Əlinin (ə) dərdli ürəyini Allahın Rəsuluna (s) açması
Əli (ə) əziz həyat yoldaşını torpağa tapşırarkən dərdli və hüznlü bir halda yaralı sinəsindən bir yanıqlı ah çəkərək üzünü Allahın Rəsulunun (s) məqbərəsinə tutdu və bu kəlmələri dilinə gətirdi:
"Ey Allahın Rəsulu! Məndən və yanında yerə enmiş, belə tez özünə qovuşmuş qızından sənə salam olsun! Ey Allahın Rəsulu! Sənin ayrılığınla (özünün seçdiyin ayrılığınla) bağlı səbr-dözümüm daha sona yetdi. Onun vəfatından sonra gücüm-taqətim əlimdən getdi. Lakin sənin ayrılığını, görəndən, ölümünün müsibət və kədərinin ağırlığını çəkəndən sonra bu müsibətə də dözməyə mənim gücüm çatar. Halbuki, başını mən özüm məqbərəndəki ləhəd daşına qoydum. Mənim qucağımda canın bədənindən çıxdı və bu cür müsibətə dözə bildim. Bizim hamımız Allahın bəndələriyik və Ona doğru dönəcəyik.
İndi budur, bu əmanətin də (Fatimeyi-Zəhra(ə)) geri alındı və girov yerinə qaytarıldı. İndən belə günlərim həmişə qəm içində keçəcək, gecələr gözümə yuxu getməyəcək. Və bu halım Allah-təala məni də oturduğun saraya aparana kimi beləcə davam edəcək. Tezliklə qızın ümmətinin çoxunun o yazığa etdiyi zülmlərdən sənə xəbər verəcək.
Bütün olub keçənləri ondan soruş və onların bizimlə etdiyi rəftardan sual et. Onlardan bizə bu qədər zülüm yetdi, halbu ki, sənin vəfatından çox vaxt keçməmiş xatirən yadlardan silinməmişdir.
Hər ikinizə salam və alqış olsun. Bu qəzəbli incik və cansıxıcı bu salam və alqış deyil, əksinə, vidaedici, ağlar və hüznlü salamdır. Əgər qayıtsam, ya getsəm, bu, etinasızlıqdan deyil. Və əgər qalsam, bu, bədgümanlıqdan deyil. Allahın dözümlülərlə və səbirlilərə verdiyi vədə görədir.”
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild