» » Misilsiz fədakarlıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

ya_Fatime
ya_Fatime
2 Nisan 2026

halal rəqs də var imiş, ləzginka, balet-bu tərzdə olanlar: youtube:
"@asker_assaparty урок женской лезгинки (new)"
"мурад шихрагимов женская лезгинки". Eusiyadandı. Orda da ağır q*ətliam ediblər, burda da. İnsanlığdan böyük dəyər apardılar. black demons, unutmayacam qarabağlıların içindəki bu dəstəni. çox şərəfsiz, insafsız, ikiüzlü, zalım insanlardılar.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

dinli yaşam çok iyi, benim bildiğim kadarı 3 çatışmayan tərəfi var: 1) no freedom in mind (100%-tam xoşbəxtlik ancaq tam yaxşılıqla mümkündü), 2) ayətullah sözündən asılılıq, insan uzun vədədə sərf edən (elmlə sabit) qanunları rəhbər tutmalıdı sadəcə, qanun idarə etməlidi şəxs yox, qəti 3) "dünya işlərinə meyl etməməyin". dini qanun kimi yox, kültür kimi yaşamaq yaxşıdı, amma zaman-zaman başqalarını da yoxlamaq lazımdı. xristianlıqda çox gözəl dualar var.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

çox vaxt və vərəqdə yer aparan dil işlətmək pislərə xeyirdi. 2 tip insan var sadəcə pis və yaxşı, qalanlarını unutmalıyıq. az ağac kəsilsin deyə dəftərləri mexaniki qələm (karandaş) və pozanla işlıtməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

cinlərin sözü ilə heç nə etməmək lazımdı, sadəcə dediklərini qeyd etmək
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

oğuz maqiya içindədu, camaatın bıdbəxliyi üzündən bəlli olur
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəki şəhərində bir küçənin bütün evləri boçdu. maqiyadaki cinlərin gətirdiyi bütün imtahanları keçdilər. sadəcə məlumat qaynağı kimi qəbul edin cinlərin dediklərini, sıhv də olur düz də. mütləq məntiqlə hərəkət etmək lazımdı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

time and date saytı - hava haqqında məlumat saatlıq
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

frequency dictionary of english pdf - ən çox işlənən sözlərin lüğəti. xəbərləri izləyə və məlumat ala bilmək üçün
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

maqiya ilə mübarizə apara bilən yeganə ölkə Fransadı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

türkce və azeybaycanca danışın dillərin fərqini hiss edəcəksiz. hər dilin tren rayı kimi bir neçə yolu var. bizim dilin ən rahat yolları cəhənnəmədi
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Azeybaycan - alov mələyinin diyarı - cəhənəm
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

chat GPT'yə yazın elmə görə səhv Quran ayələri
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Quranda səhvlər var amm düzlər də var. dünya 6 gündə yaradılmayıb və dünyanın damı 6 qatlı deyil
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəxsi mesaj yaza bilmirəm, əlaqə nömrələrim: 0773981855
0778030799
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

zəif nöqtə düzəldib onu amansızca istifadə edillər. zəif nöqtə saxlamamlıyıq.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

qiyamət deyil, hər şey özümüzdən asılıdı. hökümətləri və həyat tərzimizi dəyişməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

the sun, youtube. Avstayliyada havanın qırmızı edildiyini paylaşmışdılar
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

moderatorluqdan çıxarın məni, profilim güvəndə deyil. vatsap da güvənli deyil, teleqram istifadə edin. xəbər kanalı tapa bilmirəm, xarici kanallardı bəzi şeyləri paylaşır.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

bir qismi başqa gezegenə khgvjöləlik üçün göndərilir, bir qismi yuhvuvem olaraq satılır. iktisadiyatı belə ayaqda saxlayırlar öz ölkələrində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Eusiy əhalisi 1992dən bu yana hər il 1 milyon azalır
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

mə illərd ki sayta girmirəm, sizə gələn mesajlar məndən yazılmayıb
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Maqiya dövründəyik. Sizə beyninizdə nə isə danışıllarsa bilin ki cindi. Made in China telefonlar, digər çiplu telefonları işlətməməliyik, izləyillər bizi onlar sayəsində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

🔵"NASA Ozon Watch" deyə axtarın google'da keçən il havanın dayanmış kimi və daha çox isti keçməsinin səbəbini görəcəksiniz. 1979-cu ildən bəri ozon qatının vəziyyətinin illik icmalı var orda
Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6757

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6741

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 1

Saytın Arxivi

Mart 2026 (1)
Ocak 2025 (3)
Nisan 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Misilsiz fədakarlıq
    +5
    Müəllif: Huseynci Medine | 11-04-2015, 15:00 | Baxılıb: 1 129
     
     Misilsiz fədakarlıq
     
    Hər bir insanın rəftar və əməlləri onun təfəkkür tərzinin və əqidəsinin məhsuludur, candan keçib fədakarlıq etmək imanlı insanların nişanələrindəndir. Əgər hər hansı insan bir şeyə olan imanın müəyyən bir həddə çatdırıb, onu öz can və malından üstün hesab edərsə, onda hökmən o şeyin yolunda canından keçib bütün varlığını ona fəda edəcəkdir. Qurani-Məcid bu həqiqəti aşağıdakı ayədə əks etdirmişdir: "Möminlər Allaha və Onun Peyğəmbərinə iman gətirib Ona heç vaxt şəkk etməyən, öz mal və canları ilə Allah yolunda çalışanlardır. Onlar həqiqətən öz imanlarında sadiqdirlər." 
    Besətin başlanğıcında müsəlmanlar öz ali məqsədlərinə çatmaq üçün ən çətin işkəncələrə və əzab-əziyyətlərə dözürdülər. Düşmənlərin tövhid ayininə yönəlməsinə mane olan şey ata-babalarının xurafat və yanlış əqidələri, məbudların (bütlərin) məqamını hifz etmək, qəbilə və sinfi imtiyazlarla iftixar etmək və irsi olaraq bir-birinə keçən qəbilə düşmənçilikləri və kinləri idi. Bu amillər Peyğəmbər (s)-in Məkkəni fəth etdiyi günə qədər islamın Məkkədə və onun ətraf məntəqələrində yayılmasına maneçilik törədirdi. Bu maneələr yalnız qüdrətli islam ordusunun vasitəsi ilə aradan qaldırıldı. Qüreyş müşriklərinin müsəlmanlara göstərdiyi təzyiqlər nəticəsində onların bir qrupu Həbəşəyə (indiki Həbəşistana), bir qrupu isə Yəsribə (indiki Mədinəyə) hicrət etdilər. Bəni-Haşim tayfasının, xüsusilə Əbu Talibin Peyğəmbəri və Əlini himayə etməsinə baxmayaraq, Cəfər ibni Əbu Talib məcbur oldu ki, besətin beşinci ilində bir neçə müsəlmanla birlikdə Məkkədən Həbəşəyə getsin və hicrətin yeddinci ilinə (Xeybərin fəthinə) qədər orada qalsın. Besətin onuncu ilində Peyğəmbərin ən böyük himayəçisi və müdafiəçisi olan Əbu Talib vəfat etdi. Əziz əmisinin vəfatından bir-iki gün keçməmiş mehriban həyat yoldaşı və Peyğəmbərin müqəddəs hədəfi yolunda mal və canını heç vaxt əsirgəməyən Xədicə də vəfat etdi. Bu iki böyük himayəçinin vəfatı ilə Məkkədə müsəlmanlara qarşı təzyiqlər şiddətləndi, bunun nəticəsində onların iztirabları daha da artdı. Iş o yerə çatdı ki, besətin on üçüncü ilində Qüreyş başçıları ümumi bir yığıncaqda qərara aldılar ki, Peyğəmbəri həbs etmək, yaxud öldürmək və ya sürgün etməklə tövhid çağırışının qarşısını alsınlar. Qurani-Məcid onların bu üç planını xatırladıb buyurur: "Yada sal o vaxtı ki, kafirlər sənin əleyhinə hiylə qurdular və belə qərara gəldilər ki, səni ya zindanda saxlasınlar, ya öldürsünlər, ya da sürgün etsinlər. Onlar məkr (hiylə) işlədirdilər, Allah da onların məkrlərini özlərinə qaytarırdı, Allah hamıdan yaxşı tədbir tökəndir." 
    Qüreyş başçıları qərara aldılar ki, hər qəbilədən bir nəfər seçilsin, gecə yarısı hamılıqla Peyğəmbərin evinə hücum edib onu tikə-tikə doğrasınlar. Beləliklə, həm müşriklər onun təbliğatından rahat olacaq, həm də onun qanı ərəb qəbilələrinin hamısının boynuna düşəcək, nəticədə, daha Bəni-Haşim tayfası bu işdə şərik olan bütün qəbilələrlə mübarizəyə qalxıb intiqam ala bilməyəcəkdi.
