Tə'sir gücü
+5
Müəllif:
Elya | 25-05-2015, 10:00 | Baxılıb: 689
Tə'sir gücü
Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən biri orada tə”sir gücünün böyüklüyüdür. Ali hikmətdə hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir).Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, mütləq cəmal oradadır. Rəbbimiz Qur᾽anda buyurur: "Biz yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan üçündür.” (18-ci surə, 6-cı ayə)
Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru səadət gözləyir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.