Səfərdə qorunmaq üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Müsafir və ailəsi üçün səfərdə ən üstün mühafiz budur ki, iki rəkət namaz qılıb bu duanı oxusun: Pərvərdigara! Özümü, ailəmi, malımı, övladlarımı, dünya və axirətimi, əmanətlərimi, aqibətimi sənə tapşırıram, Sənə əmanət verirəm”. Həzrət Peyğəmbər (s) buyurur: Kim bu işi görsə Allah ona istədiyini verər, özünü, ailəsini və həyat sərmayələrini qoruyar.
Vəhşi heyvan təhlükəsi...
Həzrət Peyğəmbər (s) buyurur: Kim vəhşi heyvanın hücumundan qorxsa bu ayəni oxusun: Ləqəd caəkum rəsulun min ənfusikum əzizun ələyhi ma ənittum hərisun ələykum bil-mumininə rəufun rəhim. (Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!/"Tövbə”, 128)
Minikdə qorunmaq üçün...
Miniyə süvar olan şəxs canını və miniyini qorumaq üçün bu duanı oxusun: "Bismillahi və la həvlə və la qüvvətə illa billah əlhəmdulillahilləzi hədana lihazə və sübhanəlləzi səxxərə ləna haza və ma kunna ləhu muqrinin” (Allahın adı ilə, Allahdan başqa güc yoxdur. Həmd Allaha məxsusdur, məni bu vasitə ilə hidayət etdi. Bu miniyi mənə ram edən kəs pak-pakizədir. Yoxsa mənim onu ram etmək gücüm yox idi.)
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)