    Vəhy mələyi Peyğəmbəri müşriklərin məkrli planından xəbərdar edib ilahi əmri ona çatdırdı: gərək tez bir zamanda Məkkəni tərk edib, Yəsribə gedəsən. Müəyyən olunmuş gecə gəlib çatdı. Məkkəni qaranlıq bürümüşdü. Silahlı məmurların hərəsi bir tərəfdən Peyğəmbərin evinə tərəf irəliləyirdilər. Peyğəmbər onların xəbəri olmadan müəyyən bir yolla evdən elə çıxmalı idi ki, baxanda onun evdə, öz yatağında yatmış olduğunu təsəvvür etsinlər. Bunun üçün canından keçən bir nəfər Peyğəmbərin yatağında yatmalı, onun yaşıl örtüyünü üstünə çəkməli idi ki, onu qətlə yetirmək fikrində olanlar hələ evdən çıxmadığını təsəvvür etsinlər. Nəticədə onların diqqətləri yalnız Peyğəmbərin evinə yönələcək, küçələrdə və Məkkədən çöldəki yolda maneçilik törətməyəcəkdilər. Amma görəsən kim öz canından keçib Peyğəmbərin yatağında yatar?! Belə fədakar insan yalnız Peyğəmbərə hamıdan əvvəl iman gətirib besətin əvvəlindən pərvanə kimi onun başına dolanan bir şəxs olmalı idi. Bəli, bu ləyaqətli şəxs Əli (ə)-dan başqası ola bilməzdi və belə bir iftixar ancaq ona nəsib olmalıydı. Buna görə də Peyğəmbər üzünü Əliyə tutub dedi: "Qüreyş müşrikləri mənim qətlimə fərman vermiş və belə qərara almışlar ki, kütləvi şəkildə evimə hücum edib məni yataqda ikən öldürsünlər. Buna görə, Allah tərəfindən mənə əmr olunub ki, Məkkəni tərk edim. Gərək bu gecə mənim yatağımda yatıb o yaşıl örtüyə bürünəsən ki, onlar hələ də evdə olduğumu və yatağımda rahat yatdığımı təsəvvür edib məni təqib etməsinlər."
    Əli (ə) Rəsulullah (s)-in əmrinə itaət edib, gecə yarısına qədər onun yatağında uzandı. Qırx nəfər əli qılınclı qatil Peyğəmbərin evini mühasirəyə almışdı. Onlar qapının deşiyindən içəri baxır və vəziyyəti nəzarət altında saxlayırdılar. Güman edirdilər ki, Peyğəmbər öz yatağındadır. Evi elə nəzarət altına almışdılar ki, hətta ən kiçik bir hərəkət belə, onların gözlərindən yayınmırdı. Fikirləşirdilər ki, Peyğəmbər bu qədər güclü nəzarət altında evi heç vaxt tərk edə bilməz.
    Peyğəmbərin həyatını qələmə alanların çoxu yazır ki, o həzrət "Yasin" surəsini (səkkizinci və doqquzuncu ayələrini) oxuya-oxuya evi mühasirəyə alanların yanından elə keçdi ki, heç kimin xəbəri olmadı. Bu işin baş verməsinin mümkünlüyü inkaredilməzdir. Hər vaxt Allah Öz Peyğəmbərinə qeyri-adi və möcüzə yolu ilə nicat vermək istəsə, buna heç nə mane ola bilməz. Amma çoxlu dəlillər göstərir ki, Allah Öz Peyğəmbərinə möcüzə yolu ilə nicat vermək istəmirdi. Əks halda, Əli (ə)-ın Peyğəmbər (s)-in yatağında yatması, Peyğəmbərin də "Sovr" mağarasında gizlənib sonra min bir zəhmətlə Mədinəyə yola düşməsi lazım gəlməzdi. Bəziləri də deyirlər ki, Peyğəmbər (s) evdən çıxanda onların hamısını yuxu tutmuşdu və Peyğəmbər də bundan istifadə etdi. Amma bu fikir həqiqətdən uzaqdır və ağıllı bir adam heç vaxt inanmaz ki, münasib fürsətdə Peyğəmbəri öldürmək üçün evi mühasirəyə alan qırx nəfər qatil öz vəzifələrinə bu qədər səhlənkar yanaşalar və hamısı rahatca yuxuya gedələr. Amma bu da mümkündür ki, çoxlarının yazdığı kimi, Peyğəmbər həmin qırx nəfər evi mühasirəyə almazdan qabaq evdən çıxmış olsun.
     
    Kitabın adı: Vilayət günəşi birinci cild
    Müəllif: Ayətullah Cəfər Sübhani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.