Yoxsulluq və xəstəlik günaha qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Allahdan yoxsulluq və xəstəlik gələndə bilin ki, günahlarınızı yumaq istəyir... Yenə buyurur: Möminin xəstəliyi onun günahlarının kəffarəsidir... Buyurur: Xəstəlik anları günahların yuyulduğu anlardır.
Bədən hərarətli olanda...
İnsan qızdırma keçirəndə onun günahları ağacdan yarpaqlar tökülən kimi tökülür... Qızdırma hər mömin üçün cəhənnəm odundan qurtuluşdur. Bir gecə qızdırma bir il günahların kəffarəsidir... Həzrət (s) buyurur: Qızdırma Allahın yer üzündə zindanıdır. Bəzən qızdırma ölümün başlanğıcı olur.
Hər zaman təmizlik!
Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən İslam paklıqdır. Pak olun, yalnız pak insanlar behiştə daxil olar.
Saqqalınızı darayın!
Həzrət Peyğəmbər (s) buyurur: Saqqalınızı darayın, dırnaqlarınızı qısaldın. Şeytan tüklər və dırnaqlar altındadır..
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)