» » Başqa dinlərin xilaskarın zühuruna baxışı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Başqa dinlərin xilaskarın zühuruna baxışı
    +10
    Müəllif: Yusifi Zehra | 13-07-2015, 18:00 | Baxılıb: 1 338
     
     
     
    Başqa dinlərin xilaskarın zühuruna baxışı
     
    Sual: 59. Digər dinlər və millətlər xilaskarın zühuruna inanırmı?
    Cavab: Xilaskarın zühuruna etiqad reallıq, ədalətin davamı, fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcuddur.
    Məhəmməd Əmin Zeynəddin deyir: "Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslama aid deyil. Hələ islamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı "Mehdi”, onun islahçı dəvətini "Məhdəviyyət” adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır...”
    Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq:
    1. Yəhudilər Üzeyrin və ya Minhas ibn Azir ibn Harunun qayıdışına inanırlar;
    2. Məsihilər İsanın qayıdışını gözləyirlər;
    3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;
    4. Hindular Fişnovanın qayıdışını gözləyirlər;
    5. Məcusilər Uşidrin qayıdacağına inanırlar;
    6. Buddistlər Buddanın zühuru intizarındadırlar...
    Sual: 60. Zühur gününün təsviri nə vaxtdan mövcuddur?
    Cavab: Zühur gününün təsviri yaranışın başlanğıcından verilmişdir. Çünki bu gün o, yaranışın əsas hədəfidir. Bu məsələnin aydınlaşması üçün bəzi nöqtәləri nəzərdən keçirək:
    1. Ümumdünya ədalət hökumətinin qurulması üçün iki ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə ədalətin bərpası yolunda fədakarlığa hazırlıq. Yaranışın başlanğıcından bəşəriyyətdə bu iki şәrt xüsusiyyət olmamışdır. Peyğəmbərlərə bəşəriyyətdə məhz bu iki xüsusiyyəti tərbiyə etmək tapşırılmışdır. Peyğəmbərlər ədalətin tanıtdırılması məsələsində müvəfəqiyyətə çatsalar da, tarix boyu insanlarda zəruri fədakarlıq hissini tərbiyə edə bilməmişlər. İkinci şərtin ödənməməsi peyğəmbərlərin yox, xalqın təqsiridir.
    2. Peyğəmbərlər tarix boyu xalqın nəzərinə çatdırmışlar ki, yaranışın əsas məqsədi həmin ümumdünya ədalət hökumətinin qurulmasıdır. Allah-təala buyurur: "Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, saleh bəndələrin yer üzünə (hakimiyyətə) varis olacaqlar.”(Ənbiya”, 105.)
    Digər bir ayədə oxuyuruq: "Biz yer üzünün müstəzəflərinə minnət qoyub, onları yer üzünün rəhbərləri və varisləri qərar vermək istəyirik.”("Qəsəs”, 5.)
    Başqa bir ayədə buyurulur: "O, müşriklər xoşlamasalar da, öz peyğəmbərini bütün dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərən kəsdir.”("Saf”, 9.)
    3. Heç bir peyğəmbərin ümumdünya ədalət hökuməti qurmaq üçün şəraiti olmamışdır. Çünki belə bir hökumətin qurulması üçün zəruri olan iki şərt ödənməmişdir:
    a) Peyğəmbərlər ədalət məfhumunun geniş mənasını xalqa aydınlaşdırsalar da, bəşəriyyətin belə bir həqiqəti dərk etmək üçün ağıl gücü olmamışdır. Ona görə də keçmiş peyğəmbərlərin məqsədi xalqın əqidəsini möhkəmləndirmək olmuşdur. Həzrət Musadan İslam peyğəmbərinin besətinədək olan dövrdə, xüsusi ilə İslam hökumətində bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.
    b) Hazırkı dövrədək heç bir ümmətdə ümumdünya ədalət hökuməti yolunda tam fədakarlıq göstərmək hazırlığı olmamışdır. Həzrət Nuh 950-il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin dəvətini qəbul etmək əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın qövmü onun Fələstin hakimləri ilə mübarizəyə çağırışını rədd edib dedilər: "Sən və sənin Allahın onlarla savaşsın, biz burada oturmuşuq.”(Maidə”, 24.)
    Həzrət İsanın həvariləri Allahın qüdrətinə şəkk etdilər. Onlar İsaya xitabən dedilər: "Ey İsa ibn Məryəm! Allahında bizim üçün səmadan nazil etmək qüdrəti varmı?”(Maidə”, 112.)
    Nəticə: Yaranışın ilk günündən zühur günü haqqında yetərincə məlumat verilsə də, hələ ki, bu məqsədin gerçəkləşməsi üçün şərait yaranmamışdır.
    Sual: 61. Hindu ayinlərində xilaskar kimdir?
    Cavab: Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: "Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... Həmin vaxt "Brəhman Kəla”, yəni şücaətli bir dindar zühur edər və öz iti qılıncı ilə yer üzündə fəsadın kökünü kəsər. O pak insanları hifz edəcək.”("Malil Hind”, s. 321.)
    Şakomuni kitabında deyilir: "Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük "Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq.”("Bəşarətul-əhdeyn”,s. 242)
    Hindu kitablarından olan Vişn-cok kitabında yazılır: "Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir.”(Həmin mənbə, s. 72.)
    Hindu kitablarından olan "Bask” kitabında yazılır: "Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir.”("Bəşarəte-zühur”, s. 18.)
    "Upanişad” kitabında deyilir: "O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar.”("Upanişad”, s. 737.)
    Sual: 62. Buddizm kimi xilaskar sayır?
    Cavab: Buddizmin banisi Budda adı ilə tanınan Sidharta Cutuma adlı bir şəxsdir. O, Nepalda dünyaya gəlmişdir. Buddistlər onu Allahın oğlu sayırlar və inanırlar ki, dünyanın axırlarında bu şəxs zühur edəcək. Budda zühur edib yer üzündəki çətinliklərə son qoymalıdır. Onlar deyirlər: "Budda vəzifəsini başa vurmaq üçün cəsədi ilə birlikdə səmaya qalxmışdır. Növbəti dəfə yerə qayıdar ki, sülh və bərəkəti xalqa qaytarsın.
    Buddizmin iki böyük məzhəbi var: ifrata varıb Buddanı Allahın oğlu sayan şimal məzhəbi; bir o qədər də ifrata varmamış cənub məzhəbi. Onlar əsasən şərqi Asiya məntəqəsində məskunlaşmışlar.
    Sual: 63. Zərdüştilər kimi xilaskar sayır?
    Cavab: Zərdüştilərin "Zənd” adlı məşhur kitabında Yəzdan və Əhrimənin (haqla batilin) əbədi savaşından danışıldıqdan sonra deyilir: "Nəhayət, Yəzdan qələbə çaldıqdan və Əhrimənin nəsli kəsildikdən sonra yer üzündə əsl xoşbəxtlik bərqərar olar. Adəm övladları xoşbəxtlik və bərəkətə çatarlar.”("Bəşarətul-əhdeyn”, s. 237, 238.)
    "Camasibnamə” kitabında zərdüştilər haqqında deyilir: "Haşimilər nəslindən cüssəli bir şəxs zühur edər, cəddinin dini və böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa edər.”("Bəşarətul-əhdeyn”, s. 243, 244.)
    Həmin kitabda İslam peyğəmbərinin (s) nübüvvəti müjdə verildikdən sonra deyilir: "Peyğəmbər qızının nəslindən bir şəxs xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam peyğəmbərinin (s) yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti qiyamət gününədək davam edər...”("Bəşarətul-əhdeyn”, s. 273.)
    Avestanın şərhi olan "Zənde-Bəhmən” kitabında zərdüştün dilindən belə nəql olunur: "Suşyansın zühurundan öncə yer üzünü yalan, dinsizlik, açıq-saçıqlıq bürüyər. İnsanlar Allahdan uzaq düşüb zülm və fəsada uğrayarlar. Bu dəyişikliklər dünyanı qarışdırar və xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var: Səmada qəribə hadisə baş verər və bu hadisə zühur nişanəsidir. Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”("Camasibnamə”, s. 25.)
    Yenə də "Zənde Bəhmən Yəsən” kitabında oxuyuruq: "Bundan sonra Suşyans” dünyanı paklayar və sonra qiyamət qopar.”("Zənde Bəhmən Yəsən”, s. 19.)
    Həmin kitabda deyilir: "Suşyans sonuncu gələn kəsdir və Zərdüşti xilas edər.”(Həmin mənbə, s. 150)
    Sual: 64. Yəhudilər kimi xilaskar sayır?
    Cavab: Yəhudilərin müqəddəs kitabını araşdırdıqda məlum olur ki, bu kitablarda böyük vədlə bağlı işarələr vardır. Əksər Yəhudi kitablarında, o cümlədən Davudun Zəburunda uyğun məlumatlarla rastlaşırıq.
    Qurani-Kərimdə buyurulur: "Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndəlәrim varis olacaq.”(Ənbiya”, 105.)
    Davudun Zəburunda oxuyuruq: "Pərvərdigarə! Öz hakimiyyətini bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə aparsın, əldən düşənlərə insaf etsin... Bütün padşahlar ona müti olub, bütün millətlər xidmətində durar...”("Əhde-qədim”, n. 72.)
    Sual: 65. Nə üçün həzrət Məsih (xilaskar) bu vaxtadək sağdır?
    Cavab: Həzrət Məsihin bu günədək sağ qalmasının ağlımız dərk edən bir sıra səbəbləri var:
    1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. Atasız dünyaya gəlməsi, ölüləri diriltməsi, səmaya qalxması onu fərqləndirən səciyyələrdir.
    2. Onun diriliyi imam Mehdinin (ə) qeybə çəkilməsini mümkün edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda hələ ki, həzrət Mehdi (ə) bu qədər yaşamamışdır. Həzrət Xızırın ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.
    Şeyx Səduq "Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: "Bəli, Allah həzrət Qaim (Mehdi (ə)) üçün uzun bir ömür müəyyənləşdirəndə bilirdi ki, bu həqiqət bəndələri tərəfindən inkar olunacaq. Ona görə də, Qaimin (ə) ömrünün uzunluğuna dəlil olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”("Kəmalud-din”, s. 357.)
    Sual: 66. Ümumdünya ədalət hökumətinin təşkilində həzrət Məsihin iştirakının səbəbi nədir?
    Cavab: Həzrət Məsihin həzrət Mehdinin (ə) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
    1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və həzrət Mehdiyə (ə) iqtida etməsi bütün məsihilərin həzrət Mehdiyə (ə) təslim olması ilə nəticələnəcək.
    2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin həzrət Mehdiyə (ə) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər həzrət Mehdiyə (ə) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
    Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı?
    Cavab: Quran və İncilin buyuruqlarına əsasən səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.
    Yuhanna İncilində deyilir: "Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam.("Əhdi-cədid”, Yuhanna İncili, s. 339.)
    Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:
    1. "O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.”("Ali-İmran”, 46.)
    Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.
    2. "Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və qiyamət günü (İsa) onlara şahid olar.”(Nisa”, 159.)
    Ayədəki "bihi” və "məvtihi” əvəzlikləri həzrət İsaya işarədir. Ayədən aydın olur ki, həzrət İsa dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək.("Səhihe-buxari”, c. 4, s. 143.)
    3. Həqiqətən, İsa qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin.”("Zuxruf”, 61.)
    Şiə və sünni rəvayətlərində də həzrət İsanın qaydışına işarə olunmuşdur:
    Buxari həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "İmam aranızda olduğu halda Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!”("Səhihe-Buxari”, c. 4, s. 143.)
    Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək imam Baqirin (ə) dilindən belə nəql edir: "Qaim (xilaskar) bizdəndir... İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.(Kəmalud-din”, 331.)
    Sual: 68. Həzrət İsa haraya enəcək?
    Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət İsa dünyanın axırlarında Dəməşq ərazisinə enəcək.
    Təbərani həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "İsa ibn Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək.”("Əl-Məcəmul-Kəbir”,c. 1, s. 217)
    İbn-Kəsir deyir: "Dəccal (zalım hakim) meydana çıxar və həmin vaxt həzrət Məsih səmadan enər. O sübh namazı vaxtı Dəməşqdə bəyaz minarənin kənarında nazil olar.”("Əl-fətn vəl-məlahim”, s. 172.)
    Sual: 69. Məsihilər kimi xilaskar sayır?
    Cavab: Həzrət İsa xalqa müjdə vermək üçün gəlmişdi. "İncil” yunan sözüdür və "xoş xəbər” mənasını bildirir. Bu müjdə ilahi bir qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid hökumətindən danışırdı.
    Müqəddəs kitabda oxuyuruq: "Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.”("Əhdi-Cədid”, s. 205.)
    Mətta İncilində deyir: "Həzrət İsa bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”("Mətta İncili”, 9:62:35.)
    Həzrət Məsihin kəlamlarında "insan övladı” təbiri tez-tez gözə dəyir. Mətta İncilində deyilir: "Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.”("Əhde-Cədid”, "Mətta İncili”, s. 82-84.)
    Kitabın başqa bir yerində deyilir: "Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir.”(Həmin mənbə, s. 104.)
    Eyni mənbədə oxuyuruq: "Hazır olun, onu gözləmədiyiniz saatda insan övladı gələcək.”(Həmin mənbə, 24:105:44.)
    "İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə yox, həzrət Mehdiyә (ə) aid olduğunu göstərir:
    a) Yuhәnna İncilində həzrət Məsihin dili ilə deyilir: "Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”("Həmin mənbə, "Yuhanna İncili”, s. 317.)
    b) Mətta İncilində deyilənlərdən aydın olur ki, "insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm ona tabe olacaq.
    Sual: 70. İncil kitablarında xilaskarın nə vaxt zühur edəcəyi bildirilirmi?
    Cavab: İncil kitablarından belə görünür ki, ümumdünya ədalət hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.
    Həzrət İsa bu hökumətin qurulması üçün müqəddimə haqqında deyir: "Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir, amma dünyanın sonunu bildirmir.”(Mətta İncili”; 102.)
    Eyni mənbədə oxuyuruq: "Sonadək qalacaq kəs xilas olar.”("Həmin mənbə, 24:103:13.) Deyilənlər həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur və həzrət Mehdinin (ə) dünyanın axırlarında zühur edəcəyinə işarədir.”(Əl-Ğeybət”, Tusi, s. 178»)
    Sual: 71. Həzrət Mehdinin (ə) hakimiyyəti genişdirmi?
    Cavab: "Əhde-Cədid” kitabından məlum olur ki, insan övladı üçün "Allahın ərşi” kimi təbir olunan həzrət Mehdinin hakimiyyəti bütün yer üzünü bürüyəcək. Luqa İncilində deyilir: "Gələcəkdə şərq və qərbdən, şimal və cənubdan insanlar gəlib Allahın ərşində süfrə başına oturacaq.”(Luqa İncili 13:242:29.) Merqis İncilində deyilir: "Bundan öncə bütün aləmə müjdə verilməsi vacibdir.”(Merqis İncili” 13:166:10.)
    İslami rəvayətlərdə də bu mövzuya işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: "Qaim bizdəndir, onun hökuməti şərqdən qərbə aləmi əhatə edəcək.”("Kəmalud-din”, s. 330.)
    Əbu-Davud həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Allah onun (Mehdinin) dövründə müsəlmanlardan savay bütün millətləri məhv edəcək.”("Sünəne-Əbu-Davud”, c. 2, s. 319.)
    Sual: 72. İncil kitablarında xilaskarın yardımçıları necə tanıtdırılır?
    Cavab: Məsihilərin incil kitablarında bəşəriyyətin xilaskarın yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:
    1. İtaət – Merqis İncilində deyilir: "Hər kəs bir körpə kimi Allahın ərşini qəbul etməsə, oraya daxil olmayacaq.” Uşaq kimi dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.
    2. Hökmlərə əməl – Mətta İncilində deyilir: "Hər "ya Rəbb, ya Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə əməl edənlər səmalardadır.”
    3. Yoxsulluq – Luqa İncilində deyilir: "Xoş olsun halınıza, ey fəqirlər! Sizin üçündür Allahın ərşi. Xoş olsun halınıza, ey aclar! Gələcəkdə tox olacaqsınız. Xoş olsun halınıza, ey ağlayanlar! Çünki gələcəkdə güləcəksiniz.” Səma mülkü (ərşi) dedikdə zühur dövrünün nəzərdə tutulması lazımdır.”
    Sual: 73. İncil kitablarında xilaskarın əlamətlərinə işarə olunmuşdurmu?
    Cavab: Mətta İncilində deyilir: "İsa zeytun bağında əyləşdiyi vaxt şagirdləri onun yanına gəlib sual verdilər: "Bu hadisə nə vaxt baş verəcək, sənin gəlişinin və dünyanın sonunun əlamətləri nədir?” Suala cavab olaraq deyilir: "Tezliklə savaşların xəbərini eşidərsiniz. Məbada, şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir.”("Mətta İncili”, 24:102:6.)
    Başqa bir yerdə deyilir: "İnsan övladı əzəmətə çatdıqda, mələklərin ona yoldaşlıq etdiyi halda ərşə oturar və bütün ümmətlər onun yanında toplanar...”("Mətta İncili”.)
    Luqa İncilində deyilir: "Fərisiyyun ondan soruşdu: Allahın ərşi nə zaman gələr?” O cavab olaraq buyurdu: "Allahın ərşi qəfildən gələr.”("Luqa İncili”, 17:252:20.)
    Eyni mənbədə oxuyuruq: "Müharibələr və fitnələr haqqında eşitdikdə şikayətlənməyin. Çünki öncə bu işlər baş verməlidir. Amma bu hələ dünyanın sonu deyil.” Sonra buyurdu: "Tezliklə ümmət ümmətə, məmləkət məmləkətə qiyam qaldırar. Şiddətli zəlzələlər, aclıqlar və qəhətliklər çox yeri əhatə edər. Tezliklə dəhşətli işlər və böyük nişanələr görünər.”(Həmin mənbə.)
     
    Kitabın adı: 500-sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.