Әgər tam rahatlıq olsaydı, yenə əbəsdi
İnsanın yaranışında məqsəd bu dünya həyatı deyil ki, öləndən də sonra yox olsun.Qeyri-mümkün bir fərz ilə insanın dünya həyatı dərdsiz, qəmsiz, tam rahatlıq, eyş-nuş olsaydı (bu halda həyatın mə᾽nası olacaqdımı?), yenə də insanın yaranışı məqsədsiz olardı. Çünki axırı heçlik olan rahatlıq e”tibarlı olmazdı. Amma bir halda ki, bəşərin maddi həyatı başdan-başa bəla, müsibət və narahatlıqdır, bu genişlikdə yaranış dəsgahı əbəs ola bilməz (insan əzab üçün xəlq edilməz).
Bir asudə can gördüm bu cahanda
O da asudədir xilas olanda.
Və ya
Qəmsiz yaşadarmı gönülü aləm,
Yaşadarsa, yaşamaz bəni-adəm.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb