Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 65: Ramazan ayında sübh azanından qabaq cənabətli olan şəxs su tapa bilməzsə vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər sübh azanından qabağa qədər su tapa bilmirsə, qüsl əvəzi təyəmmüm etsin və orucu düzdür. Azandan sonrasu tapılarsa, sübh namazı üçün qüsl etsin və digər hallarda həmin təyəmmümlə sübh namazını qılsın.
Sual 66: Bir şəxs ramazan ayında sübh azanından qabaq möhtəlim olub. (Yuxuda olarkən boynuna cənabət qüslü gəlib) Qüsl etmək istəsə, yemək üçün vaxt qalmayacaq. Vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər səhər yeməyini yemədən oruc tuta bilərsə, gərək qüsl etsin. Yemək yemədən oruc tuta bilmədikdə və ya zərər qorxusu olduqda yeməyini yeyib azandan qabaq təyəmmüm etsin.
Sual 67: Bir şəxs ramazan ayı gecələrində sübh azanından qabaq vaxt dar olduqda cünub olduğuna görə təyəmmüm edərsə, onunla namaz qıla bilər, yoxsa qüsl etməlidir?
İmam Xomeyni və Nuri: Vacib ehtiyata əsasən, gərək sübh namazı üçün qüsl etsin.
Behcət, Təbrizi, Sistani, Safi, Fazil və Vəhid: Sübh namazı üçün qüsl etməlidir.
Məkarim: Əgər təyəmmümü və üzrü qalarsa, həmin təyəmmümlə sübh namazını qıla bilər.
Sual 68: Əgər ramazan ayında cənabət qüslü etməyə vaxtın qalması inamı ilə qüsl etməyə başlaya və qüslün ortasında bilə ki, qüsldən bir hissəsi sübh azanı ilə üst-üstə düşüb. Bu şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu düzdür.
Sual 69: Sübh azanından qabaq möhtəlim halda yuxudan oyanan şəxs azana yaxın vaxta qədər qüsl verməyib, təyəmmüm edə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Əgər qüslü vaxt dar olan zamana qədər tə`xirə salarsa, günah etmişdir. Bu halda sübh azanından qabaq təyəmmüm etməlidir və orucu səhihdir.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |