» » Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mə'sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu
    +5
    Müəllif: Ewqi_Kerbela | 5-06-2015, 23:00 | Baxılıb: 1 019
     
     
    Mə’sumlardan nəql olunmuş rəvayətlərdə təvəkkül mövzusu

    İmam Baqir (ə) buyurmuşdur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Allaha sığınan kəs yenməz.” İnsan öz istəyi ilə Allaha bağlanmalıdır. Çünki bizim ixtiyarımızda olan hər hansı bir vasitə məhdud tə’sirə malikdir. Bu vasitələrin tə’siri də Allahın ixtiyarındadır. İmam Sadiq (ə) buyurur: "Sizlərdən hər hansı biriniz arzusuna çatmaq istədiyi vaxt hamıdan ümidini üzməli və bilməlidir ki, onun arzusunun həyata keçməsi yalnız Allahın əlindədir.” "Əl-mizan”da nəql olunmuş bir rəvayətdə İmam Sadiq (ə) buyurur: Allah-təala öz peyğəmbərlərindən birinə belə vəhy etdi:"And olsun izzət və cəlalıma, məndən qeyrisinə ümid bağlayanı naümid edəcək, xalq arasında ona zillət libası geydirəcək və onu öz mərhəmətimdən uzaqlaşdıracağam. Əgər çətinliklər mənim əlimlə açılırsa, nə üçün bəndəm başqasına ümid bəsləyir?
    Əgər mən ehtiyacsız və bağışlayanamsa, bağlı qapıların açarı mənim əlimdədirsə, istəyənlərə bu qapını açıramsa, nə üçün mənim bəndəm məndən qeyrilərinə əl açır və ümidvar olur?!” Uyğun mövzunu İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir hədislə davam etdiririk:
    Hüseyn ibn Ülvan deyir: "Elm və bilik qazanmaq məqsədi ilə bir məclisdə oturmuşdum. Səfər xərcliyim də qurtarmışdı. Dostlardan biri mənə dedi: "Bu vəziyyətdə ümidini kimə bağlamısan?” Dedim ki, filankəsə. Dedi: "And olsun Allaha, istəyin yerinə yetməyəcək və arzuna çatmayacaqsan.” Həmsöhbətim Allaha and içdiyindən təəccübləndim və soruşdum ki, haradan bilirsən? O dedi: "İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: "Allah-təala buyurmuşdur: "İzzət və cəlalıma, böyüklük və vüs’ətimə, ərşə olan hakimiyyətimə and olsun, məndən qeyrisinə ümid bağlayanı ümidsiz qoyacağam, xalq arasında ona zəlillik libası geydirəcəyəm, onu özümdən uzaqlaşdıracaq və mənə bağlılığını qıracam.”
    Rəvayətin davamında nəql olunur ki, Allah öz bəndəsi üçün çətinliyi özü yaratdığını və onu özü aradan qaldıra biləcəyini önə çəkir. Belə bir halda insan hansı əsasla başqalarına əl açmalıdır?! Axı bu çətinliyi insanlar yaratmamışdır ki, onlar da aradan qaldıra bilsinlər. Rəvayətdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Çətinliklər mənim əlimdə olduğu halda, başqa birindən kömək istəyirmi?! Öz düşüncəsində məndən başqasının qapısını döyürmü?! Hansı ki, bütün qapıların açarı mənim əlimdədir və mənim qapım məni çağıranların üzünə açıqdır. Çətinlik zamanı mənə üz tutan hansı adamı çətinlikləri ilə təkbətək buraxmışam?! Böyük bir işdə mənə ümid bəsləyən hansı kəsin ümidini qırmışam?! Mən öz bəndələrimin arzularını özümdə saxladığım halda, onlar bununla razılaşmamış, başqalarının sorağına getmişlər. Səmalarımı mən təsbihdən yorulmayan mələklərlə doldurdum. Onlara tapşırdım ki, mənimlə bənlədərim arasındakı qapıları bağlamasınlar. Amma bəndələr mənim dediklərimə e’tina etmədilər. Bəndələrim bilmirmi ki, kimsə mənim iznim olmadan onların çətinliklərini aradan qaldıra bilməz?!”
    Qur’ani-kərimdə də uyğun mövzuya toxunulur: Allah-təala buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, səni bu zərərdən Ondan başqası qurtara bilməz. Əgər Allah sənə  bir xeyir istəsə, kimsə Onun ne’mətinin qarşısını ala bilməz. Allah onu, bəndələrindən istədiyinə nəsib edər. O bağışlayandır.”
