![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Sual 22: Ramazan ayında oruc tutmamaq üçün səfərə çıxmaq olarmı?
Bütün müctəhidlərin rə`yi:
Ramazanda səfərə çıxmağın (oruc tutmamaq məqsədi ilə olsa belə) eybi yoxdur. Amma bu iş orucluğun 23-cü gününədək məkruhdur. (bəyənilmir)
Sual 23: Günortadan qabaq səfərə çıxmağı qərara alan şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Sistanidən başqa):
Günortadan qabaq səfərə çıxanın orucu batildir. Amma tərəxxüs həddinə çatmazdan qabaq orucunu aça bilməz.
Təbrizi: Əgər gecənin əvvəlindən səfərə çıxmaq qərarı olsa və günortadan qabaq səfərə çıxsa, orucu batildir və tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz. Günortadan qabaq səfərə çıxmaq fikri olsa vacib ehtiyata görə oruc tutmalıdır.
Sistani: Günortadan qabaq səfərə çıxsa, vacib ehtiyata əsasən orucunu açsın; amma tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz.
Sual 24: Ramazan ayında səfərə çıxan şəxs qəzadan əlavə kəffarə də (cərimə) ödəməlidirmi?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, təkcə orucların qəzası vacibdir və kəffarə ödəmək lazım deyil; amma orucların qəzasını növbəti ramazan ayına qədər tə`xirə salarsa, tə`xirə saldığı hər bir gün üçün bir mudd təam kəffarə ödəsin.
Sual 25: Səfərdə qəza oruclarını tutmaq düzgündürmü?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, caiz deyil.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |