Əgər insan ağıllı dünyaya gəlsəydi
Əgər körpə ağıllı dünyaya gəlsəydi, dünyanın yaranışını inkar edərdi. O Dünyada olan cürbəcür heyvanlarla üzləşsə, indiyə qədər görmədiyi mö`cüzələri görsə, onun düşüncəsi bütün bunların içində azıb qalardı. Bil ki, aqıl bir insanı bir yerdən başqa yerə aparıb, orada əsir etsələr, həmin torpağın mö`cüzələrin görəndə valeh və heyran olacaq. Amma bunun əksinə olaraq bir uşağı əgər uşaqlıqda tanımadığı bir yerə əsir etsələr həmin yerin dilini və qanunlarını tezliklə öyrənə bilməz.
Əgər körpə, aqil və alim dünyaya gəlsəydi, qüdrətsiz olduğuna görə, gərək başqaları onu çiyninə alardı, südünü içirdəydi, beşikdə yatirdaydı. O zaman körpə xarlıq və alçaqlıq hiss edərdi. Həmçinin belə olan halda onda uşaqlarda olan şirinlik, sevgi olmazdı. Buna görə də uşaq dünya işlərindən xəbərsiz dünyaya gəlir. Onlar zəif, az və naqis fikirləri ilə hər şeylə üz-üzə gəlir, amma yavaş-yavaş bütün bunlarla aşina olur.
Bu işdə bundan başqa çoxlu hikmətləri də gizlənmişdir. O cümlədən əgər uşaq ağıllı dünyaya gəlsəydi; övlad şirinliyi aradan gedərdi. Ata və ana uşağın tərbiyəsində gizlənmiş səlahiyyətə çata bilməzdilər. Övladın qoca valideynlərə hörmət etməsi lazım gəlməzdi.
Həm də belə fərz etsək, onda övlad və valideyin arasında heç bir məhəbbət və ülfət olmazdı. Çünki uşaq valideyn tərbiyəsinə möhtac olmazdı. Allah-Taalahər şeyi öz münasib və yerli-yerində qərar vermişdir. Xəiqətdə heç bir əyrilik və səhvlik yoxdur.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri