Ziyarət yolunda çətinliyə dözmənin böyük savabı
Həzrət Cavad (ə.s) buyurub: "Atamı ziyarət edən kəs, bu yolda çətinliklərə ( isti, soyuq, yağış kimi ) davam gətirsə, Allah Təala onun bədəninə atəşi haram edəcəkdir.”
Həzrət Hadi (ə.s) buyurub: "Qum və Abe əhli bağışlanıblar, çünki cəddim Əli bin Musa Rza (ə.s) -ın Tus şəhərində ki, müqəddəs qəbrini ziyarət edirlər. Bilin ki, hər kim onu ziyarət etsə və bu yolda bir qətrə yağış suyu ( ən kiçik çətinlik ) onun üzərinə düşərsə, Allah Taala onun bədəninə atəşi haram edəcək.”
Həmçinin Həzrət Rza (ə.s) buyurub: "Məni ziyarət edən möminin bu yolda ( azacıq də olsa çətinlik çəkərsə) üzünə bir qətrə belə yağış suyu düşərsə, Allah, atəşi onun bədəninə haram edər.”
Kitabın adı: Günəşin hekayəti