» » İmam Zamanla (ə.f) görüşənlər «On yeddinci görüş»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6722

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6706

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ocak 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Zamanla (ə.f) görüşənlər «On yeddinci görüş»
    +5
    Müəllif: Huseynci Medine | 22-04-2015, 10:00 | Baxılıb: 1 150
     
     
    İmam Zamanla (ə.f) görüşənlər «On yeddinci görüş»
     
    Mərhum Şeyx Abbas Qumi (Allah ondan razı olsun) "Məfatihul-cinan”da yazır ki, burada əməlisaleh, təqva sahibi Əli Bağdadinin əhvalatını nəql etmək yerinə düşərdi. Şeyximiz bu əhvalatı "Cənnətül-mə`va” və "Nəcmus-Saqib” kitablardan nəql edərək deyir: Əgər "Nəcmus-Saqib”də ibrətamiz və doğruluğunda şəkk-şübhə olmayan əhvalatlardan yalnız bu biri nəql olunsaydı, dediklərimizə kifayət edərdi:
    "Hacı Əli Bağdadi deyir ki, boynumda səksən tümən imam malı var idi. Bunun üçün də Nəcəf-Əşrəfə gedib həmin puldan iyirmi tümən Şeyx Mürtəzaya (Allah onun məqamını uca etsin), iyirmi tümən Şeyx Məhəmməd Həsən Müctəhid Kazimiyə, iyirmi tümən də Şeyx Məhəmməd Həsən Şüruqiyə verdim. Beləcə, boynumda yalnız iyirmi tümən pul qaldı. Fikirimdə var idi ki, Bağdada qayıtdığım zaman onun da Şeyx Məhəmməd Həsən Kazimi "Ali-Yasin”ə verim və çalışırdım ki, bu işi mümkün qədər tez edim.
    Cümə axşamı Kazimeynə İmam Musa ibn Cə`fər (ə) və İmam Məhəmməd Təqi (ə)-ın ziyarətinə getdim və orada Şeyx Məhəmməd Həsən Kazimi "Ali-Yasin”lə görüşdüm. Həmin iyirmi tümənin bir miqdarını ona verib, qalan hissəsini də mallar satıldıqdan sonra qaytaracağıma zəmanət aldım. Elə həmin gün günortadan sonra Bağdada qayıtdım. Şeyx qalmağımı israr etsə də, üzrxahlıq istəyib dedim ki, toxucuların əmək haqlarını verməliyəm. Çünki, bir qayda olaraq onların əmək haqları hər həftənin cümə axşamı verilirdi.
    Beləliklə, Bağdada tərəf yola düşdüm. Yolun üçdə birini gedəndən sonra Bağdad tərəfdən gələn yaraşıqlı bir seyyidlə qarşılaşdım. Mənə yaxınlaşaraq hər iki əlini açıb mənimlə qucaqlaşıb görüşmək istədi. Böyük məhəbbətlə "Xoş gördük” – deyib, qucaqlaşıb öpüşdük. Başında yaşıl əmmamə, üzündə isə iri bir xal var idi. Nəhayət, buyurdu: Hara gedirsən, Hacı Əli? Dedim: Kazimeyndə idim, İmamların qəbirlərini ziyarət edib, indi də Bağdada qayıdıram. Buyurdu: Bu gecə, cümə axşamıdır, gəl Kazimeynə qayıdaq. Dedim: Yox bunu edə bilmərəm, imkanım yoxdur! Buyurdu: Bilərsən! Gəl gedək, mən babam Əli ibn Əbu Talibin yanında şəhadət verəcəyəm ki, sən bizim dost və tərəfdarlarımızdansan. Buna Şeyx də şəhadət verəcək və biz iki nəfər sənin imanına şahid duracağıq. Allah-təala da buyurur: "İki şahid gətirin.”
    Bu söz qəlbimdə saxladığım bir niyyətə işarə idi. Niyyət etmişdim ki, Şeyx Məhəmməd Həsən Kazimini yenidən gördüyüm zaman ondan mənim Əhli-beyt davamçısı olduğuma dair şəhadətnamə yazmasını xahiş edəcəyəm. Həmin şəhadətnaməni isə vəfat etdiyim zaman kəfənimə qoymalarını vəsiyyət etmək istəyirdim.
    Dedim: Siz bunu haradan bilirsiniz və necə şəhadət verirsiniz?! Buyurdu: Haqqı öz sahibinə çatdıranı heç tanımamaq olarmı? Dedim: Nə haqq? Buyurdu: Mənim vəkillərimə qaytardığın haqq! Dedim: Sizin vəkilləriniz kimlərdirlər? Buyurdu: Şeyx Məhəmməd Həsən. Dedim: O sizin vəkilinizdirmi? Buyurdu: Bəli, o mənim vəkilimdir. Bunu dedikdə, məndə belə bir sual yarandı: Məni tanımaya-tanımaya adımla çağırır. Bu seyyid görəsən kimdir? Öz-özümə dedim: Bəlkə də o məni tanıyır, amma mən onun kim olduğunu unutmuşam. Yenə də öz-özümə dedim: Yəqin, o, məndəki seyyidlərin payından bir şey istəyir və yaman ürəyimdən keçdi ki, imam payından ona bir şey verə biləydim.
    Dedim: Sizin payınızdan bir az məndə var idi, amma onu Şeyx Məhəmməd Həsənə qaytardım və gərək onun icazəsilə başqalarına bir şey verəm. O gülümsəyərək buyurdu: Bəli, bizim payımızın bir hissəsini Nəcəf-Əşrəfdəki vəkillərimizə çatdırmısan. Dedim: Verdiklərim qəbuldurmu? Buyurdu: Bəli. Öz-özümə dedim: Axı bu seyyid kimdir ki, tanınmış alimləri öz vəkili hesab edir. Bu səbəbdən də belə bir qənaətə gəldim ki, elə alimlər seyyidlərin payını almaqda vəkildirlər.
    Sonra buyurdu: Qayıt, bir yerdə cəddimin qəbrinin ziyarətinə gedək. Mən də razılaşdım. O, sağ əli ilə mənim sol əlimdən tutaraq Kazimeynə tərəf birgə addımlamağa başladıq. Yol boyu sağ tərəfimizdən göz yaşı tək saf suyu olan çay axırdı. Çayın kənarında isə başımız üzərinə limon, türünc, nar, üzüm və sair ağaclar kölgə salırdı. Onlar müxtəlif mövsümlərə aid olan meyvə ağacları olsalar da, eyni vaxtda bar gətirmişdilər.
    Dedim: Bu çay və bu meyvələr nədir, belə? Buyurdu: Kim bizim davamçılarımızdan olub babamın qəbrini ziyarət etsə, bunlar onun ixtiyarında olar. Dedim: Bir sualım var. Buyurdu: Soruş. Dedim: Mərhum Şeyx Əbdürrəzaq müəllimlik edirdi. Bir dəfə ondan bu sözləri eşitdim: Qəlbində İmam Əliyə (ə) məhəbbəti olmadan ilin bütün günlərini oruc tutub gecələrini ibadətlə keçirən və qırx dəfə həcc ziyarətini yerinə yetirib Səfa və Mərvə arasında dünyasını dəyişən şəxsin əməlləri ona heç bir fayda verməyəcək. Bu hədis doğrudurmu? Buyurdu: Bəli, Allaha and olsun, fayda verməyəcək. Sonra ondan qohumlarımın biri haqda soruşdum. O da Əli (ə)-ın dost və tərəfdarlarındandırmı? Buyurdu: Bəli, o və səninlə əlaqədə olan hər bir şəxs Əli (ə)-ın dost və tərəfdarlarındandır. Dedim: Başqa bir sualım da var. Buyurdu: Soruş. Dedim: İmam Hüseyn (ə)-ın rövzəxanları oxuyurlar ki, Süleyman Ə`məş bir nəfərdən İmam Hüseyn (ə)-ın ziyarəti haqda soruşduqda, o bu işin bid`ət olduğunu bildirib. Süleyman Ə`məş yatıb yuxuda yerlə göy arasında bir kəcavə görür. Ətrafdakılardan onun içində kimin olduğunu soruşur. Ona cavab verirlər ki, kəcavənin içindəkilər Həzrət Fatimə ilə Həzrət Xədicədir. Soruşur: Onlar hara gedirlər. Cavabında deyirlər: Bu gün cümə axşamı olduğundan onlar İmam Hüseyn (ə)-ın ziyarətinə gedirlər. Görür ki, kəcavədən üzərində "Cümə axşamı İmam Hüseyn (ə)-ı ziyarət edən zəvvarlara cəhənnəm odundan verilən amannamə, qiyamətdə verilən amannamə!” – yazılmış vərəqlər tökülür. Bu hədis doğrudurmu? Buyurdu: Bəli, olduğu kimidir. Dedim: Bə`zilərinin "kim cümə axşamı İmam Hüseyn (ə)-ı ziyarət etsə, cəhənnəm əzamından amanda qalar” – deməsi doğrudurmu? Buyurdu: Bəli, and olsun Allaha! Bunu deyib ağladı. Dedim: Bir sualım da var. Buyurdu: Soruş. Dedim: 1269-cu hicri qəməri ilində İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə getmişdim. Nişapurun Dərrud kəndində, Nəcəf-Əşrəfin şərq tərəfində yerləşən Şüruqiyyə məntəqəsindən gələn bədəvi bir ərəblə görüşdüm. Onu özümə qonaq etdim və bir dəfə söhbət əsnasında ondan soruşdum. Hərzət Əli ibn Musa Rza (ə)-ın rəhbərliyini necə başa düşürsən? Dedi: Cənnətdir, bu gün on beşinci gündür ki, mən mövlam Əli ibn Musa Rza (ə)-ın malından yeyirəm. Bütün vücudum o həzrətin verdiyi yeməklə cana gəldiyi halda qəbir evində nəkir və münkirin nə haqqı vardır ki, məndən sorğu-sual etsinlər. Bu nə qədər doğrudur? Əli ibn Musa Rza (ə) özü gəlib onu nəkir-münkirin əlindən xilas edəcəkmi? Buyurdu: Bəli, Allaha and olsun ki, cəddim buna zamindir. Dedim: Yenə başqa bir kiçik sualım da var. Buyurdu: Soruş. Dedim: Ziyarətim həzrət Rza (ə) tərəfindən qəbuldurmu? Buyurdu: İnşaallah qəbul olar. Dedim: Onda bir sual da verim. Buyurdu: Soruş. Dedim: Hacı Əhməd Bəzzazbaşının da ziyarəti qəbuldur, ya yox? (O, Məşhəd yolunda mənimlə yoldaş və xərcliklərdə mənimlə ortaq olmuşdur. Buyurdu: Əməlisaleh bəndənin ziyarəti qəbuldur. Dedim: Bir sualım da var. Buyurdu: Soruş. Dedim: Bağdadlı filan kəs də bizimlə yol yoldaşı idi, onun da ziyarəti qəbuldurmu? Bir söz demədi. Dedim: Sualımı eşitdiniz, ya yox? Onun ziyarəti qəbuldurmu? Yenə bir şey demədi (həmin şəxs Bağdadın varlı tacirlərindən idi və səfər boyu vaxtını bihudə işlər və lağlağı ilə keçirirdi və üstəlik ağır cinayətə də əl atıb anasını qətlə yetirmişdi).
    Yolumuza davam edərək gəlib enli və hər iki tərəfdən bağlarla əhatə olunan hissəsinə çatdıq. Artıq Kazimeyn şəhəri qarşıdan görünürdü. Yolun bir hissəsi dövlətin qəsb etdiyi seyyid yetimlərə məxsus idi. Dövlətin onlardan zor gücünə aldığı həmin ərazi yola əlavə olunmuşdu. Bunun üçün də bu işdən xəbərdar olanlar oradan keçməzdilər. Gördüm ki, seyyid həmin əraziyə daxil olur. Dedim: Bu ərazi bir neçə yetim seyyidə məxsusdur və oradan istifadə etmək düzgün deyil. Buyurdu: Bu ərazi cəddim əmirəlmö`minin Əlinin (ə), onun nəslinin və bizim övladlarımızındır. Bizim davamçıların ordan istifadə etməsi isə halaldır.
    Həmin məhəlləyə yaxın hacı Mirzə Hadiyə məxsus bir bağ da var idi. O, Bağdadda sakin olan tanınmış İran varlılarından idi. Dedim: Ağa, deyirlər ki, Hacı Mirzə Hadinin ərazisi həzrət Musa ibn Cə`fərə məxsusdur. Bu doğrudan da belədir, ya yox? Buyurdu: Bunlarla sənin nə işin var!
    Elə bu vaxt Dəclədən əkin yerlərinə çəkilən arxa çatdıq. Ondan sonra yol iki yerə ayrılırdı və onların hər ikisi Kazimeynə yetişirdi. Onlardan biri soltan, digəri isə seyidlər yolu adlanırdı. Mən ona soltan yolu ilə getməyi təklif etdim. Buyurdu: Yox, öz yolumuzla gedəcəyik. Bir neçə addım irəliləmişdik ki, birdən, özümü İmam Kazim (ə)-ın müqəddəs qəbrinin qapısı qarşısında gördüm. Artıq nə bağ var idi, nə də ki, dükan-bazar. Ziyarətgaha daxil olub şərq tərəfdən "babül-murad” (murad qapısı) qapısından içəri keçdik. Bura qəbirin ayaq tərəfi idi. O, qapı qarşısında dayanmadan (adətən, hamı ehtiram üçün bir an dayanıb salam verər) ziyarətgaha daxil olub buyurdu: Ziyarət söylə! Dedim: Savadım yoxdur. Buyurdu: Sənin yerinə ziyarətnamə oxuyummu? Dedim: Bəli. Bundan sonra ziyarətnaməni oxumağa başladı:
    "Əədxulu ya Allahu? Əssəlamu ələykə ya Rəsuləllah, Əssəlamu ələykə ya Əmirəlmö`minin!” (İlahi, daxil ola bilərəmmi? Salam olsun sənə ey Allah peyğəmbəri! Salam olsun sənə ey mö`minlərin Əmiri!) Beləliklə, bütün imamlara, nəhayət, İmam Həsən Əskəri (ə)-a da "Əssəlamu ələykə ya Əba Muhəmmədinil-Həsənil-Əskəri!” (Salam olsun sənə ey Məhəmmədin atası Həsən Əskəri!) – salam verib buyurdu: Zamanının imamını tanıyırsanmı? Dedim: Necə tanımıram. Dedi: Elə isə ona salam ver! Dedim: "Əssəlamu ələykə ya Huccətəllah! Ya sahibəzzaman! Yəbnəl Həsən!” (Salam olsun sənə ey Allahın höccət və dəlili! Salam olsun sənə ey Sahibəzzaman! Salam olsun sənə ey Həsənin oğlu!)
    Sonra birgə ziyarətgaha daxil olduq və ikiəlli qəbiri əhatə edən zərihdən yapışıb onu öpməyə başladıq. Bir qədər sonra buyurdu: Ziyarətnamə oxu. Dedim: Axı, savadım yoxdur. Buyurdu: İstəyirsən mən sənin üçün ziyarətnamə oxuyum? Dedim: Bəli. Buyurdu: Hansı ziyarətnaməni oxuyum? Dedim: Hansı ziyarətnamə daha fəzilətlidir, onu oxu. Buyurdu: "Əminəllah” ziyarətnaməsi daha fəzilətlidir. Sonra başladı həmin ziyarətnaməni oxumağa və onu bu qayda ilə oxudu: "Əssəlamu ələykuma ya əminəyillahi fi ərzihi və huccətəyhi əla ibadih. Əşhədu ənnəkuma cahəttuma fillahi həqqə cihadihi və əməltuma bikitabihi vəttəbə`tuma sunənə nəbiyyihi (Səlləllahu ələyhi və alihi), hətta dəakuməllahu ila cəvarihi, fə qəbəzukuma iləyhi bixtiyarihi və əlzəmə ə`daəkuməl-huccətə, məə ma ləkuma minəl huccəcil-baliğəti əla cəmii xəlqih... (Salam olsun sizə ey Allahın yer üzündəki əmin bəndələri və bəndələr üzərinə tə`yin etdiyi höccət və dəlilləri! Şəhadət verirəm ki, siz ikiniz də haqq yolunda çalışdınız və Allahın kitabına əməl etdiniz və peyğəmbərinin sünnəsinə tabe oldunuz. Və nəhayət, Pərvərdigar sizi özünə tərəf çəkdi və ruhunuzu istədiyi vaxt aldı. Bir halda ki, bütün məxluqata açıq-aşkar höccət və dəlil olduğunuz ikən düşmənlərinizə də bunu qəti e`lan etdi...)
    Ziyarətnamə başa çatdıqda, ziyarətgahdakı şamlar yandırıldı və mən baxıb gördüm ki, burada qeyri-adi başqa bir işıq vardır. O işıq ziyarətgaha günəş tək parlaq nur saçır və həmin nurun müqabilində orada yandırılan şamlar gün işığında yanan çırağa bənzəyir. O, məni o qədər özünə cəzb etmişdi ki, baş verən aşkar əlamətləri tamam unutmuşdum. Sonra qəbirin ayaq tərəfindən baş tərəfinə yə`ni ziyarətgahın qərb tərəfinə gəldik. Seyyid mənə dedi: Cəddim Hüseyn ibn Əli (ə)-ı ziyarət etmək istəyirsənmi? Dedim: Bəli, cümə axşamıdır, ziyarət etsəm yaxşı olar. O, mənim yerimə "varis” (Əli ibn Hüseyn (ə)-a məxsus olan) duasını da oxudu və elə bu vaxt müəzzin("Tövbə”, 122.) də azan verib qurtardı. O, üzünü mənə tutub dedi: Camaata qoşulub camaat namazı qıl. Birlikdə qəbirin başı arxasındakı məscidə keçdik. Artıq, camaat namazı qılınmalı idi. Onun özü imam camaatın bərabərində sağ tərəfdə tək namaz qılmağa başladı. Mən də birinci cərgədə dayanıb namaza qaşuldum.
    Namazı qılıb qurtardıqdan sonra daha onu görmədim. Tez məsciddən çıxıb onu axtarmağa başladım. Amma heç bir yerdə gözümə dəymədi. Əlbəttə, çox istəyirdim ki, onu tapıb bir az xərclik verəm, həm də gecəni yanımda qonaq saxlayam. Birdən, sanki qəflət yuxusundan oyandım və öz-özümə dedim: Axı, bu seyyid kim idi? Mən ondan bu qədər mö`cüzə və kəramət gödüm, dediyi hər bir sözə itaət etdim, bir sözü ilə yolumdan geri qayıtdım, bir halda ki, heç vaxt bu işi görməzdim. Onu heç vaxt görmədiyim halda məni adımla çağırması, ürəyimdə arzuladığıma şəhadət verməsi, yol boyu ətrafımızda gördüyüm ayrı-ayrı fəsillərdə bar verən ağacların bir vaxtda bar verməsi, İmam Zaman (ə)-a salam verdiyim zaman salamımı alması və s. bütün bunlar nə demək idi? Nəhayət, ümidim hər yerdən kəsildi və ayaqqabı verilən yerə gəlib soruşdum: Mənimlə gələn yoldaşımı görmədinizmi? Dedilər: Elə indicə çölə çıxdı. O sizin dostunuz idi? Dedim: Bəli. Bir sözlə onu tapa bilmədim.
    Gecəni qonaq evində qaldım. Səhər açıldıqda, Şeyx Məhəmməd Həsənin yanına getdim və başıma gələnləri ona danışdım. O, əlini ağzına qoyub bununla məni başa salmaq istədi ki, bu əhvalatı kimsəyə danışmayım. Sonra buyurdu: Allah səni həmişə müvəffəq etsin.
    Mən daha bu əhvalatı heç kimə danışmadım. Beləcə, bir ay keçdi. Bir gün İmam Kazim (ə)-ın ziyarətgahında bir yaraşıqlı seyyid mənə yaxınlaşıb soruşdu: Nə görmüsən? Dedim: Bir şey görməmişəm. Sualını bir də təkrar etdi və mən də ona sərt cavab verdim ki, bir şey görməmişəm. Elə bu vaxt birdən, o gözdən itib bir daha görünmədi.”
    Çox güman ki, bu görüş hacı Əli Bağdadinin o əhvalatı camaata nəql etməsi üçün baş vermişdir.
     
    Kitabın adı: İmam Zamanla görüşənlər
    Toplayan: İsmayıl Əhmədov 

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 22 Nisan 2015 15:43 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allahin salami salavati xeyir duasi uzerinize olsun Allaha and olsun  bu ehvalat meni qehere bogdu  ele hiss edimki hemin wexsin yerindeki menem ve butun ehlibeytin ziyaretini edim  Allah bizderede agamin ziyaretine gedmeyi nesib edsin  

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.