» » » Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 4-08-2015, 18:00 | Baxılıb: 2 047
     
     
    Bir tərkibli nəsihətlər

    Birinci fəsil

    Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar

    ◘Quran (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.
    ◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.
    ◘Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin meyarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.
    ◘Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın nemətlərini yada salmaq həmin nemətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.
    ◘Oruc (cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin) itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir hissəsidir.
    ◘Qadınlar şeytanın tələləridir. Şərab bütün günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası baxmaqladır. Qızdırma (hərarət) möminin cəhənnəmdən olan payıdır.
    ◘Qənaət (qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır.
    ◘Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır.
    ◘Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.
    ◘Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.
    ◘Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib (qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir.
    ◘Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm 10(qohum-əqrəbanı yoluxmaq.)
    ◘Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.
    ◘Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni qadağan edən şəxs kimidir. Tövbə edən günah etməyənlə bərabərdir. Zülm qiyamətin qaranlığıdır. Gülmək qəlbi öldürər. Susuzluqdan ciyəri yanan hər bir kəsə su verməyin (Allah yanında) mükafatı var.
    ◘Əməl sahibi olan alimlər camaat arasında Allahın etibar etdiyi şəxslərdir. Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt anaların ayaqları altındadır.
    ◘Azan və iqamə arasında edilən dua geri qaytarılmaz. Halal ruzi kəsb etmək də vacibdir, lakin ümdə vaciblərdən (namaz, oruc) sonra. Xərci bütün qadınlardan az olan qadının bərəkəti digər qadınlardan daha artıqdır. Mömin möminin güzgüsüdür. Mömin möminin qardaşıdır.
    ◘Möminin xərci azdır. Mömin ayıq-sayıq və zirəkdir. Mömin ülfət və səmimiyyət əhlidir. Mömin o kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. Facir (pozğun, günahkar) hiyləgər və alçaqdır. Möminlər bir tikilinin tərkib hissələri olduqları üçün bir-birlərini saxlayırlar. Möminin Möminə nisbəti, başın bədənə nisbəti kimidir. Mömin qiyamət günü öz sədəqəsinin kölgəsi altındadır.11 Möminlər güzəştə gedən və yumşaq təbiətlidirlər. Qış möminin baharıdır. (Ona görə ki, qışın gecələri uzun olduğu üçün ibadət etməkdən ötrü, gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü münasibdir.)
    ◘Dua möminin silahıdır. Namaz möminin nurudur. Dünya möminin zindanı, kafirin behiştidir. Hikmət möminin itkisidir. Möminin niyyəti əməlindən üstündür.
    ◘Dilənçi Allahın möminin evinə göndərdiyi töhfədir. Ölüm möminin ərməğanıdır. Möminin şərəfi onun gecə namazı ilədir. Möminin izzəti camaata möhtac olmamağı ilədir. Elm möminin dostu, helm (həlimlik, yumşaqlıq) köməkçisi, əql yolgöstərəni, əməl bələdçisi, xoşrəftar olmaq atası, yaxşılıq qardaşı, səbr isə bütün qoşununun əmiridir.
    ◘Qeyrət imanın yarısıdır. Həya imandan irəli gəlir. Təvazökarcasına olan münasib geyim imandan irəli gəlir. Səbr imanın yarısı, yəqin isə onun hamısıdır. İman iki qismdir; yarısı səbr, yarısı şükr.
    İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.
    ◘Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani istəklərinin ardınca salır, Allahdan isə xam-xəyalla gözəl şeylər arzulayır.
    ◘İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər. İnsan dostunun dini ilə ölçülər. Hər kəs sevdiyi şeyə yaxındır. İnsanın kərəmi dini ilə, alicənablığı ağlı ilə, nəsəbi (əsl-nəcabəti) əxlaqı ilə müəyyən olunar. Müsəlman şəxsin yaxşı əməl sahibi olmasının əlaməti faydasız işləri tərk etməsidir.
    ◘İnsanlar darağın dişləri kimi bərabərdirlər. (Yəni Allahın hökm və göstərişləri müqabilində birdirlər.) İnsanlar qızıl və gümüş mədənləri kimidirlər. (Yəni fərqli əxlaq və ruhiyyə üzrə yaradılmışlar.) Ehtiyacsızlıq camaatın malına tamah salmamaqladır. Allaha iman gətirdikdən sonra əqlin əsası insanları sevməkdir. Hər kəs özünün mühasibidir.
    Hər bir gələcək yaxındır. Naməhrəmə baxan hər bir göz zinakardır. Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da. Hər alim elmin aşiqidir. Hər şeyin əsası var, bu dinin də əsası dərrakə və tədbirdir.
    ◘Sizdən hər biriniz digəriniz üçün nəzarətçi, əlinizin altında işləyənlərdən ötrü isə məsuliyyətlisiniz. Qiyamət günü hər bir xainin öz xəyanətləri qədər bayrağı var. Qiyamət günü insandan soruşulacaq birinci haqq qan haqqıdır. (Qiyamət günü) hesabı çəkiləcək birinci vəzifə namazdır.
    ◘(Qiyamət günü) mizan tərəzisinə qoyulacaq birinci şey xoş xasiyyətdir. Bu ümmətdən götürüləcək birinci şey həya və əmanətdir. Din işlərində əldən verəcəyiniz birinci şey əmanət, axırıncı isə namazdır. Dostluq və düşmənçilik irsiyyətə keçər. Sevgi-məhəbbət insanı xar və kor edər.
    ◘Hədiyyə gözü və qulağı oğurlayar. Xeyir atın nalına bağlıdır. Qırmızı tüklü at mübarək hesab olunur. Səfər əzabın bir hissəsidir. Qadına itaət etmək peşmançılığa səbəb olar.
    ◘Danışıq bəla gətirər. Oruc səbrin yarısıdır. Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc tutan şəxsin duası geri qaytarılmaz. (Əgər oruc bütün şərtlərə malik olsa) Misvak (diş fırçalamaq üçün xüsusi ağac) fəsahəti (rəvan danışığı) artırar.
    ◘İmam-camaat (pişnamaz) ona iqtida edənlərin qiraət barəsində ona arxayın olduqları şəxs, müəzzin (azan verən) isə camaatın namazın vaxtı barəsində ona arxayın olduqları şəxsdir. Mənim şəfaətim böyük günah sahibi olan müsəlmanlar üçündür. Allahın əli yardımı cəmiyyətlədir. Sükut hikmətdir, lakin çox az adam ondan istifadə edir. Ruzi insan dalınca ölümdən möhkəm qaçır.
    ◘İnsanın yoldaşlığı və xoşxasiyyəti bəzi ticarətlərdən daha yaxşıdır. Cəsarətsiz tacir məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq bərəkət, pis əxlaq isə bədbəxtlik gətirər. Dünya rüsvayçılığı axirət rüsvayçılığından asandır.
    ◘Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və yetmiş yaş arası ölümün cövlan etdiyi vaxtdır. Fırıldaq və hiyləgərlik atəş içindədir. And içməyin nəticəsi ya yanlışlıqdır ya da peşmançılıq. Yalandan and içmək evləri boş qoyar.
    ◘Al-ver zamanı yalandan and içmək malın zay olmasına və qazancın bərəkətinin itməsinə səbəb olar. Faydası olamayan elm xərclənməyən xəzinə kimidir. Yemək yeyib şükr edən kəsin mükafatı oruc tutub səbr edənlə bərabərdir. Namaz hər bir pərhizkarın Allaha yaxınlaşma vasitəsidir. Bəndə ilə küfr arasında fasilə namazı tərk etməkdir.
    ◘Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. Doğ ruçuluq aramlıq, yalan isə iztirabdır. Quran elə bir sərvətdir ki, yoxsulluq gətirməz və elə bir hidayətdir ki, azğınlıq gətirməz. Qəza və qədərə olan iman qüssəni aradan aparar. Dünyada zahidlik etmək qəlbin və bədənin asayişidir.
    ◘Dünyaya rəğbət qəm-qüssəni artırar. Bekarçılıq qəlbin qəsavətinə səbəb olar. Alim və tələbə xeyirdə şərikdirlər. Əl zamindir ki, götürdüyü hər bir şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, zinakarın payı isə daşdır. (Övladın zinadan olmadığı dəqiq məlum olsun, əks təqdirdə, ərə məxsus deyil.)
    ◘Dilənçi ata minmiş olsa də haqqı var. Görəsən hansı dərd paxıllıqdan böyükdür? Bəxşiş verdiyi şeyi geri alan şəxs, qusduğunu yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar. Qiyamət günü dəstəmazın təsirindən mənim ümmətimin əl-üzü nurani olar.
    ◘Naməhrəmə baxmaq iblisin zəhərli oxlarındandır. Qorxu və cürət iki qərizədir ki, Allah onları istədiyi qəlbə verər. Xəstəliyi, sədəqəni, müsibət və bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də budur ki, atasına oxşasın. (Yəni xoş əxlaq cəhətdən, çünki bu oxşarlıq halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır.
    ◘Dünyada yaxşı iş görənlər axirətin də yaxşı iş görənləridir. Adəm övladının danışdıqlarının hamısı öz zərərinədir, əmr be məruf, nəhy əz münkər və Allahın zikrindən başqa. Peyğəmbərlər yol göstərənlərdir, dərindən düşünüb dərk edənlər isə ali insanlardırlar. Onlarla həmnişin olmaq isə xeyir gətirər. Yeməkdən sonra əlləri yumaq isə qüssəni aradan aparar və gözün nurunu artırar. Tacir ruzi intizarındadır, möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lənət intizarında.
    ◘Bütün səadət Allaha itaətdə keçən uzun ömürdədir. Vay olsun o kəsə ki, ailəsi üçün xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid olur. (Yəni qoyub getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə qəbrə ararar.) Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur, hətta günahkar da olsa.

    Müəllif: Ayətullah Meşkini
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 5 Ağustos 2015 01:27 | Redaktor | Şərh yazdı
    Allahumme selli Ali Muhemmedin ve Ali Muhemmed. Çox deyerli ve faydalı kelamlardı Allah bizi günah etmekden qorusun Amin.Allah senden razı olsun bacım Allah sene axiretde Ehli- Beytin şefaetini nesib elesin Amin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 4 Ağustos 2015 23:55 | İstifadəçi | Şərh yazdı
    ALLAHU ƏKBƏR....ALLAHIN SALAMI OLSUN SƏNƏ EY ƏZİZ PEYĞƏNBƏRİMİZ HƏZRƏTİ MUHƏMMƏD ƏLEYHİS SƏLAM.SƏNƏ TƏVƏSSÜL EDİRƏM....EY  ÜMMƏTİNİN QAYĞISINA QALAN, BÖYÜK İSLAM DİNİNİ ƏHLİ-BEYİ İLƏ BİRLİKDƏ YER ÜZÜNDƏ MÖHKƏMNDİRƏN BÖYÜK PEYĞƏNBƏRİMİZ...ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.QƏBUL ET YA MUCİBU CƏLLƏ-CƏLALUH...ALLAH RAZI OLSUN QIZIM VƏ BÜTÜN HACƏTLƏRİNİZİ VERSİN.AMİN İNŞAALLAH.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.