Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 30. Yataqxanada və təhsil məhəllində on gündən az qalan müəllim və tələbələrin namaz və oruclarının hökmü nədir?
İmam Xomeyni:
Namazları qəsrdir (yarıdır) və orucları səhih deyil.
Behcət, Safi, Fazil və Nuri:
Müəllim və tələbələr əgər on gündən daha az, ən azı bir dəfə vətən və universitet arasında get-gəl etsələr, bu iş bir müddət davam etsə və ürf baxımından «səfər» onlar üçün iş hesab olunsa, onların təhsil məhəlli və yol arasında namazları tamam, orucları da səhihdir.
Qeyd 1: Ayətullah Safi səfərin sənət kimi tanınması üçün lazım olan vaxtı 4 ay bilir.
Qeyd 2: (Birinci səfər) Adı çəkilən müəllim və tələbələr vətənlərində on gündən çox qaldıqda birinci səfərdə təhsil məhəllində namazı qəsr qılmalı və oruc tutmamalıdırlar. Amma təhsil məhəllinə bir dəfə getdikdə və vətənlərinə qayıdandan sonra vəzifələrinə «kəsirus-səfər» kimi əməl edəcəklər. Namazı tam qılacaqlar və orucları da səhihdir.
Qeyd 3: Ayətullah Behcətin fətvasında birinci səfər 8 fərsəxlik səfər sayılır. Bu baxımdan vətən və təhsil yeri arasındakı məsafə 8 fərsəxdən çox olarsa, birinci səfərdə təhsil məhəllində namazları tam və orucları səhih hökmündədir.
Xamenei: Müəllimlər və təhsil göstərişi almış, təqaüdlə tə`min olunan tələbələr on gündən az müddətdə heç olmasa bir dəfə öz vətəninə və universitetə get-gəl edərsə, onların namazı bütöv, orucları səhihdir. Lakin digər tələbələrin namazı qəsrdir, orucları isə səhih deyildir. Əgər on gündən az, ən azı bir gün vətən və universitet arasında get-gəl etsələr, namazları tam və orucları səhihdir, amma digər şagirdlərin namazları qəsrdir və orucları səhih deyil.
Qeyd: Ayətullah Xameneinin eyni elmi səviyyədə olan mərcei-təqlidə müraciət edilməsini vacib ehtiyat saydığından şagirdlər bu məsələdə bərabər səviyyəli başqa müctəhidə təqlid edə bilərlər. (Amma bu şərtlə ki, yeni mərceyi-təqlid) elmdə bərabər olan müctəhidə müraciət etməyə icazə verildiyini və səfər edən tələbənin namazının tam, orucunun səhih olduğunu bilsin. (Ayətullah Behcət kimi)
Təbrizi: Tələbənin universitet və vətən arasında get-gəli on gündən az olarsa, ehtiyat etməlidir. Yə`ni namazlarını həm tam, həm də qəsr qılmalıdır. Oruc tutarlarsa səhihdir və qəzası yoxdur.
Müəllim tədris üçün hər həftə şər`i məsafə qədər yol gedərsə (tədris müddətinin iki və ya daha çox olmasına baxmayaraq) namazlarını tam qılsın və oruc tutsun.
Qeyd: Ayətullah Təbrizinin bu məsələdə nəzəri vacib ehtiyat olduğundan müqəllidləri (təqlid edənlər) elmdə bərabər və ya ə`ləm olan başqa müctəhidə müraciət edib namazlarını tam qıla və oruclarını tuta bilərlər.
Sistani: 1. Müəllim və tələbələrin təhsil və tədris müddəti ən azı iki il davam edərsə və müəyyən yerdə qalarlarsa (həftədə iki gecə-gündüz qalmalarına baxmayaraq onlara səfər edən deməsinlər) həmin yer onlara vətən hökmündədir və orada namazlarını tam qılıb, oruclarını tutsunlar.
2. Müəllim və tələbələr həftədə ən azı şər`i məsafədən çox get-gəl edərlərsə və ya səfərdə olarlarsa, həm də bu işi bir müddət (misal üçün bir ildə altı və ya təhsilin bir neçə ilində, ən azı üç ay) davam etdirərlərsə «kəsirus-səfər» (çox səfər edən) sayılırlar və namazlarını təhsil məhəlli və yol arasında tam qılmalı və oruc tutmalıdırlar.
Qeyd 1. İki haldan hər birində birinci ayda əgər on gün qalmağı qəsd etməzlərsə, gərək ehtiyat etsinlər. Yə`ni namazlarını tam və qəsr qılsınlar, oruclarını da həm tutub, həm də qəza etməlidirlər.
Qeyd 2. Ayətullah Sistani elmdə bərabər olan müctəhidə müraciət etməyə icazə verir. Onların müqəllidləri bu məsələdə namazı tam və orucu səhih bilən, elmdə bərabər olan digər müctəhidlərə müraciət edə bilərlər.
Məkarim: 1. Müəllim və tələbələr qeyd olunan vaxta qədər (məsələn, bir il və ya çox) tədris və təhsil yerində qalsalar, həmin yer vətən hökmündədir. Namaz və oruc orada tam şəkildə yerinə yetirilməlidir. Həmin yerdə fasiləsiz olaraq on gün qalmaq şərt deyil.
2. Hər gün və ya həftədə üç gün təhsil ocağına gedən şəxslər, yə`ni sübh gedib, axşama yaxın qayıdanlar «kəsirus-səfər» sayılırlar. Orucları orada və gedib-gələn zaman tam hökmündədir.
Vəhid: Vətən və universitet arasında həftədə ən azı dörd dəfə get-gəl edərsə və bu iş bir il davam edərsə, ora vətən hökmündədir, orada namaz tam və oruc səhihdir. Yol arasında isə ehtiyat etsin, yə`ni namazı tam və qəsr qılsın, oruc tutsun və onun qəzasını da yerinə yetirsin. Əgər get-gəl üç gün olarsa, bu surətdə də, ehtiyat etməlidir. (Bütün müctəhidlərin katibliyi)
Sual 31: Müəllim və tələbələr dərs və təhsil ocağında on gündən çox qaldıqda onların namaz və oruclarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi:
Bu cür şəxslərin namazları tam, orucları səhihdir.
Qeyd: Əvvəldən ciddi olaraq on gün qalmaq qəsdləri olarsa, və bir dörd rəkətli namaz qıldıqdan sonra vətənə qayıtmaq qərarına gələrlərsə, təhsil ocağında namaz və orucları tam olacaq.
Sual 32: Yataqxanada on gün, ya daha çox qalan şagirdlər yataqxana və təhsil ocağı arasında get-gəl edirlər və bu məsafə şər`i dörd fərsəxdən (yə`ni 22,5 km) az deyil. Onların namaz və oruclarının hökmü nədir?
İmam Xomeyni: Əgər on gün ərzində təkcə bir dəfə iki saatlıq yol qədər yataqxanadan universitetə getsələr, namazları tam, orucları səhihdir. Bundan başqa bütün hallarda namaz qəsr və oruc səhih deyil.
Xamenei: Əgər on gün ərzində hər gün (ya bir neçə gün ki, onun cəmi gecə və gündüzün üçdə biri qədər olsun) yataqxanadan universitetə bir-iki saatlıq yol gedərlərsə, namazları tam və orucları səhihdir. Bundan başqa hallarda namaz qəsrdir, oruc səhih deyil.
Təbrizi: Vacib ehtiyata əsasən, namazları həm tam, həm də qəsr qılsınlar. Oruc tutmuş olsalar səhihdir və qəzası da yoxdur. (Təbrizinin katibliyi)
Behcət, Sistani, Fazil, Safi, Məkarim, Nuri və Vəhid:
Qeyd olunmuş fərziyyədə namaz tam və oruc səhihdir.
Sual 33: Qəfildən təhsil ocağından başqa bir şəhərə səfər edən müəllim və tələbələrin namaz və oruclarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Ayətullah Sistanidən başqa):
Namaz qəsrdir və oruc səhih deyil.
Sistani: Namaz tam və oruc səhihdir.
Sual 34: Həftədə bir, ya bir neçə gün tədris etmək üçün şər`i məsafədən çox get-gəl edən müəllimin aşağıda qeyd olan iki surətdə tədris ocağında və yolda namaz və orucunun hökmü nədir?
a) Tədris ocağı bir şəhərdə olduqda;
b) Tədris ocağı müxtəlif yerlərdə olduqda.
İmam Xomeyni: Namaz qəsrdir, oruc səhih deyil.
Vəhid: Əgər həftədə dörd gün tədris ocağına get-gəl etsələr, onların namazları tam və orucları düzdür. Əgər səfərdə üç gün qalsalar, vacib ehtiyata əsasən, oruc tutsunlar və onun qəzasını da yerinə yetirsinlər. Amma üç gündən az qaldıqda namaz qəsr olacaq və oruc düzgün deyil.
Sistani: Əgər ayda on gün, ya daha çox səfərə çıxsalar və bu iş bir il müddətində altı ay və ya bir ildən çox müddətdə üç ay davam edərsə, namaz tam və oruc səhihdir. Əgər ayda doqquz və ya səkkiz gün səfərdə olsalar, gərək ehtiyat etsinlər. Yə`ni namazı həm tam, həm də qəsr qılsınlar. Həm oruc tutsunlar, həm də onun qəzasını yerinə yetirsinlər.
Safi: Əgər gedib-gəlmək ən azı dörd ay davam edərsə namaz tam və oruc səhihdir.
Behcət, Xamenei, Fazil və Nuri: Əgər gedib-gəlmək heç olmaya bir müddət davam edərsə (ürf bu işi sənət adlandırarsa) namaz tam və oruc düz hökmündədir.
Təbrizi: Əgər həftədə ən azı bir dəfə tədris üçün vətən və universitet arasında get-gəl edərsə, namaz tam və oruc səhihdir. Əgər 8, ya 9 gün ərzində get-gəl bir dəfə olarsa, gərək ehtiyat etsinlər; yə`ni namazı tam və qəsr qılsınlar. Oruc tutmuş olsalar səhihdir və qəza etmək lazım deyil.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |