Bə`zilərinin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti
Ey Müfəzzəl! Kor adamın vəziyyəti haqda fikirləş. Gör necə işlərində çatışmamazlıqlar meydana gəlir. Bu şəxs ayağının altını görmür, qarşısını görmür, rəngləri bir-birindən seçə bilmir və yaxşını pisdən ayıra bilmir. Əgər birdən bir çuxurla rastlaşsa onu görməyəcəkdir. Əgər düşmən ona hücum etsə, onu tanımayacaqdır. Həmin şəxsin əgər ağlı da olmasa, süqut edən bir daşa bənzəyər.
Həmçinin bir kəs ki, eşitmir, həyatda çoxlu çətinliklərlə üzləşir. İnsana rahatlıq verən nəğmələrdən məhrum olur. İnsanlarla söhbət etmək onun üçün çox çətin olur. O, şəxs bir ölü və qeyb olmuş kimidir ki, insanlardan xəbərsizdir. Bir halda ki, o hər şeyi müşahidə edir və yaşayır.
Amma əgər insan ağılsız olsa, heyvana bənzəyər.
Görürsənmi insanın üzvləri necə yaradılmışdır. Onlardan birinin olmaması və ya naqis olması onun üçün çətinliklər yaradır.
Müfəzzəl deyir: Ərz etdim: Niyə bə`zi insanların bədən üzvləri naqisdir. Amma onlar buyurduğunuz çətinliklərlə üzləşmirlər?
Buyurdu: Bə`zən bu iş o şəxsləri ədəbləndirmək və başqalarının da bundan ibrət dərsi alması üçündür. Necə ki, şahlar başqalarına dərs olsun deyə belə işlər görürlər.
Belə şəxslər əgər Allaha şükr etsələr və tövbə etsələr, ölümdən sonra böyük əcr sahibi olarlar.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri