Filin xortumunda olan hikmətlər və sirlər haqda fikirləş. Xortum ot götürməklə və su içməklə əlin işini görür. Əgər onun xortumu olmasaydı, yerdən bir şey götürüb yeyə bilməzdi. Çünki, filin digər heyvanlar kimi uzun boğazı yoxdur ki, istədiyi vaxt onu qidaya tərəf uzatsın. Mehriban və rəhim yaradandan başqa kimi o, üzvün yerinə bir üzv vermişdir ki, onun işini yerinə yetirsin? Bu iş necə yaradılışı hədəfsiz sayan zalımların əqidəsi ilə uyğun gəlir?
Əgər bir kəs desə ki, niyə bu heyvan üçün başqa heyvanlar kimi uzun boğaz yaradılmamışdır?
Cavab veririk ki; Filin başı və qulaqları çox böyük və ağırdır. Əgər onun başına və qulaqlarına uyğun boynu olsaydı, boynu əzilərdi. Bəs filin başı bədəninə yapışmışdır ki, bu çətinliklər qabağa gəlməsin. Belə bir boyunun yerinə xortum yaradılmışdır ki, qidanı onunla götürüb yesin. Və məsləhət belə olmuşdur ki, boyunsuz da öz ehtiyaclarını ödəyir və çətinliyə düşmür.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri