» » Möminlərin ehtiyaclarının ödənilməsinin savabı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Möminlərin ehtiyaclarının ödənilməsinin savabı
    0
    Müəllif: Allahıma aşiqəm | 27-06-2015, 12:00 | Baxılıb: 708
     

    Möminlərin ehtiyaclarının ödənilməsinin savabı

    Həzrəti-imam Cəfər Sadiq(ə) buyurur:
    «Din qardaşının ehtiyaclarından birini ödəyən şəxsin Allah-təala qiyamət günü yüz min hacətini yerinə yetirər. Onlardan birincisi behiştdir. Bu savablardan biri də həmin insanın mömin qardaş, dost və qohumlarını behiştə daxil etməsidir. Əlbəttə, bir şərtlə ki, onlardan heç biri nasibi olmasın.» 
    «Möminin diləyini yerinə yetirmək min qul azad etməkdən və min at yükləyib Allah yolunda (cihada göndərməkdən) daha yaxşıdır.» 
    «Bir müsəlman başqa bir müsəlmanın ehtiyacını yerinə yetirərsə, Rəbbimiz ona belə nida edər: «Sənin savabın mənim yanımdadır. Sənin üçün behiştdən başqa bir yeri rəva görmərəm.» 
    Əmirəlmöminin(ə) Peyğəmbər(s)-dən belə nəql edir:
    «Öz din qardaşının diləyini yerinə yetirən şəxs bütün ömrünü ibadətə sərf etmiş kimidir.» 
    «Mömin qardaşının diləyini yerinə yetirən sanki gündüzləri oruc tutub, gecələri oyaq qalaraq doqquz min il Allaha ibadət etmişdir.» 
    Əmirəlmöminin(ə) Kümeyl ibn Ziyada belə buyurur:
    "Ey Kümeyl! Ailəni və qohumlarını gündüzlər fəzilət, kəramət kəsb etməyə, gecələr isə yatmış adamların hacətlərini yerinə yetirməyə təşviq et. Bütün səsləri eşidən Allaha and olsun! Kim bir möminin qəlbini sevindirərsə, Allah-təala əvəzində ona lütf edib mehriban olar. Ona bir bəla və ya kədər üz verdikdə karvanın azmış dəvəni öz karvanına yaxın buraxmadığı kimi, Allah-təala da mərhəmətini onun üzərinə salaraq bəlanı ondan uzaqlaşdırar.” 
    Möminlərə kömək etməyin əhəmiyyəti haqda çoxlu hədis və rəvayətlər nəql olunmuş və tövsiyələr edilmişdir. Məsələn: əgər biri müsəlman qardaşının diləyini yerinə yetirməyə cəhd göstərib ona müvəffəq olmasa belə, yenə Allah dərgahında əcr və savab sahibidir. Bu haqda imam Baqir(ə) buyurur:
    "İzzətli və Cəlallı Allah Musa(ə)-a buyurdu: Bəndələrim arasında elələri də vardır ki, yaxşılıq və saleh əməllə mənə yaxınlaşmağa can atır. Mən behişti onların ixtiyarına qoyaram». Musa(ə) soruşdu: «İlahi! O saleh əməl nədir?» Buyurdu: «Bu, mömin qardaşının ehtiyacının ödənilməsi üçün təşəbbüs göstərməkdir. Həmin işdə müvəffəq olmasa belə, əcr və savaba layiqdir.» 
    İmam Sadiq(ə) söyləmişdir:
    «Hər hansı bir mömin başqa bir mömin bəndənin ehtiyacını ödəmək üçün təşəbbüs göstərərsə, Allah-təala onun hər qədəminə bir savab yazıb, bir günah əskildərək behiştdə məqamını bir dərəcə yuxarı qaldırar.» 
    Başqa bir rəvayətdə Peyğəmbər(s) buyurur:
    «Müsəlman qardaşının hacətinin yerinə yetirilməsində səy göstərən şəxsin hər qədəminə Allah yetmiş savab yazıb onun yetmiş günahını bağışlayar.» 
    Qeyd:
    1) Müsəlmanın din qardaşlarına öz ehtiyacını açıb söyləməsi onlara ümid bəsləməsinə və arxalanmasına dəlalət edir. Elə hərəkət etmək lazımdır ki, bu ümid çırağı sönməsin, daha da güclənsin, belə ki imam Sadiq(ə) buyurur:
    «Müsəlmanın din qardaşına öz ehtiyacını açıb söyləməsi ona qarşı nə qədər ümidvar olub etimad göstərməsinə dəlalət edir.» 
    2) İslam mədəniyyətində xalqın hacəti nemət və rəhmət kimi təbir olunmuşdur. İmkanlı və ya cəmiyyətdə nüfuz sahibi olanlar! Allahın rəhmət qapısı sizin üzünüzə açılmışdır. Heç kim nemətin bolluğundan yorulub təngə gəlməz. Bu haqda həzrəti imam Hüseyn(ə) buyurur:
    «......İnsanların sizə üz tutub hacətini söyləməsi Allahın nemətlərindəndir. Belə isə Allahın nemətdən (yəni xalqın sizə tərəf üz tutmasından) istifadə edin.» 
    Yeddinci imam Museyi Kazim(ə) də buyurur:
    «Mömin qardaşının ümid bəsləyərək qapısına gələn şəxsə bu, əta olunmuş Allah mərhəmətidir.....” 
    Müsəlman olan şəxs Allahın mərhəmətinin və əta etdiyi nemətlərin qədrini bilməli, bacardığı qədər ehtiyacı olanların ehtiyacını ödəməli, imkanı olmayan surətdə xoş söz, gülər üzlə təsəlli verməyi bacarmalıdır. Əziz Peyğəmbərimiz də belə idi, hacəti olanı kömək göstərməmiş geri qaytarmaz, imkanı olmayanda isə ümid bəxş edəcək bir cavab verərdi.
    «Qurani-Məcid»də buyurulur:
    «Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləməklə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanı olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara («Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!», kimi) xoş bir söz de!» («İsra» - 28).
    Peyğəmbər(s) bu ayə nazil olduqdan sonra ondan bir şey istəyərkən imkanı olmadıqda buyurardı:
    «Ümid edirəm, Allah bizə və sizə öz fəzilətindən ruzi əta edər.» 
    Bunun üçün də kömək göstərilməsi lazım olan şəxsə: «Ümid edirəm, Allah sənə yardım edər, mən də o vaxta qədər bacarsam, sənə kömək edərəm,»-kimi sözlərlə təsəlli verən insanlara Tanrı mərhəmət edər, yalnız o şəxslər amanda olacaqlar ki, dünyada bəndələrin ümid yeri və pənahı olmuşlar. İmam Sadiq(ə) bu haqda buyurur:
    «Yer üzündə Allahın elə bəndələri də vardır ki, insanlar dünyəvi və uxrəvi (axirətə aid) istəkləri üçün onlara pənah aparır və böyük ümid bəsləyirlər. Onlar həqiqi möminlər və qiyamət günü Allah amanında olanlardır.» 

    İnsanlar arasında sülh yaratmaq

    «Qurani-Kərim» və məsumların daha çox əhəmiyyət verdiyi əxlaqi məsələlərdən biri də insanlar arasında sülh və mehribançılıq yaratmaqdır.
     «Quran» və insanlar arasında sülh
    «Qurani-Məcid»də buyurulur:
    «Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin. Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!» («Hucurat» - 10).
    Başqa bir yerdə isə buyurulur:
    «....Barışmaq daha xeyirlidir...» («Nisa» - 128).
     Rəvayətlər və barışıq
    Rəvayətlərdə bu məsələyə çox böyük əhəmiyyət verilmişdir, insanlar müxtəlif vasitələrlə bu xeyirxah əmələ sarı təşviq olunmuşlar. Bəzi rəvayətlərdə barışıq yaratma ən yaxşı sədəqə, bəzisində ən gözəl ibadət və s. kimi vəsf olunmuşdur. 
    Feyz «Hucurat» surəsinin 10-cu ayəsinin təfsirində həzrəti-imam Sadiq(ə)-dən belə bir rəvayət nəql edir:
    «Aralarında mübahisə və ixtilaf düşərkən onları barışdırmaq Allahın ən sevdiyi sədəqədir.» 
    Başqa bir rəvayətlə isə o Həzrət buyurur:
    «Mənim üçün iki nəfəri barışdırmaq Allah yolunda iki dinar sədəqə verməkdən daha yaxşıdır.» 
    Peyğəmbər(s) buyurur:
    «Ən yaxşı sədəqə insanları barışdırmaqdır.» 

    Xüsusi büdcə

    Möminlər arasında sülh yaratmaq məsum imamların nəzərində çox böyük əhəmiyyətə malik olmuşdur. İmam Sadiq(ə) maddi imkansızlıq üzündən müsəlmanların arasına düşən ixtilafı yatırmaq üçün öz malından müəyyən bir məbləğ ödəyərdi. Buna görə də Müfəzzələ (o həzrətin səhabələrindən biri) üz tutub deyərdi:
    «İki mömin arasında ixtilaf düşdüyünü gördükdə mənim malımdan götürüb onları barışdır.» 
    Başqa bir rəvayətdə isə bir şəxs belə nəql edir:
    «Kürəkənimlə mal üstündə mübahisə edərkən Müfəzzəl gəlib çıxdı. Mübahisəmizin nə üstə düşdüyünü öyrənincə bizi öz evinə dəvət etdi, dörd yüz dirhəm verib mübahisəmizə son qoydu. O, pulu verərkən dedi: «Bilin ki, bu, mənim öz şəxsi malım deyil. İmam Sadiq(ə) mənə göstəriş vermişdir ki, iki mömin arasında ixtilaf və mübahisə düşərkən o həzrətin öz şəxsi büdcəsindən ayırıb mübahisəni yatırım və aralarında barışıq yaradım.» 

    Ən gözəl ibadət

    Əmirəlmöminin(ə)-ın nəzərincə, ən gözəl ibadət xalq arasında sülh və mehribanlıq yaratmaqdır. Şəhadət yatağında olarkən o Həzrət övladlarına etdiyi axırıncı vəsiyyətində buyurur:
    (.......Babanız (Peyğəmbər(s))-dən belə eşitdim: «Camaat arasında sülh və mehribanlıq yaratmaq bütün namaz və oruclardan üstündür.» )

    Barışığa görə yalan

    Bildiyiniz kimi, «Quran» və rəvayətlərdə yalan həmişə pislənir və böyük günahlardan hesab edilir. Əgər biri mübahisə edənlər arasında sülh yaratmaq naminə yalan danışarsa, bu, günah və qəbahət sayılmaz.
    Bir hədisdə imam Sadiq(ə) səhabələrindən birinə buyurur:
    «Barışdıran və səmimiyyət yaradan yalançı deyil. (Bu, sülhdür, yalan deyil).» 
    Həzrəti-Əli(ə) buyurur:
    «Peyğəmbər(s)-dən eşitmişəm: üç hal istisna olmaqla yalan danışmaq olmaz...... O istisnalardan biri də adamlar arasında səmimiyyət və mehribanlıq yaratmaqdır.» 

    İslamı tərk etmək

    Din qardaşları arasında səmimiyyət və mehribanlıq zəruri, əhəmiyyətlidir. Əgər iki müsəlman bir-birinə qarşı üç gündən artıq kin-küdurət bəsləsə, müsəlmanlığı tərk etmiş hesab olunar.
    Peyğəmbər(s)-dən belə nəql edirlər:
    «İki müsəlman bir-birindən küsüb üç gün küsülü qalaraq barışmazlarsa, müsəlmanlıqdan çıxmış hesab olunurlar. Onlar arasında heç bir dini dostluq və əlaqə olmayacaqdır. Onlardan hansı tez behiştə daxil olar.» 
    Həzrəti-Muhəmməd (s) başqa bir rəvayətdə buyurur:
    «İki müsəlman bir-birilə küsüb üç gün müddətində barışmayaraq elə bu halda da dünyadan köçərlərsə, hər ikisi qeyri-müsəlman kimi dünyadan getmiş hesab olunar.» 

    Şeytanın razılığı

    Şeytan istəyir ki, müsəlmanlar arasında ədavət və düşmənçilik salsın. 
    Allah-təala buyurur:
    «Şübhəsiz, şeytan Sizin aranıza ədavət və kin salmaq istəyir.......» («Maidə»- 91).
    Odur ki, iki müsəlman bir-birinə qarşı kin-küdurət bəsləyəndə şeytan sevinir və çalışır ki, onlar barışmasınlar. 
    İmam Baqir(ə) bu haqda buyurmuşdur:
    «Şeytan möminləri dindən çıxardana qədər onlar arasında kin-küdurət və ədavət yaradır. Elə ki möminlər dindən çıxdılar, xatircəm olub rahat nəfəs alır, arxası üstə uzanıb: «Qələbə çaldım!» deyir». Sonra İmam Baqir(ə) belə əlavə edir: «Bizim dostlarımızdan olan iki nəfər arasında mehribançılıq və səmimiyyət yaradana Allah rəhmət eləsin.» 
    Başqa bir rəvayətdə İmam Sadiq (ə)-dən belə nəql olunur:
    «Şeytan iki müsəlman bir-birilə küsülü olduğu zaman xoşhal olur. Elə ki onlar barışdılar, ayaqları titrəyərək yerə yıxılıb fəryad edər: «Vay olsun mənə! Məhv oldum» .
    Belə bir sual meydana çıxır ki, niyə görə islam dinində müsəlmanlar arasında sülh və barışıq haqda çoxlu hədis və rəvayətlər mövcuddur? Belə ki Peyğəmbər(s) iki müsəlmanın bir-birilə üç gündən artıq küsülü qalmasını pisləyərək buyurur:
    «Üç gündən artıq küsülü qalmaq olmaz» 
    Niyə görə iki müsəlman bir-birilə küsülü olduqda Allahın lənətinə düçar olurlar? 
    Müfəzzəl İmam Sadiq(ə)-dən belə eşitdiyini deyir:
    «Bir-birilə küsüb ayrılanlardan biri Allahın və Rəsulunun lənətinə layiqdir. Ola bilsin, hər ikisi Allahın lənətinə düçar olsun.» 
    Nə üçün İmam Sadiq(ə) möminlər arasında ixtilaf düşərkən başqa heç bir şeylə onları barışdırmaq mümkün olmadıqda bu iş üçün Müfəzzələ öz büdcəsindən müəyyən məbləğ ayırıb verir ki, onları barışdırmaq üçün bu puldan istifadə etsin? Niyə görə iki küsülü arasında mehribançılıq yaratmaq bütün müstəhəb namaz və oruclardan üstündür? 
    Dərindən düşünsək, başa düşərik ki, hər hansı bir millət və ya ümmətin mövcudluğunun əsasında birlik, mehribançılıq və səmimiyyət dayanır. Kiçik ixtilaflar həll olunmasa, tədricən ədavət qəlblərə kök salıb cəmiyyətin birliyini parçalayar. Bu isə həmin cəmiyyətin süqutu və tənəzzülüdür.
    Aralarında ixtilaf düşən adamlar gərək tezliklə bu ixtilafa son qoyub bir-birilə barışsınlar. İmam Sadiq(ə)-in buyurduğu kəlamın («iki nəfər bir-birilə küsülü olarsa, Allahın lənətinə gələrlər») mahiyyətinin nədən ibarət olmasını isə o Həzrətin səhabələrinin ona: «Bu ikisindən birinin zalım olanına lənət yağdırılması təbiidir, amma niyə zərərçəkən də lənətlənir?»- deyə sual verərkən cavabında tapmaq olar: «Çünki öz din qardaşını barışığa dəvət etmir, ötüb-keçənləri bağışlamır.» 
    Buna görə də din qardaşının yanına gedib barışması hər bir müsəlmanın müqəddəs vəzifəsidir. Əgər onlar arasında küsülülük və kin-küdurət üç gündən artıq olarsa, Allahın mərhəmətindən kənarda qalarlar. 
    Hər halda gözəl əxlaqa sahib olan şəxs nəinki öz müsəlman və əqidə qardaşı ilə kobud rəftar etməz, hətta başqalarının da arasına ədavət toxumunun düşməsinə razı olmaz, Allahdan bu xeyirxah və müqəddəs işdə müvəffəq olmasını diləyər. Biz də imam Zeynülabidin(ə)-i özümüzə örnək götürərək bu barədə dua edib o ali Cənab kimi Tanrıya yalvarırıq:
    «İlahi! Mühəmmədin və ailəsinin pak ruhlarına salam və salavat göndər. Mənə doğruluq və xeyirxahlıq libası geyindir. Məni təqva ilə ziyətləndir. Ədalətlə davranmaqda, qəzəbimi yatırmaqda, fitnə-fəsad alovunu söndurməkdə, pərakəndə düşmüşləri bir yerə yığmaqda və müharibələri sülhə çevirməkdə kömək ol.» 


    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.