» » Orucun kəffarəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Orucun kəffarəsi
+5
Müəllif: Admin | 3-06-2015, 19:00 | Baxılıb: 2 577
 
 
Orucun kəffarəsi

Sual 139: Üzürsüz yerə orucu açmağın kəffarəsi xəstə şəxsin kəffarəsindən fərqlidirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, bu kəffarələr iki baxımdan fərqlənir:
1. Miqdara görə; 2. Məsrəfə görə. Qəsdən orucu açmağın kəffarəsi ya hər gün üçün 60 yoxsulu doyuzdurmaq (ya hər birinə bir müdd təam vermək), ya iki ay oruc tutmaqdır. Amma xəstə şəxsin kəffarəsində xəstəlik növbəti ramazana qədər davam edəndə hər gün üçün yoxsula bir müdd təam verilir. Qəsdən orucu yeməyin kəffarəsində əgər 60 nəfər yoxsulu doyuzdura bilərsə, onların hər birinə bir müdd təamdan çox verə bilməz. Amma xəstə şəxsin kəffarəsində belə deyil.

Kəffarəni təxirə salmaq

Sual 140: Bir şəxs orucun kəffarəsini bir neçə il tə`xirə salarsa, kəffarənin miqdarı artarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, kəffarəni tə`xirə saldığına görə kəffarənin miqdarı artmır.
Sual 141: Boynunda oruc kəffarəsi olan şəxs kəffarəni tə`xirə sala bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, kəffarəni tə`cili ödəmək zəruri deyil. Amma onu tə`xirə salmaqda səhlənkarlıq və tənbəllik etmək olmaz.

Kəffarənin xərclənməsi

Sual 142: Orucun kəffarəsini «vacibun-nəfəqə» (övlada) ödəmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Orucun kəffarəsini vacibun-nəfəqəyə vermək olmaz. Amma kəffarəni qohumlara ödəməyin eybi yoxdur.
Kəffarə pulu

Sual 143: Kəffarə pulunu yoxsula vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: İstər xəstə şəxsin, istərsə də qəsdən orucunu açanın kəffarə pulunu yoxsula vermək kifayət deyil. Əlbəttə, kəffarə verən şəxs yoxsulun onun tərəfindən yeməklə tə`min olunmasına və pulu kəffarə adı ilə qəbul etməsinə yəqin etsə, kəffarə pulunu ona vermək olar.
Sual 144: Kəffarə pulunu xeyriyyə fonduna və yardım komitəsi kimi təşkilatlara ödəmək kifayət edərmi?
Bütün müctəhidlərin rə`yi: Əgər əminlik olsa ki, uyğun təşkilatlar kəffarə pulunu şər`i qaydalara riayət edərək yoxsullar üçün yemək-içməyə xərcləyirlər, kifayət edər.

Kəffarə və seyyidlər

Sual 145: Seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilərmi?
(Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur. Amma yaxşı olar ki, (müstəhəb ehtiyat) seyyidə verməsin.
Safi: Vacib ehtiyata əsasən, seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilməz.

Kəffarə və mədəni işlər

Sual 146: Orucun kəffarəsini bayram, toy kimi mədəni işlərə xərcləmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, onu bu işlərə xərcləməyə icazə verilmir və gərək yoxsulların yemək-içməyinə xərclənsin.

Kəffarə ödəyə bilməmək

Sual 147: Qəsdən orucunu yeyən şəxs orucunun kəffarəsini ödəyə bilməzsə (xəstəlik səbəbindən oruc tuta bilməzsə və ya maddi baxımdan qüvvəsi olmazsa) hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi, Xamenei, Safi və Vəhiddən başqa):Qüvvəsi qədərində yoxsula bir müdd təam versin. Əgər bu miqdarı da ödəməyə qüvvəsi çatmazsa, gərək ən azı bir dəfə «Əstəğfirullah» deməklə Allahdan bağışlanma diləsin.
Safi: Qüvvəsi qədər yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə acizdirsə ən azı bir dəfə «Əstəğfirullah» deməklə bağışlanma diləsin.
Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən, gərək qüvvəsi qədərində yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə qüvvəsi olmazsa, gərək ən azı bir dəfə «əstəğfirullah» deyib, bağışlanma diləsin.
Sual 148: Qəsdən orucunu açan və kəffarə ödəyə bilməyən şəxs gələcəkdə imkanı olarsa, kəffarəni ödəməlidirmi?
Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olan vaxt gərək kəffarə versin.
Xamenei və Məkarim: Kəffarə ödəmək vəzifəsi üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil.

Həyat yoldaşının orucunun kəffarəsi

Sual 149: Qadın oruc kəffarəsini özü ödəməlidir, yoxsa onun əri?
Bütün müctəhidlərin rə`yi: Qadın oruc kəffarəsini özü ödəməlidir.

Övladın orucunun kəffarəsi

Sual 150: Gəliri olmayan və atasının himayəsində yaşayan övlad qəsdən orucu açsa, kəffarəni kim ödəməlidir?
Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olduğu vaxt gərək kəffarəsini ödəsin və bu iş atanın öhdəsinə deyil.
Xamenei və Məkarim: Kəffarəni ödəmək vəzifəsi onun üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil. Bu iş atanın da öhdəsində deyil.
Qəsdən oruc tutmamaq

Sual 151: Qəsdən oruc tutmayan şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər gün üçün də kəffarə versin. Yə`ni ya iki ay oruc tutsun, ya 60 yoxsulu doyuzdursun, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) versin.
Sual 152: Qəsdən və aşkar şəkildə orucunu yeyən şəxs üçün cəza varmı?
Bütün müctəhidlərin rə`yi: Qəza və kəffarədən əlavə, cəza da vardır. Onun miqdarı birinci və ikinci dəfə üçün 25 qamçıdır. Bir dəstə müctəhidin nəzərincə, onun üçün say, miqdar tə`yin edilməyib və hakimin nəzərindən asılıdır. Əgər birinci və ikinci cəzadan sonra təkrar üçüncü dəfə qəsdən yeyərsə, hökmü qətldir.

Həddi-büluğ yaşında oruc yemək

Sual 153: Təklif həddinə çatdığım ilk günlər oruc tutmamışam. Qəzadan əlavə kəffarə də ödəməliyəmmi?
Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər bir gün üçün də kəffarə versin: Yə`ni, ya iki ay oruc tutmalıdır, ya 60 yoxsulu doyuzdurmalıdır, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) verməlidir.

Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni

 
 
Bölmə: Oruc
Şərhlər: 4
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 4 Haziran 2015 01:45 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN QARDAŞ,ƏCRİNİZİ VERSİN AMİN.ALLAHUMMƏ SƏLLİ ƏA MUHƏMMƏDİ VƏ ALİ MUHƏMMƏD.VƏ ƏCCİL FƏRƏCƏHUN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 3 Haziran 2015 23:00 | Redaktor | Şərh yazdı
Allah sizden razı olsun qardaş deyerli melumatlardı bilmediyimizi öyrenirik çox sağ olun Allah size kömek olsun Amin.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 3 Haziran 2015 19:35 | İstifadəçi | Şərh yazdı
Allah  razi  olsun qardas cox gozel ve deyerli sual cavablardir Allah ecrinizi versin in se Allah.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 3 Haziran 2015 19:09 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah razi olsun  lazimi melumatdardi sayenizde   lazimi olubda bilmediylerimi orgendim

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.