417. Ümidsizlik
Qur‘an:
«Əgər öz tərəfimizdən insana bir nemət dadızdırsaq və sonra neməti ondan alsaq, heç şübhəsiz O, çox naümid və naşükr olacaqdır.»
Hədis:
6806. İmam Əli (ə): «Ən böyük bəla ümidsizlikdir.»
6807. İmam Əli (ə): «Əməlsiz axirətinə (savabına) ümid bağlayanlar kimi olma. Sağlam olanda xudpəsənd olar, çətinliyə düşəndə ümidini itirər. Ehtiyacsız olsa, məst və aldanmış olar. Ehtiyac olduqda ümidsizliyə və süstlüyə düşər.»
1890. Camaatda olanlardan ümidini üzməyin nəticələri
6808. İmam Əli (ə): «Ən böyük dövlətlilik camaatın malında gözü olmamaqdır.»
6809. İmam Əli (ə): «Öz əlində olanı qorumağın, məndən ötrü başqasının əlində olanı istəməyindən yaxşıdır. Ümidini kəsmək də camaatdan istəməkdən yaxşıdır.»
6810. İmam Sadiq (ə): «Camaatda olandan ümidini üzmək möminin dini izzətinin mayasıdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild