» » Mömin və dünya


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mömin və dünya
    +15
    Müəllif: Yusifi Zehra | 12-05-2015, 13:00 | Baxılıb: 786
     
     
    Mömin və dünya


     Dünyaya könül vermə!

    Ayə və rəvayətlərdə zöhd, qənaət, izzəti-nəfs, bir sözlə, mənəvi saflıq haqqında nəsihətlər çoxdur. Əxlaq kitablarında bu mövzuda daha ətraflı danışılır. Bu mövzu ilə əlaqədar buyuruqları hərtərəfli işıqlandırıb oxucuya çatdırmaq alimlərin vəzifəsidir. Əsas məsələlərdən biri budur ki, insan yalnız dünya həyatı haqqında fikirləşməməli, dünya ləzzətləri dalınca qaçmamalıdır. O, bu dünyanın müvəqqəti olmasını anlayıb əbədi axirət səadəti haqqında düşünməlidir. Əslində əbədi ilə məhdudu müqayisə etmək məntiqsizdir. Əgər əbədi olan axirəti müxtəlif ulduz sistemləri və kəhkəşanların yaradılışından sonuna qədər olan bir dövrlə (bu qədər uzun müddət olmasına baxmayaraq) müqayisə etmək düzgün deyilsə, bizim dünyadakı ömrümüzlə necə müqayisə etmək olar?
    Dünyanın dəyərsiz olmağı məsələsi dərin elmi, fəlsəfi və etiqadi nəzəriyyəyə əsaslanır.

     Ömürdən istifadə

    Dünya həyatı qısa olsa da, bu qısa həyat insanın aqibətini təyin edir. İnsanın axirət səadəti məhz bu dünyada müəyyən olunur. Bu baxımdan dünya həyatımızın dəyəri çox böyükdür. Amma yaxşı nəticələr əldə etmək üçün dünya həyatının hər dəqiqəsinin qiymətini bilmək lazımdır. Təbii ki, insan öz ehtiyaclarını ödəmək üçün ömür boyu çalışır. Fərdi və ictimai vəzifələr olmasaydı insanın imtahanı da mümkün olmazdı. Seçim prosesini yaşayan insan təkamül yoluna qədəm qoyur. İnsan pislə yaxşı arasında yaxşını seçməklə behiştə çata bilər.
    Sual oluna bilər ki, insan qarşısına çıxmış işləri planlaşdırarkən hansına üstünlük verməlidir. Məsələn, gənc iki yol ayrıcında qalıb; oxumağa getsin, yoxsa işləməyə? Quran oxusun, yoxsa ibadət etsin? İdman faydalıdır, yoxsa istirahət? Əsas suallardan biri isə budur: dünya həyatı üçün nə qədər çalışmaq olar? Bu sualın fərdi və ictimai baxımdan iki cavabı vardır. Fərdi baxımdan əsgərlə əkinçinin vəzifələri fərqlidir. İctimai baxımdan bu suala cavab vermək üçün iqtisadi inkişafa İslam prizmasından baxmalı olacağıq.
     İslam və iqtisadi inkişaf

    İnsan firavan həyat, var-dövlət üçün çalışmalıdırmı? İndi bütün ölkələrdə cəmiyyəti iqtisadi böhrandan çıxarmaq üçün iqtisadi inkişaf proqramları hazırlanır. İslam iqtisadi inkişaf proqramını qəbul edirmi? İnsanlar vaxtının daha çoxunu işə sərf edib nəticədə varlı olmalı, yoxsa sadə qidalarla keçinib ibadətə üstünlük verməlidirlər? Bu mövzu konfranslarda, seminarlarda çox araşdırılır. Hətta İslamı bir neçə əsr geridə görməyi öyrənənlər dini iqtisadi inkişafla üz-üzə qoydular. Onlar öz məntiqsiz fikirlərinə əsaslanaraq haray çəkirdilər ki, iqtisadi inkişaf gəlsə din əldən çıxacaq. Bəs həqiqət necədir? Doğrudanmı insanlara səadət yolunu göstərən bir din onları kasıbçılığa çağırır? Doğrudanmı varlı adam pis adamdır? Əgər İslam var-dövlətə belə münasibət göstərirsə nə üçün Allahın peyğəmbəri Süleyman (ə) Ondan var-dövlət istəyir? «Pərvərdigara, məni bağışla və mənə kimsənin nail ola bilməyəcəyi mülk ver» («Sad» surəsi, ayə 35.). Süleymanın büllur saraylarını XXI-ci əsrin hansı tikilisi ilə müqayisə etmək olar. Bu saraya daxil olan Bəlqis islanmasın deyə, ətəklərini qaldırır. Ona belə deyilir: «Bu büllurdan tikilmiş bir saraydır»(«Nəml» surəsi, ayə 44.).
    Həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) haqqında məlumat verilir ki, bu ilahi şəxsiyyətlər ildə onlarla qul azad edərmişlər. Belə bir böyük iş üçün hər insanda imkan olmayıb. İmam Hüseyn (ə) bir neçə dəfə bütün var-dövlətini kasıblara paylamış, fəqirlərə çatan qədər özünə də pay götürmüşdü. İmamların sadə geyib, sadə yaşayıb, sadə yeməsi o demək deyil ki, imamlar kasıb olub. Demək, İslam müsəlmanların varlı olmasını bəyənir. Müsəlmanı zəlil, ac, savadsız, ev-eşiksiz görmək İslamın yox, İslam düşmənlərinin istəyidir. İşləmək, qazanmaq, Allah yolunda xərcləmək olduqca böyük savaba malikdir. Amma dünyaya könül verib, dünya sərvətinə çatmaq üçün bütün müqəddəslikləri ayaq altına almaq, Allahı yaddan çıxarmaq ən böyük bədbəxtçilikdir. İctimai və iqtisadi nəzəriyyələrdən birinə görə bu gün qərbdə sənayenin inkişaf səbəbi dindar məsihilərin uzun müddət qənaət edərək sərmayə, kapital toplaması olub. Marks isə kapitalizmin yaranma səbəblərindən biri kimi məsihiliyin üç qolundan biri olan protestantlığı göstərir. Əsas məsələ budur ki, insan dünyaya könül verməsin. Mümkündür ki, Allah rizasına görə ağa öz sürüsündən keçə, çoban isə çomağından keçməyə. Demək, qorxu varlı olmaq yox, bu vara bağlı olmaqdır. Qənaət böyük savaba məxsus xüsusiyyətlərdəndir. Heç nəyi olmayan insanın qənaət etməyə imkanı varmı?
    Demək, iqtisadi inkişaf möminlik ruhuna zidd deyil. Pul məqsədə çatmaq üçün vasitədir. Amma pulu əlinə almaqdan ləzzət duyanlar onu xərcləmək yox, toplamaq barədə düşünürlər. Qəpik-qəpik yığdığı pulları xəzinələrdə dondurub Allahın hüzuruna əliboş gedən milyonçular çoxdur! Xəzinələrdə milyardlar yığılmışkən bir qarın çörəyə möhtac milyonlar çoxdur! Xoş o insanın halına ki, ibadətdən ayrılmadan zəhmət çəkib var-dövlət qazanır və bu var-dövlətdən ehtiyaclılara verdiyi qədər istifadə edir.
    Dünya nemətlərindən istifadə qaydaları

