Ağa can! əgər mənə kömək etməsən.........!
Hüseyn bir nəfərin dilindən belə nəql edir:
Mənim südlü bir inəyim vardı. Bazarda təxminən, 500 min tümənə gedərdi. Bu inək bir dəfə xəstələnir. Heyvan həkimi müayinədən sonra dedi:
Tez başını kəs, sonra zərərə düşərsən!
İşi belə görəndə həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) pənah aparıb dua etdim. Özüm də hirslənmişdim. Dedim:
Ağacan! Əgər mənə kömək etməsən daha sənin adına süfrə açmayacağam!
Bundan sonra inək qusdu. Qarnından kilid və dəmir çıxdı. Ondan sonra inək sür`ətlə yaxşılaşmağa başladı. Heyvan həkimi inəyi təzədən müayinə etdikdə dedi:
Bu Qəməri bəni Haşimin kəramətindən başqa bir şey deyildir.
Kitabın adı: Qəməri Bəni Haşim Əbüəlfəzl Abbas (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali