Bir neçə dəqiqədən sonra tamamilə sağaldım
Cənab höccətül-islam Şeyx Nurabadi Nişapuri bir məktubda bir neçə kəramət yazmışdır:
1. Nəql edəcəyim mö`cüzə mərhum Ayətullah Seyyid Məhmud Müctehidi Sistaninin başına gəlmişdir. Seyyid günlərin birində bir xəstəliyə tutulur. Yerindən qalxmağa imkanı olmur. Yalnız uzanmış halda qalır. Sanki möhkəm qulunc ağrısı varmış. Yaxşı olduqdan sonra şəfa tapmağının səbəbini ondan soruşduq. O, belə izah etdi ki:
Mən xəstə halında uzanmışdım. Birdən həzrət Əbul Fəzl Abbas (əleyhissalam) yadıma düşdü. Öz-özümə dedim:
Ya həzrət Abbas! Əgər indi dura bilib dəstəmaz alıb namaz qıla bilsəm bir qoyun nəzir edirəm. Bu sözləri deyən kimi vəziyyətim yaxşılaşdı və qalxdım ayağa. Başqa vaxt yaxşı olduqdan sonra qoyun almağa qüdrətim olmur. Özüm də xəstələnmişdim. Öz-özümə fikirləşdim ki, əgər imkanım olsaydı ağaya nəzr edib sağalardım. Elə bu vaxt vəziyyətim yaxşılaşdı və sağaldım.
Kitabın adı: Qəməri bəni haşim Əbülfəzl Abbasın (əleyhissalam) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali