Haqq yolunda fədakarlıq
+10
Müəllif:
RuQeYyA | 1-05-2014, 21:00 | Baxılıb: 1 174
Ən mühüm məsələlərdən biri də Əlinin (ə) haqq yolundakı fədakarlığıdır. Bu, haqq aşiqlərinin xüsusiyyətidir. Malından, canından, hər şeyindən keçib yalnız haqqın dirçəlməsində xidmət edənlər əsil haqq aşiqləri sırasına qoşulurlar. Belələri məqsədi yolundakı səadəti görüb müvəqqəti həyatdan əl üzüb əbədi həyata bağlanırlar.
Əlinin (ə) hicrət gecəsi Peygəmbərin (s) yatağına yatması haqqa olan eşqindən irəli gəlirdi. Onun bu hərəkəti o qədər dəyərli olmuşdu ki, Allah-təala onu Quranda da tərifəmiş, Allahın razılığını qazanmaq üçün atılmlş bir addım adlandırır: "İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə çox mehribandır!"
Bu əməlin fəziləti, əhəmiyyətli səbəb olub ki, İslam alimləri onu Əmirəl-möminin Əlinin ən böyük fəzilətlərindən biri hesab etmişlər. Həm tarix, həm də təfsir nümayəndələri sözü gedən ayənin Əli (ə) haqqında nazil olduğunu bildirmişlər.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.