Bütün həyət və küçəni camaatla doldurmuşdu
Həzrət ayətullah üzma Hacı seyyid Məhəmməd Hüseyni Şirazı dükançı bir dostunun dilindən nəql edir:
Kürdlərin sünni qadınlarından biri Novruz bayramı günü Kərbəlaya gəldi. Mənim yanıma gəlib bir miqdar mal aldı. Soruşdu: Mənim heç kəsim yoxdur, sizdə bir günlüyə yer tapılarmı? Dedim: Mane yoxdur.
Evdə həyat yoldaşıma nəql edir ki, on ilə yaxındır ki, ailə həyatı qurmuşam amma, uşağım olmur. Zövcəm ona deyir:Siz həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) dua və nəzir edin ki, əgər gələn il Novruz bayramına kimi övladım olarsa, boynumda və əlimdə nə qədər qızıl varsa Həzrətin hərəminə atacağam!.
Gələn ilin Novruz bayramı günü Kərbəlada zəvvar həddən çox idi. Mənim də başım qarışıq idi. Günortadan iki saat sonra evə getdim. Gördüm ki, həyət-bağçanın hamısı kürdlərlə doludur. Çox nigarançılıqla özümü evə çatdırdım. Zövcəmi səslədim ki, bu nə vəziyyətdir? Gülərək dedi: Bir şey deyil! Çıx yuxarı. O keçən ilki qadın övladı ilə gəlib ki, qızıllarını həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə təqdim etsin. Bunlar da hamısı uşağı olmayan qadınlardır. Gəliblər ki, həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua edib övlad istəsinlər. Sonra öz qızıllarını həzrətə təqdim etsinlər.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali