Fani olmayınca, icazə vermirlər!
İnsan ayılmayınca, Peyğəmbərlərin (ə) səsini eşitmir. Əgər ah və həsrət çəkirsənsə bil ki, dirisən və mənəvi həyatın var. İnsan əməllərinə diqqət etməyincə, oyaq deyil.
Oyaqlıq (yəqzə) gəldikdə, naqis olduğunu başa düşürsən. Naqisliyini hiss etdikdə isə kamala tərəf yönəlirsən.
Onda müsafir olduğunu və qarşında əbədiliyin olduğunu başa düşürsən. Dünyanın xasiyyəti budur ki, insana yalançı doyum hissi verir. Bəzən elə olur ki, insan bir ev, ya bir maşınla doyduğunu hiss edir. Bu yuxu və qəflətin əlamətidir.
Qəflətdən ayılanlar fələklər aləminə səs-səda salırlar, nalələr edirlər. Əlbəttə, nalənin də mərtəbələri var. Yəqzənin (oyanmanın) ölçüsü nə qədər yuxarı qalxsa, insanın naləsi bir o qədər bərk olacaq.
Yəqzədən sonra insan seyri-sülukunu və hərəkətini başlayacaq. Lakin aləmdə 2 növ seyr vardır:
1. Biri təkvin nizamındadır və aləmin mövcudlarını cəbr (məcburi) surətində irəli aparır. Qurani-kərim buyurur:
"ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ"
"Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" – deyə cavab verdilər". ("Fussilət" surəsi, ayə 11.)
2. Biri də təşri nizamındadır və ixtiyari surətdə irəli gedir. Qurani-kərim buyurur:
"وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ"
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" ("Zariyat" surəsi, ayə 56.)
Bütün insan və cinlər naqisdirlər. Kamala çatmaq üçün gərək ixtiyari surətdə bəndəlik yolunda seyr etsinlər.
Təkvini seyrdə torpaq nə qədər ki, torpaqdır, meyvə və bağ deyil. Meyvəyə çevrilmək üçün gərək yox və fani olsun. Meyvəni də sərf edirlər, yox olur ki, adama çevrilsin. Biz insanlar meyvə, buğda, ya da bir heyvanın bədənində ət idik. Cansız şeylər hər mərhələdə öz varlığını itirir, irəli gedir və kamala çatır.
Bundan sonrası təkvini deyil. Gərək öz ixtiyarınla oyanasan ki, öləsən və həqiqi həyata qayıdasan.
"مُوتُوا قَبْلَ أَنْ تَمُوتُوا"
"Ölüm sizin sorağınıza gəlməmiş, ölün". ("Bihar əl-ənvar", c. 69, səh. 59.)
Təbii və məcburi ölüm sizin sorağınıza gəlməmiş ölün, yəni nöqsandan xaric olun. Elə ki, oyaqlıq (yəqzə) gəldi, insan od tutur və görür ki, bir dəstə gedib və o qalıb. Sonra kamil insana üz döndərib deyir: "Atam-anam sənə qurban", "canım sənə qurban". Yəni mən naqisəm və istəyirəm kamil olam, sonra fani olam.
Fani olmayınca, yol vermirlər!
Ustad Füruğinin çıxışı-Xatəmul-Ənbiya (s) məscidi, Pərdisan qəsəbəsi, 27/5/2015
Hazırladı: Füruği-Tövhid təhqiqat qrupu