» » İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 12-05-2015, 22:00 | Baxılıb: 1 572
     
     
    İkinci pəncərə
    İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?

    Gözdəymədən qorunmaq üçün nurani ilahi kəlamlarda və Əhli-beyt (ə) buyuruqlarında müəyyən tövsiyələr yer alıb.  Şübhəsiz ki, hər birimiz ətrafdakı insanlarla ünsiyyətdə olanda, cəmiyyətə çıxanda göz dalğalarının təsirinə məruz qalırıq. Biz buna qarşı tədbir görəndə də əminliklə görməliyik. Gözdəyməyə qarşı dinin verdiyi tapşırıqları üç qrupa bölmək olar:
    1.Gözdəyməyə qarşı oxunan zikr və dualar; "Çəhar qul” deyilən dua buna misal göstərilə bilər; 
    2.Yazılı şəkildə insanın öz üstündə gəzdirdiyi zikr və dualar;
    3.İnsanın öz əməl və rəftarlarında riayət etməli olduğu qaydalar. Buna misal olaraq insanın özünü göstərməsi, diqqəti cəlb etməsi misal çəkilə bilər.
    Gözdəyməyə qarşı nə oxumalıyıq:
    1.İlk yerdə istiazə gəlir. İstiazə Allaha pənah aparmaq, Allaha sığınmaqdır. "Nəhl” surəsinin 99-cu ayəsində buyurulur: "O yalnız Onu rəhbər seçənlər üzərində hakimiyyətə malikdir.” (İnnəhu ləysə ləhu sultanun ələlləzinə amənu və əla Rəbbihim yətəvəkkəlun.) Allaha sığınmaq təkcə Quran ayələri oxumaqla xülasələşmir. Bu bir qədər geniş məsələdir. İnsanın yaranışında məqsəd onun təkamülü, kamilləşməsidir. Bu yolda insanın əsas düşmənlərindən biri İblisdir. İblis and içib ki, Allahın şərəfli yaranmış qərar verdiyi insanı bədbəxt etsin. O bu yolda cinlərdən və insanlardan istifadə edir. Bu işdə insanın əmmarə nəfsi onun əsas düşmənlərindəndir. İnsan şeytanın hücumları qarşısında zəif və aciz qalır. İnsanın bu hücumlar qarşısında möhkəm sığınacağa ehtiyacı var. İnsan bu hücumlardan qaçaraq daim deyir: "Əynəl məfərr” yəni sığınacaq yeri haradadır? Sığınacaq axtaran insana ilahi bir pıçıltı gəlir: "Allaha doğru qaçın, çünki mən Allah tərəfindən xəbərdarlıq edən, aydınladan biriyəm.” (Fə firru iləllahi indi ləkum minhu nəzirun mubin; Zariyat surəsi, ayə 50) Nəticə alırıq ki, istiazə dedikdə istənilən bir şəraitdə qorxu və təhlükəyə qalib gəlmək üçün Allaha sığınmaq nəzərdə tutulur: "Əuzu billahi minəşşeytanil-ləinil rəcim.” İstiazə şeytanın caynağından qaçıb Allaha sığınmaqdır. Təbii ki, burada şeytanın öz hücumu nəzərdə tutulmur. Gizli və aşkar qüvvələrin təsiri şeytanın hücumlarındandır. İnsan yalnız Allaha sığınmaqla xilas ola bilər. Bütün işlərdən əvvəl və sonra bu zikri oxumaq təsirlidir. Evdən çıxarkən, Quran oxumağa başlayarkən, kitab mütaliəsindən öncə, kompyuter arxasına keçərkən, saytlara baxarkən bu zikri oxumaq təsirlidir. Bu zikr dağıdıcı qüvvələr qarşısında bir sipərdir. Bu zikr eyni zamanda insan qəlbini vəsvəsələrdən, şəkk-şübhələrdən qoruyur. Bacardığımız qədər bu cümləni zikr etməliyik.
    2.Bismillahir-Rəhmanir-Rəhim deməyin təsiri
    Bismillahir-Rəhmanir-Rəhim cümləsi haqqında çox yazılıb. Doktor Nəqipur Quran ayələri barədə düşünmək mövzusunda yazdığı kitabda maraqlı nöqtələrə toxunur. Kitabda belə bir hədis yada salınır: "Günah qapılarını "istiazə” ilə bağlayın, Rəhmət qapılarını Allahın adını zikr etməklə açın.” ("Mizanul-Hikmə”, c. 8)
    İstiazədə dağıdıcı qüvvəni zərərsizləşdirmək gücü var. İstiazə şeytanın hücum vasitələrini məhv edir. Bismillahda isə quruculuq var. Nəfsin tərbiyyəsində, imanı gücləndirməkdə, səbr və ehsanda Bismillah deməyin təsiri böyükdür.
    Hər bir işdən qabaq Bismillah demək ilahi rəhmətin nazil olmasına, bağlı qapıların açılmasına səbəb olur. Bismillahın çox zikr olunması insan həyatına ilahi ətir verir. Bismillahı çox oxuyan insan salamat qalır, şərdən uzaq olur.
    İmam Baqir (ə) buyurur: "Səmadan enən bütün kitablar Bismillahla başlayır. Bismillah dedinsə özündə qorxuya yer vermə. Bismillah dediyin zaman səni yerlə göy arasında qoruyarlar.” (Şeyx Səduq, Xisal, c. 8, səh. 172) Həzrət peyğəmbər haqqında yazırlar: Həzrət peyğəmbər mənzilə daxil olanda və Qüreyş onun ətrafına toplananda uca səslə Bismillah deyərdi. Həzrətin Bismillah sözündən sonra Qüreyş tələsik dağlışardı. 
    Müqəddəs Bismillah zikri Nuh peyğəmbərin gəmisini təhlükəli tufan zamanı qorudu. Həzrət Nuh gəminin üzərinə öz əli ilə Bismillah yazmışdı. Demək, Bismillah zikri insanı yerin və göyün bəlalarından qoruyur. Heç zaman Bismillahı yaddan çıxarmayın. Yatdığınız zaman, yuxudan oyandığınız zaman, mütaliə zamanı, evə daxil olanda, evdən çxanda, yeməyə başlayanda, hamama gedəndə, bir sözlə, bütün işlərdən qabaq Bismillah demək adətiniz olsun. Şeyx Abbas Qummi Məfatehdə tövsiyə edir ki, evin qapısına Bismillah yazılsın.
    Həqiqətən Bismillahir-Rəhmanir-Rəhim zikri Allah tərəfindən insanın salamatlığı üçün bir zəmanətdir. Bismillah deyin və özünüzü mənfi enerjilərin hücumu qarşısında Allahın pənahında hiss edin.
    İstiazə və Bismillah zərərli dalğaların əhatəsində insanı qoruyan və ona yol açan iki mühüm vasitədir.
    3.Quran qiraəti ilə nemətə çatmaq və şərdən uzaqlaşmaq
    Quran qiraəti insanı şər və bəladan uzaqlaşdırır, şeytan vəsvəsələrinin qarşısını alır, ilahi rəhmətin nazil olmasına səbəb olur. Evdə, bir məkanda Quran səsi ucalanda oranın fəzası şeytanın zəhərli çirkabından paklanır.
    İmam Sadiq Əmirəlmöminin Əlidən (ə) belə nəql edir: "Quran oxunan, Əziz və Cəlil Allahın xatırlandığı evdə bərəkət artar, mələklər orada olar, əhrimənlər oranı tərk edər, bu ev səma əhlinə işıq saçar. Necə ki, ulduzlar yerə işıq verir. Quran oxunmayan, Əziz və Cəlil Allahın xatırlanmadığı evdə bərəkət azalar, mələklər oranı tərk edər, əhrimənlər orada olar, bu evin fəzası zəhərlənər, şər və fəsadla dolar.” (Quranda tədəbbür araşdırmaları, səh. 80)
    Demək, Quranla çox ünsiyyət, onu gözəl səslə oxumaq ilahi bərəkət və mələklərin gəlişinə səbəb olar. Bu yolla həmin evdə asayiş və salamatlıq yaranar. Evdə Quran oxunmaması orada şeytanları fəallaşdırar, asayişi aradan qaldırar.
    Valideynin əsas məsuliyyətlərindən biri evdə gözəl səslə Quran oxumaqdır. Quran avazı evdəki mənfi enerjini uzaqlaşdırır, dolayı yolla ev əhlinin ruhiyyəsini dəyişir.
    Çalışaq ki, hər gün ən azı Qurandan on ayə oxuyaq. Bu ayələr barədə düşünək. Beləcə, Allahın izni ilə qəlblərimiz və mənzillərimiz zülmət və zərərli dalğalardan hifz olsun, nuraniləşsin.
    4.Cin surəsini oxumaqla cinlərin gözdəyməsinin qarşısnın alınması
    Quran araşdırmaçıları düşünürlər ki, Cin surəsində gözə görünməyən mövcudlar haqqında danışılır. Surədə onların dinə və peyğəmbərə, eləcə də məada imanından söz açılır. İmam Sadiq (ə) buyurur: "Kim "Cin” surəsini çox oxusa həyatı boyu ona cin gözdəyməsi, sehr-cadu, hiylələr təsir göstərməz, Həzrət Məhəmmədlə (ə) yoldaş olar...” (Təfsiri-Nümunə”, c. 25, s. 98) Belə bir qənaətə gəlirik ki, insana təkcə ətrafdakı insanların yox, gözə görünməyən cinlərin də gözdəyməsi zərbə vurur. Bunun qarşısını almaq üçün ardıcıl şəkildə cin surəsini oxumaq lazımdır. Xüsusi ilə dini geyim insanı pis gözdən qoruyur. "Cin” surəsini oxumağın savabı barədə həzrət Peyğəmbər (s) buyurur: "Kim "Cin” surəsini oxusa peyğəmbəri təsdiq və təkzib etmiş cin və şeytanların sayı qədər qul azad etməyin savabını qazanar.” ("Təfsiri-nümunə”, c. 25, s. 98)
    5.Məuzəteyn (Nas və Fələq surələri) şərə qarşı
    Qurani-Kərimin iki son surəsi, "Fələq” və "Nas” surələri şərrin uzaqlaşdırılmasında ən təsirli surələr sayılır. Məsumların buyuruqlarında bu həqiqət təsdiqlənir. Söhbətimizin əvvəlində qeyd etdik ki, bəziləri gözdəyməyə münasibətdə ifrata varır, göz dəyər deyə sevinclərini, uğurlarını gizlədirlər. Onlar hətta pis geyinirlər ki, onlara göz dəyməsin. Danışanda şikayətlənirlər ki, gözdəymədən qorunsunlar. Bir şəxs İmam Rizadan (ə) bu barədə soruşdu. İmam buyurdu: "Gözdə təsir var. Əgər gözün təsirindən qorxursansa əllərini çöhrən bərabərində qaldır (qunut vəziyyətində) "Həmd”, "Tövhid”, "Nas” və "Fələq” surələrini oxu. Sonra əllərini alnına çək, Allahın izni ilə faydası olar.” ("Biharul-Ənvar”, c. 92, s. 192) 
    İmam Sadiq (ə) buyurur: "Diqqəti cəlb edəcək görkəmdə evdən çıxdığınız zaman gözdəymədən qorunmaq üçün "məuzəteyn” oxuyun.” ("Biharul-Ənvar”, c. 92, səh. 330)
    Həzrət Peyğəmbərdən (ə) nəql olunmuş hədisdə deyilir: "Allah gözəldir və gözəllikləri sevir. Allah bəndəsində öz nemətinin əsərini görəndə razı qalır. Allah razı deyil ki, kimsə özünü yoxsul göstərsin, özünə yoxsul görkəmi versin.” ("Kənzül-Ummal”, h. 17166)
    İslam təlimlərində nəinki özünü yoxsul göstərmək bəyənilmir, ətrafdakıların ruhiyyəsinə mənfi təsir göstərəcək əksər işlər qadağan olunur. Əgər insanların nemətlərə malik olması gözdəyməyə səbəb olursa vəzifəmiz nədir? Əgər insan Quran göstərişləri və İslam təlimlərindəki göstərişlərə əməl edərsə xoşbəxt olar və xürafatdan uzaqlaşar. İmam Sadiqin (ə) nürani tövsiyyələri, Həzrət Peyğəmbərin (s) göstərişlərindən aydın olur ki, insanın özünə gözəl görkəm verməsi vəzifə olduğu kimi, pis gözdən görünmək üçün "məuzəteyn” oxuması da zəruridir. "Məuzəteyn” oxuyan insan sanki pis göz qarşısında zireh rolu oynayan zikrdən libas geyinir.
    Şər qüvvələrin gözə görünməyən hücumları
    Din alimləri və Quran araşdırmaçıları bu fikirdədirlər ki, şər qüvvələr üç yolla insana yaxınlaşır.
    1.Xaricdən hücumlar; burada azğın təcavüzkarlar, ovsunçu fitnəkarlar, paxıl insanlar nəzərdə tutulur. Belə təsirlərin qarşısını almaq üçün fələq surəsini oxumaq lazımdır.
    2.Xaricdən vəsvəsə hücumları; Cin və insandan olan şeytanlar insanlarda daim şəkk-şübhə yaratmağa çalışır. Onlar çirkin işləri insana gözəl göstərmək istəyirlər. "Nas” surəsini oxumaqla belə təsirlərin qarşısnı almaq olar.
    3.Daxilimizdən gələn vəsvəsələr; İnsanda olan əmmarə nəfs onu günah və çirkaba sürükləyir. "Nas” surəsi nəfsin vəsvəsələrini "Fələq” sursəi əməli hücumları əngəlləyir, onların qarşısnı alır. (Quranda tədəbbür araşdırmaları, s. 154)
    Belə bir qənaətə gəlirik ki, insan ruhunun qidası olan Qurana sarılmaqla, "Fələq” və "Nas” surələri kimi təsirli surələri namazda və başqa vaxtlarda ardıcıl şəkildə oxumaqla zəhərli baxışların, müxtəlif hücumların qarşısını almaq mümkündür. Əgər bəzi insanlarda bu enerjinin güclü olduğunu hiss etmisinizsə onlarla rastlaşdığınız zaman və ya bundan qabaq özünüzü ayələrin sığınacağına çatdırın, surələr oxumaqla, zikr və dualarla özünüzü qoruyun.
     
    Kitabın adı: Gözdəyməyə qarşı nə edim?

    Müəllif: Zibeydə Xudayi


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 13 Mayıs 2015 13:32 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allahin salami salavati xeyir
     
    duasi uzerinize olsun Allah razi
     
    olsun  Bismillahir Rahmanir
     
    Rehim  baci  sen terefdende
     
     hemiwe bele lazimi xeberler
     
     sayta atilir cox sagol  baci cin
     
    suresi hansidi   men bilmirem
     
    bura yaza bilersen  Allah bizderi
     
     weytanin ves vesesinen  qorusun
     
     dilimzden dua hec zaman eksik
     
    olmasin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.