    Ayə və hədislərdə, adətən, dünyaya bağlılıq məzəmmət olunur. Əlbəttə ki, söhbət ifrat və təfrit bağlılıqdan gedir.
    Əvvəla təyin etməliyik ki, dünya nemətlərinin faydalı bir həddi varmı? Doğrudanmı ləzzətli xörəklər, gözəl geyimlər, xoş ətirlər zərərlidir? Bəziləri qəti şəkildə bildirir ki, bütün bunlar zərərlidir və onlardan istifadə edən insan mütləq cəhənnəmə gedəcəkdir. Bu olduqca yanlış fikirdir. Bəzi şəraitdə məsumlar dünyanı zəhərli ilana oxşadırlarsa, digər bir şərait barədə Quran buyurur: «Bu gün pak nemətlər sizə halal edilmişdir»(«Maidə» surəsi, ayə 5.), «Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur»(Ə᾽raf» surəsi, ayə 32.), «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik» («Hicr» surəsi, ayə 16.).
    Adətən, kənddə yaşayıb heyvandarlıqla məşğul olanlar üçün öz sağlam, çox saylı sürüsünü müşahidə etməkdən ləzzətli iş yoxdur. Allah-təala buyurur: «Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alır, fərəhlənirsiniz» («Nəhl» surəsi, ayə 6.). Allah-təala hər şərait üçün xüsusi nemətlər yaradaraq dünya həyatını zinətləndirmişdir. İnsan bütün halal nemətlərdən istifadə etməli, şəxsi görünüşünə də fikir verməlidir: «Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz» («Ə᾽raf» surəsi, ayə 31.).
    İkinci mühüm məsələ insanın bu nemətlərə qəlbən bağlı olmasıdır. Hər hansı bir nemətə qəlbən bağlanmaq üçün insan çox qüdrətli olmalıdır. Ayə və rəvayətlər dünyanı yox, məhz dünyaya bağlılığı pisləyir. Dünya yox, dünyaya məşğul olub Allahı unutmaq pisdir. İnsan öz təsiri altında olanları dünyaya bağlılıqdan xilas edə bilərmi?! Ən təsirli üsullardan biri ifrat və təfritdən çəkinib orta həddi gözləməkdir. İnsanı ifrat və təfritdən çəkindirəcək şərait lazımdır. Belə bir şərait olmadıqda orta həddi qorumaq problemə çevrilir. Məsələn, yetkinlik yaşına çatmış bir gənci tərbiyə etmək üçün onunla yumşaq rəftar edib onu mənəvi işlərə həvəsləndirəcək şərait yaratmaq lazımdır. Hansı ki, dünya məhəbbəti nə tərbiyəçi, nə də şərait istəyir. Əgər insan tabeçiliyində olan insanlar üçün orta həddən artıq dünya şəraiti yaradarsa onları dünyapərəstliyə təşviq edir. İnsan bütün sahələrdə özünü normadan aşağı faydalanmağa öyrətməlidir. Dünya məsələlərində üstünlük qazanmaq həvəsi insanı küfrə endirə bilər. «Qəsəs» surəsinin 83-cü ayəsində buyurulur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edirik». İmam Sadiq (ə) buyurur ki, ayaqqabısına dostununkundan yaxşı bağ bağlamaq istəyən özünü yuxarı tutmaq xəstəliyinə düçar olub. İmam (ə) İbn Cündəbə buyurur: «Allahın müqəddər etdiyinə qane ol. Öz olanlarına nəzər sal. Başqalarının malik olduqlarına göz dikmə. Bax gör Allah sənə necə nemətlər verib».
    Adamların xarakterinə işarə olunan bir məsəldə deyilir ki, kimi bəzi insanlar içində yarısına qədər su olan stəkanın boş yarısını, bəziləri isə dolu yarısını görür. Allah istəyir ki, insan dolu yarısına nəzər salıb şükr etsin. Bəzən insan heç vaxt çata bilməyəcəyi şeyləri ələ gətirməkdən ötrü daim götür-qoy edir. Qənaət ruhiyyəsində olan heç zaman acımadığı kimi bu ruhiyyədə olmayanlar da heç zaman doymur. Onlar hesablarında pul, süfrələrində dadlı təamlar olduğu halda, ehtiyac və aclıq hissi ilə əriyirlər. Dünya şor suya bənzəyir. Onu içənin ciyəri yanır. İnsan malik olduğu şeylərin qədrini bilib qane olarsa hər zaman şad olar. Amma öz olanlarına qane olmayıb əlçatmaz arzularla qovrulanlar sevinc üzünə həsrətdir. İmam (ə) «əlində olanlardan axirət səadətin üçün də faydalan» buyurur.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 12 Mayıs 2015 17:12 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN COX DEYRRLI MOVZUDUR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.