Zəhranın (ə) özünün təsdiqi
Zəhranın (ə) özünün təsdiqi
Bu incə mətləbi Fatimənin (ə) özü də Mədinə məscidində izdihamlı camaatın qarşısında söylədiyi həmin həyəcanlı xütbəsində bəyan etmişdir. O həzrət həmin kəskin və alovlu sözlərində möhtərəm atasının vəfatı ilə bağlı belə buyurmuşdu:
"Allah-təala onu Öz rəhmət və lütfü ilə öz yanına buyurmuş, bu dünyanın məşəqqət və əzabından, dərd və qəmindən qurtarmış və cənnətə yetirməklə əbədi sevinc bəxş etmişdir.”
Bu dərin mənalı cümlənin özü Zəhranın (ə) ölüm və bu dünyadan köçmə məsələlərinə olan ümumi baxışlarını əks etdirir. Əslində bu mənalı sözlər Fatimeyi-Zəhranın (ə) dünyagörüşünü açıb göstərir. Aydın olur ki, onun nəzərində bu dünyadan əl çəkib, axirət aləminə tələsmək dünya məşəqqətlərindən xilas olmağın və İlahi rəhmətinə qovuşmağın ən ali yoludur. Çünki ölümə bu cür münasibət bəsləyən kəs aydındır ki, öz ölümünə də eyni nəzərlə baxır. Beləliklə Zəhrənın (ə) alicənab atasının ölümü haqqında buyurduğu sözlər əslində onun özünün ölüm xəbərini eşitməklə qəlbində baş qaldıran sevinc hissinin səbəbini də açıq-aşkar təsdiq edir. Bunun səbəbi o həzrətin təbiətdə əsası qoyulmş mənəvi zənginlikdir.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.