402. Əl tutmaq və dərdə şəriklik
1817.Əl tutmaq və dərdə şəriklik
6508.Allahın Peyğəmbəri (s): «Kimin iki köynəyi olsa, onun birini özü geyinsin və digərini qardaşına versin.»
6509.İmam Əli (ə): «Ən yaxşı ehsan və yaxşılıq qardaşların dərdinə şərik olmaqdır.»
6510.İmam Əli (ə): «Malı ilə (sənə) kömək etməyən şəxsi dost sayma.
6511.İmam Əli (ə): «Din qardaşının dərdinə şərik olmaq ruzini çoxaldır.»
6512.İmam Sadiq (ə): «Qardaşlarınıza əl tutmaqla özünüzü Allah-taalaya yaxınlaşdırın.»
6513.İmam Sadiq (ə): «Kimdə iki xislət olmasa, ondan uzaq ol, uzaq ol, uzaq ol! Dedilər: Nədir o iki xislət? Buyurdu: Namazı vaxtında qılmaq və onu davam etdirmək, bir də dərdə şəriklik (qardaşlara əl tutmaq).»
6514.İmam Kazim (ə) Cəfər ibn Məhəmməd Asimiyə xitab edərək buyurmuşdur: «Ey Asim, qarşılıqlı münasibət və bir-birinizin dərdinə şərik çıxmaqda nə vəziyyətdəsiniz? Dedim: Birinin ola biləcəyi ən yaxşı vəziyyətdə. Buyurdu: Olurmu ki, sizin biriniz kasıbçılıq vaxtı qardaşının dükan, yaxud mənzilinə gedib onun daxilini çıxararaq ehtiyacı olanı götürsün və qardaşı ona etiraz etməsin? Asim dedi: Xeyr. Həzrət buyurdu: Onda qarşılıqlı münasibətlərdə mən istəyən kimi deyilsiniz.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild