Hüseynçiyəm,bu qeyrəti Ağam Hüseyndən almışam,
Cəsarəti,şücaəti Ağam Hüseyndən almışam.
Bu izzəti,bu iffəti Ağam Hüseyndən almışam,
Bu isməti,ləyaqəti Ağam Hüseyndən almışam.
Hüseyn,Hüseyn,Ağam Hüseyn
Əvvəli dərs anam mənə tərbiyə vermək istəyib,
Gözün yaşın qatıb südə
Verib mənə rozə deyib.
Ruhun o gün mən Hüseynin
Hərçəmini kəfən geyib
Bu məktəbi,bu ibrəti Ağam Hüseyndən almışam
Mən özümü dərk edəni,
Çətinliyə alışmışam.
Zülmlərə baş əyməyib,zalım ilə tutaşmışam.
Zəmanin yezidləriylə hər zaman vuruşmuşam,
Ədalətə məhəbbəti Ağam Hüseyndən almışam.
Kərbubəla məktəbinin yetirməsi,məzunuyam,
Mən Ağamın Əkbərinin,Qasiminin vurğunuyam.
Ədalətin bu dünyada silinməyən qanunuyam,
Bu düzlüyü,həqiqəti Ağam Hüseyndən almışam.
Hüseynçilər əzilməyə,kəsilməyə adət edib,
Əzilsə də,kəsilsə də haqq yoluna dəvət edib.
Mərd kişilər bu məktəbə aşiq olub,beyyət edib,
Bu mərdliyi,dəyanəti Ağam Hüseyndən almışam
Mərd kişilər qutarmayıb,
Mərd kişilər vardır hələ.
Bu məktəbin ətrafına,
Toplaşağın biz əl-ələ.
Gələn nəsil baxıb bizə,
Şəhidliyə cuşa gələr.
Bu birliyi,bu vəhdəti Ağam Hüseyndən almışam.