Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
Qidanı dörd şey kamilləşdirər...
Həzrət Peyğəmbər (s) buyurur: Təam üçün dörd şey olsa təam kamil olar: Halal olsun, süfrəyə çox əl uzansın, Allahın adı ilə başlanılsın və Allaha həmd ilə sona çatsın.
Dörd şeyə narahat olmayın...
Həzrət Peyğəmbər (s) buyurur: Dörd şeyə görə narahat olmayın, onlar başqa dörd şeyə faydalıdır:
1.Zökəmi pis bilməyin, zökəm cüzamdan amanda saxlayar;
2.Çibanı pis saymayın, ala (vitiliqo) uzaqlaşdırar ;
3.Qusmaq və göz ağrısını pis saymayın, bunlar korluğun qarşısını alar;
4.Oskürəyi pis saymayın, iflicə mane olar.
Başqa bir yerdə Həzrət (s) buyurur: Kimin başında cüzamdan bir damar olsa, Allah zökəm göndərsə cüzam aradan qalxar. Kim özündə cüzam görüb addım atmasa Allah zökəmlə onu sağaldar.
Necə yemək, necə içmək?
Həzrət Peyğəmbər (s) süfrədə öz qarşısında olanlardan yeyər, içəndə sağ tərəfdə olanlardan içərdi. Görən olmadı ki, Həzrət (s) arxasını bir şeyə söykəyib yesin. Bir dəfə belə hal olmuşdu və Həzrət Peyğəmbər (s) demişdi: "Pərvərdigara mən Sənin bəndən və rəsulunam.”
Badımcanın faydası var?
Həzrət Peyğəmbər (s) Cabirin evində idi. Süfrəyə badımcan gətirdilər. Həzrət yeməyə başladı. Cabir dedi ki, badımcanda istilik var. Həzrət (s) buyurdu: Ey Cabir belə deyil. Bu Allaha iman gətirmiş ilk bitkidir. Onu qaynadın, bişirin, ona zeytun yağı və qatıq vurun. Bu halda insanda hikməti artırar.
Ağ geyim...
Həzrət Peyğəmbər (s) buyurur: Ağ geyinin, bu ürəkaçandır. Ölülərinizi ağla kəfənləyin.
Xöş qoxu və ürək...
Həzrət Peyğəmbər (s) buyurur: Xoş qoxu ürəyi gücləndirir.
Saçı qısaltmaq...
Həzrət Peyğəmbər (s) buyurur: Bığınızı, bədən üzvlərinizin tükünü uzanmağa qoymayın. Şeytan orada yuva qurur... Bığınızı qısaldın, saqqalınızı uzadın. Özünüzü yəhudilərə bənzətməyin.
Qabın üzərini örtmək...
Həzrət Peyğəmbər (s) buyurur: Su və xörək qablarının üstünü örtün. Bilin ki, şeytanlar maneələri keçə bilmir. Onlar gün batandan arada dolaşmağa başlayır.
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)