    Əvvəlcə zikr etdiyimiz rəvayətin davamında Allah-təala buyurur: "Nə üçün bəndəm məndən üz döndərmişdir?! Öz mərhəmətimlə ona istəmədiyi şeyləri verdim. Həmin ne’mətləri geri aldığım zaman o mənə yox, başqalarına üz tutdu.” Bəli, Allah-təala öz bəndəsinə onun ağlına gəlməyən ne’mətlər əta etmişdir. Sağlamlıq, göz, qulaq, ata-ana, övlad, müəllim və bu kimi başqa ne’mətlər məgər bəşəriyyətin ağlına gələrdimi?! Hələ insan dünyaya gəlməmiş Allah-təala ananın sinəsində onun üçün qida hazırladı. Amma bə’zi ne’mətlər insandan alındığı vaxt o başqalarına üz tutdu, başqalarına əl açdı! Rəvayətdə buyurulur: "Mən ki əvvəllər, bəndəm istəmədiyi halda ona əta edirdim. Yoxsa güman edir ki, onun istəklərinə cavab verməyəcəyəm?! Yoxsa bəndəm məni xəsis tanıyır?! Məgər bütün bəxşişlər məndən deyilmi?! Məgər əfv və mərhəmət mənim əlimdə deyilmi?! Məgər arzuları yerinə yetirən mən deyiləmmi?! Arzuları məndən savay qət edəcək bir kəs varmı?! Məndən qeyrisinə üz tutanlar qorxmurlarmı?! Əgər bütün göylərin və yerin əhli mənə ümid bağlasalar və onların hər birinə istədikləri qədər əta etsəm, mülkümdən qarışqa qılçası qədər azalmaz. Mənim öhdəmə götürdüyüm bir mülk necə azala bilər?!” Bəli, insanların ağlına gələn istənilən bir ne’mətin onlara əta olunması Allahın mülkünü azaltmaz. Bu ne’mətləri bir istəklə yaratmış Allah üçün bənədlərinə əta etmək çətin deyil. Qur’ani-məciddə oxuyuruq: "Bir şey istədiyi zaman Allah yalnız "ol” buyurar, o da dərhal olar”
    Rəvayətlərdən birində oxuyuruq: "Vay o insanların halına ki, mərhəmətimdən ümidsizdirlər. Vay o insanların halına ki, itaətsizlik etdilər və məndən çəkinmədilər.” Belə bir mülk və əzəmət sahibi olan Allaha qarşı itaətsizlik necə də pisdir! Bu rəvayət başqalarına ümid bəsləməyin məzəmmət edildiyi rəvayətlərdən biridir. Bu xüsusiyyət tövhid ruhi ilə bir araya sığmır.
    Bugünkü dünyamızda özünəinam haqqında çox danışılır və psixoloqlar bunu müsbət bir xüsusiyyət kimi qəbul edirlər. Bu mövzuda çoxsaylı kitablar yazılır, insanlar özünəinama təşviq olunur. Eyni zamanda başqalarına ümid bəsləməyin zərərləri önə çəkilir. İnsanın özünə inamı əqli cəhətdən müsbət görünsə də, tövhid baxımından məzəmmət olunmuşdur. Çünki bizim nəyimiz varsa əmanətdir. Əgər insanın malik olduğu bütün şeylər Allahın mülküdürsə, əmanət verilmiş şeylərə e’timad göstərmək olarmı?! Axı insan hansı əsasla arxayındır ki, Allah verdiyi əmanəti geri almayacaq?! Demək, yalnız Allaha e’timad göstərilməlidir. Allaha e’timad və təvəkkül çoxsaylı ayələrdə mədh olunmuş, və’d edilmişdir ki, Allaha təvəkkül edənlər üçün Allah bəs edəsidir. İki Qur’an ayəsinə nəzər salaq: "Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər.” Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!” Doğrudan da, Allah-təalanı Rəbb, Malik, ixtiyar sahibi kimi tanıyan insan başqalarına əl açmaz.
    Ustadlarımızdan biri belə bir əhvalat nəql edirdi: "Qonşuluğumuzda bir uşaq öz evlərinin kənarında oturmuşdu. Bu vaxt bir dilənçi ona yaxınlaşdı və dedi: "Get, anandan mənim üçün bir qədər çörək al gətir.” Uşaq ona dedi: "Get öz anandan al.” Uşağa elə gəlirdi ki, hərənin ehtiyacını öz anası ödəməlidir. Əgər biz Allahı bu uşaq öz anasını tanıdığı kimi tanısaydıq, başqalarının ardınca qaçmazdıq. Bir halda ki, Allah ən mehriban, ən qüdrətli varlıqdır, nə üçün də başqalarına əl açaq?!

    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.