Çünki Həzrət (ə) bütün dərdlərin kökünün dünya məhəbbətində olduğunu bilirdi. Belə ki, dünya məhəbbəti qəlbdə olduqca, insan üçün heç bir kamal və fəzilət uzun müddətli qalmayacaqdır.
    Mümkündür, bir nəfər uzun müddət zəhmət çəkib mənəvi dərəcələr əldə etmiş olsun, lakin bir damla öldürücü zəhərlə hər şeyi əldən verə bilər. Bu cəhətinə görə də Quran, Peyğəmbər (s) və Əhli-beyt (ə) müxtəlif yollarla xalqa dünyadan uzaq olmağı xatırladırdılar. Əlbəttə, dünyadan qorxmaq işdən-gücdən əl çəkmək, elmi, sənəti bir qırağa qoymaq mənasında deyildir. Əslində onun mənası dünyanın zahirinə qapılıb qalmaq, nəfsani istəklərə uymaqdır. Qısaca desək, dünyadan qorxmaq, dünya həyatının əsas hədəfi və amalı olaraq yox, onu axirətə çatdıran bir vasitə kimi başa düşməkdədir.
    Belə olan halda, insanın bütün səyləri, hətta mal-dövlət toplaması da, özünə axirət rəngini alır. Çünki axirət və dünya istəyi insanın niyyət və hədəfinə bağlıdır. Məsələn, kişinin evlənməkdə məqsədi ancaq öz şəhvətini təmin etməkdirsə, bu dünya istəyidir. O ancaq heyvani şəhvətini razı salmaq haqqında düşünür, bəlkə də, onun üçün elə də bir fərqi yoxdur ki, halal yolla istəyinə qovuşsun, ya haram. Amma bəzən evlənməkdə məqsəd, Allahın əmrinə itaət üçündür. Çünki ailə qurmağı Allah ona buyurmuşdur, yoxsa heç vaxt bu işi görməzdi. Hətta əgər bu işdə çoxlu ləzzət olsaydı belə, yenə də ona meyl göstərməzdi. Amma Allah xatirinə o bu işə boyun əyir; hətta onu yüzlərlə problem əhatə etmiş olsa belə. Əgər bu gün qərb dünyasında ailə təməlinin köklərində sarsılmanın şahidi oluruqsa, bu ona görədir ki, onlar ancaq ləzzət almaq haqqında düşünürlər. Onların qeyri-qanuni yolla cinsi ehtiyaclarını ödəmələri, evlilikdən daha rahat və asan başa gəlir. Ona görə də, özlərini ailə qurmaqla zəhmətə salmaq istəmirlər. Görəndə ki, evlənməklə yanaşı, təbii olaraq həyat çətinliklərinə qatlaşmalı, ailə yükünü də çəkməlidirlər, evlənməkdən vaz keçirlər. Lakin İslam cəmiyyəti bu cür deyil.
    İslami dəyərlərin hakim olduğu bir cəmiyyətdə fərd ailə həyatının problemlərinə dözümlü olur. Ailə həyatının özünəməxsus şirinliyini daddığı kimi, acılarına da şərik olur. Çünki Allahın istəyi belədir. Əlbəttə, Allah da öz lütfü ilə bu işdə bəzi ləzzətlər qərar vermişdir. (Ər-arvad və ata-ana duyğuları özlüyündə fitri və təbii ləzzətlərə malikdir). Amma bununla belə, bu müştərək həyatın problemləri də vardır. Deməli, əgər bir kəs Allah xatirinə dünya ləzzətlərindən istifadə edərsə, nəinki o xoşagəlməz bir iş görməmişdir, əksinə onun bu işi dünya ilə yanaşı, axirətini də təmin etmiş olur. Dünya istəyi o vaxt olur ki, üstünlüyü ləzzətlərə vermiş olsun.

    Kitabın adı: Axirət azuqəsi
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.