Gözdəymə rəvayətlərdə
Gözdəymə haqqında rəvayətlər çoxdur. Bu rəvayətlərdə gözdəymənin təsirlərindən danışılır. "Biharul-Ənvar”, digər rəvayət kitablarında gözdəymə haqqında rəvayətlər kifayət qədərdir. Həm sünni, həm də şiyə mənbələrində bu mövzuda rəvayətlər var. Həzrəti Peyğəmbər (ə) buyurur: "Həqiqətən gözdəymə doğrudur...” (Musnədi-Əhməd, c.1, s. 274) Həzrəti Əli (ə) "Nəhcül-bəlağə”də gözdəymənin həqiqət olduğunu buyurur. ("Nəhcül-bəlağə”, hikmət 400)
Peyğəmbərin belə buyurduğu rəvayət olunur: "Mənim ümmətimdən ölənlərin ölüm səbəbi qəza-qədərdən sonra gözdəymədir. ("Əl-Durrul Mənsur”, c. 6, s. 258)
Həzrət Peyğəmbər (ə) buyurur: "Gözdəymə həqiqətdir, kişini qəbirə, dəvəni qazana salar.” ("Biharul-Ənvar”, c. 63, səh. 26) Bir gün həzrət peyğəmbər Bəqi qəbiristanlığının yanından keçirdi. Həzrət buyurdu: "And olsun Allaha qəbiristənlıq əhlinin çoxu gözdəymədən dünyasını dəyişib.” (Təfsiri Minhəcus-Sadiqin”, c. 6, Səh. 391) Həzrətdən belə rəvayət olunur: "Gözdəymə təsirlidir.” ("Səhihi-Termezi”, Kitabul-Tibb bab 19)
Həzrət peyğəmbər buyurur: "Gözdəymə həqiqətdir, hətta dağların zirvəsini uçurar.” ("Musnədi-Əhməd”, c. 1, səh. 274)
Həzrət Əli (ə) buyurur: "Gözdəymə həqiqətdir, təbiətin əsrarəngiz güclərindən istifadə olunması doğrudur.” ("Nəhcül-Bəlağə”, hikmət 400) Nəticə bu olur ki, gözdəyməni təsdiqləyən rəvayətlər istər şiə, istər sünnə əhlinin mötəbər mənbələrində yer alıb. "Nəhcül-Bəlağə”, "Müsnədi-Əhməd”, "Səhihe-Buxari”, "Məkarimul-Əxlaq”, "Əl-Mustədrək” kimi mötəbər kitablarda gözdəymə hadisəsi təsdiqlənir. Bütün bu rəvayətlər mövzunu araşdırmaq istəyənlər üçün dəyərli mənbədir. Hadisənin həqiqəti sübuta yetdikdən sonra onu ciddi araşdırmağa dəyər. Bəli, gözdəymə xürafat deyil. İslam gözdəyməni təsdiqləyir. (Molla Sədra "Əl-Məbdə vəl Məad” kitabında yazır ki, bəzən insan ruhu kənara təsir qüvvəsinə malik ola bilər. Gözdəymə bu qəbildəndir.” (c. 1, s. 607) Bəzi hadisələr həqiqətdir, sadəcə insanlar bu həqiqətə xürafat qatıb. Mövzunu araşdıranların əsas işi həqiqəti xürafatdan ayırmaqdır.
Kitabın adı: Gözdəyməyə qarşı nə edim?
Müəllif: Zibeydə Xudayi